
Azərbaycanda evə çatdırılma xidmətini göstərən onlayn mağaza "İNDİ Market"in rəhbəri dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, direktor vəzifəsində şirkətin təsisçisi olan Fuad Bağırovun yerinə Namiq Bağırov təyin olunub.
Qeyd edək ki, 50 manat nizamnamə kapitalı ilə 2021-ci ildə yaradılan "İNDİ Market" "dark store" formatında supermarketlər şəbəkəsidir, market rəflərində olan məhsul çeşidini təqdim edir və alıcının ünvanına çatdırır.
"İNDİ Market"in son bir ayda vergi borcu 10 min manat artaraq 75 min manata çatıb.
Qeyd edək ki, Fuad Bağırov həmçinin "Payonix" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin də təsisçisidir.























