
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tikinti və yol döşəməsi işləri üçün dolğu materialları alacaq.
Plat.az xəbər verir ki, işin icrasının 1 milyon 621 min 556 manata başa gələcəyi nəzərdə tutulur.
Layihə çərçivəsində optimal tərkibli qum-qırmadaş qarışığı, inşaat qumu, qum-çınqıl qarışığı, 5x25 mm ölçülü çınqıl, yol döşəməsi üçün yararlı 40x70 mm ölçülü mişar daşı qırıntısı, 400x200x200 mm ölçülü mişar daşı və mişar daşı tozunun alınması planlaşdırılır.
























