İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarı Tənzimləmə Orqanının avqust ayı üçün "Təbii Qaz Bazarı Sektoru Hesabatı"nda deyilir.
Məlumata görə, boru kəmərləri vasitəsilə 2,392 milyard kubmetr, mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə isə 384 milyon kubmetr təbii qaz idxal edilib.
Boru kəməri qazı idxalının ən böyük həcmi 916 milyon kubmetr ilə İrandan gəlib. Bunun ardınca 752 milyon kubmetrlə Azərbaycan və 723 milyon kubmetrlə Rusiya gəlir.

























