
Son iki il ərzində Moskvaya ən böyük dron hücumu olub.
APA-nın Moskva bürosu xəbər verir ki, dünən axşam saatlarında Ukrayna ordusu Rusiya paytaxtına 500-ə yaxın PUA göndərib.
Dronlardan 180-ı Moskva yaxınlığında vurulub. Qalanları isə paytaxt regionundan uzaq məsafədə vurulub.
Rusiya tərəfi Moskvaya dron hücumu nəticəsində tələfat və dağıntı barədə məlumat açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynanın 902 dronunun vurulduğu barədə məlumat yayıb. PUA-ların Rusiyanın mərkəzi, Povolje, cənub və şimal-qərb regionları üzərində vurulduğu açıqlanıb.
Gecə baş verən dron hücumu Moskvanın hava qovşağını iflic edib. Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanları müxtəlif dövrlərdə təyyarələrin uçuşu və enişini dayandırıb. Hər dörd hava limanı Moskva vaxtı ilə səhər saat 6:44-də fəaliyyətini bərpa edib.
Vnukovo hava limanının fəaliyyəti səkkiz saatdan çox müddətə dayandırılıb. Məhdudiyyətlər zamanı bütün sərnişinlər terminala qaytarılıb. Türkiyədən Moskvaya uçan 11 reys geri qaytarılıb. Flightradar24 məlumatlarına görə, təyyarələr İstanbula yönləndirilib.
























