Rəsul Quliyev Milli Şuranı hakimiyyətə işləməkdə ittiham etdi
Tarix: 25-12-2013, 08:38 | Çap et
Son günlər müxalif düşərgədə İctimai Palatının buraxılması, əsas diqqətin Milli Şuraya yönəldilməsi müzakirələri başlayıb. Ancaq eks-spiker Rəsul Quliyev İP və Milli Şuranın uğur qazanacağına az inananlardandır və cəmiyyətin qəflət yuxusunda olduğu bir vaxtda yeni qurumlar yaradılmasının və gənc liderlərin bu təşkilatlara rəhbərlik etməsinin zəruriliyi təklifi ilə çıxış edir. Maraqlıdır, görəsən, yeni liderlərlə yeni qurumlar köhnə cəmiyyəti qəflət yuxusundan oyatmaq iqtidarındamı? Rəsul Quliyev Moderator.az-a bu dəfəki açıqlamasında müxalif düşərgədəki müzakirələri mənasız hesab edib və adətinə uyğun olaraq ittihamlarla çıxış edib: “ Belə bir addımın atılması gərək heç kimi təəccübləndirməyə. Bu eyni adamların 20 ildir eyni uğursuzluqla qurtaran eyni siyasətlərinin davamıdır. Hər seçki qabağı yeni adda qurum yaradılır, eyni partiyalar və liderlər ora daxil olur, sonra dekorativ dəyişiklik edilir,köhnə qurum buraxılır və yeni adlı qurum müxalifətçiliyini davam etdirir.Milli Şuranı 2015-ci il parlament seçkilərinə qədər saxlamağa cəhd edəcəklər. MŞ bir qədər güclənsə hökümət parlament seçkilərində ora daxil olan partiyalardan birinə məsələn AXCP-yə 2 yer verəcək, bu isə MŞ-nın daxilində düşmənçiliyi gücləndirib dağıdacaq. Əgər MŞ bu günkü kimi heç bir əhəmiyyəti olmayan təşkilat kimi qalsa ola bilər yenə partiyalardan yox ,müstəqillərdən kimlərəsə deputat yeri verməklə MŞ-nın ömrünü bir qədər uzatsın. MŞ-nın bu günkü mövcudluğu hökümətə xidmət edir. Çünki MŞ müxalifətçilik imitasiyası ilə məşğuldur. Hökümət isə ona toxunmayıb (yəni müxalifətlə heç bir işim yoxdur) rejimə əsl problem yarada biləcəkləri represiya edir. Sizə İP-nın üzvləri və MŞ-nın üzvlərinin siyahısını bir daha saytınızda yerləşdirməyi tövsiyə edərdim. Onda avtomatik, bu ad dəyişmə əməliyyatının nəyə qulluq edəcəyi üzə çıxardı. Bir daha Azərbaycanın indiki hökümətin apardığı siyasətlə gələcəyinin olmadığını qeyd etməklə,indiki müxalifətin bu formada mübarizəsinin də heç bir perspektivinin olmayacağı da göz qabağındadır. Bu gün MŞ-da hegemon mövqedə olan partiyalardan istənilən birisini və ya ikisini bir yerdə götürüb virtual bir hökümət yaradın. Nəzərə alın ki,xarakterlərinə görə nəinki neytral və idarəçilik təcrübəsi olanları öz hökümətlərinə götürməyəcək,heç öz aralarında razılaşa bilməyəcəklər. Baxın görün istənilən variantla belə bir hökümət işləyə bilər ya yox. İşləyə bilməz. Ona görə də onlar bu gün də,sabah da, başqa sözlə, ölənə qədər müxalifət qalmaq istəyirlər. Bu məsələdə hökümətlə onların siyasəti üst üstə düşür. Bir daha vurğulayıram ki, Azərbaycanın gələcək inkişafı gənclərin bazasında yeni qurumların yaradılmasından keçir. Belə qurumlarsa yaranacaq, mən buna əminəm.”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
|