RÜSTƏM İBRAHİMBƏYOVDAN MÜSAVATI ƏSƏBLƏŞDİRƏCƏK SÖZLƏR
Tarix: 5-12-2013, 13:21 | Çap et
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun APA-nın Moskva müxbirinə müsahibəsi - Sizin Milli Şura sədrliyindən istefanızla bağlı müraciətinizə baxıldı. Daha sonra sizi qurumun fəxri sədri seçdilər. Amma bu məsələ Milli Şurada birmənalı qarşılanmadı. Konkret olaraq Müsavat başqanı İsa Qəmbər Sizin quruma fəxri sədr seçilməyinizə qarşı çıxdı... - Mənim bu fikrə münasibətim yoxdur, ola da bilməz. Bu onların öz fikirləridir. Mən belə şeylərə fikir vermirəm. - İsa Qəmbər deyib ki, Siz fəxri sədr olacağınız halda, Müsavat Milli Şuradan gedəcək... - Bu, onun öz fikridir, öz işləridir. Getmək istəyirlər, getsinlər. Mən buna qarışmıram. Bu onların qərarlarıdır. Biz Milli Şuranı yaradanda heç kəsi məcbur etməmişdik ki, bizə qoşulsunlar. 20 il müddətində birinci dəfə demokratik qüvvələri bir araya gətirmişik. Bu, böyük tarixi hadisə idi. Milli Şura öz tarixi vəzifəsini yerinə yetirib. Kimsə çıxmaq istəyir, kimsə qalmaq istəyir, bütün bunlar təbii şeylərdir. Müsavat Partiyasının Milli Şuradan ayrılması qurumun fəaliyyətinə heç bir təsir etməyəcək. - Ümumiyyətlə, fəxri sədr seçilmək nə deməkdir? Bu vəzifənin səlahiyyət dairəsi nədən ibarətdir? - Bu təklifi mən verməmişəm. Bu onların öz təşəbbüsü olub. Milli Şuraya və onun üzvlərinə böyük hörmətlə yanaşıram. Belə qərara gəliblərsə, mən onu məmnuniyyətlə qəbul edirəm. - Müsavat Partiyasının Milli Şurada qalması üçün fəxri sədrlikdən imtina edə bilərsinizmi? - Nəyə görə imtina etməliyəm ki?! Mənim üçün böyük fəxrdir ki, bu quruma fəxri sədr seçilmişəm. - Sizcə, Müsavatla Sizin probleminizin kökündə nə dayanır? - Mənim Müsavat Partiyası ilə heç bir problemim yoxdur. Müsavat Milli Şurada təmsil olunan partiyalardan biridir. Və bu partiyanın öz mövqeyi, öz siyasəti ola bilər. Mən siyasətlə belə dərindən məşğul olmuram və belə şeylərə heç fikir vermirəm. Öz işləridir, özləri bilərlər. Nə fikirləri var bilmirəm, heç məni maraqlandırmır da. Mən öz işlərimi görürəm. Mənim vicdanım göstərən istiqamətlə yaşayıram. - Dünən Arif Hacılı Lent.az-a müsahibəsində bildirib ki, başqa ölkə qarşısında öhdəliyi olan, Azərbaycan vətəndaşı olmayan, Azərbaycanda dostu olmayan, Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Bunu necə şərh edərdiniz? - Bu, Arif Hacılının öz fikirdir, mövqeyidir. Hər bir insanın öz mövqeyi var. Onun dediklərinin hamısı mənə gülməli gəlir. Amma belə şeylərə nə etiraz edə bilərəm, nə də təsdiq edə bilərəm. - Sizin öz tərəfdarlarınızla birlikdə yeni təşkilat yaratmağınız barədə də məlumat yayılıb. Bunu necə şərh edərdiniz? - Bəli, bu yayılan yalan informasiya barədə məlumatım var. Bu şayiədir, kimsə bu yalan məlumatları qəsdən dövriyyəyə buraxır. Mənim yeni təşkilat yaratmaq fikrim yoxdur. Milli Şura və Ziyalılar Forumundakı fəaliyyətim mənə kifayətdir. Ümidvaram ki, Ziyalılar Forumunun da fəaliyyəti davam edəcək. Fəaliyyətimi bundan sonra da bu təşkilatlarda davam edəcəyəm. Mənə çox qəribə gəldi bu şayiələrin yayılması. Yazıblar ki, Rüstəm İbrahimbəyovun tərəfdarları... Bilirsiniz, mənim tərəfdarlarım əsasən Cəmil Həsənli, Eldəniz Quliyev, Eldar Namazovdur. Eldar Namazov açıq-aydın deyib ki, “El” Hərəkatı ilə çalışmaq istəyir. Ona görə də Milli Şuradakı vəzifəsində çalışmaq imkanlarının olmadığını açıqlayıb. Milli Şuraya sədr seçiləndən sonra orda İcra Aparatının mənası da itir. Təzə aparat yaradılmalıdır. Mən Bakıda olmadığım üçün o vaxt İcra Aparatı yaradıldı ki, gündəlik məsələləri həll etsin. Fikrimcə, hazırda Milli Şurada belə bir orqanın olması vacib deyil. Ona görə də Eldar Namazov istefa verib. Mənə elə gəlir ki, Eldar Namazov Milli Şurada qalacaq, “El” Hərəkatı da Milli Şuranın üzvü kimi qalacaq. Bu şayiələri kimin yaydığını və hansı məqsədlə yaydığını mən bilirəm. Milli Şura demokratik bir təşkilatdır. Hər bir təşkilatın üzvlərinin öz fikirləri ola bilər. Bizim təşkilatın da üzvlərinin öz fikirləri var. Amma mən səslənən bəzi fikirlərə ciddi yanaşmıram.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
|