10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                     "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." .....                     SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi .....                     “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi .....                     Həbibbəyli niyə tələsmir ki?.. .....                     Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır .....                     Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır .....                     DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə .....                     Respublika Psixiatriya xəstəxanasında ölüm... .....                     Azərbaycan neftinin qiyməti 118 dolları ötüb .....                     Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz .....                     “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ .....                     Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb .....                     “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi .....                     Mahir Abbaszadənin tender labirinti .....                     ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA .....                 

Daha bir hərbi çevriliş hədəsi: onların məqsədi nədir?
Tarix: 12-05-2021, 08:52 | Çap et
Daha bir hərbi çevriliş hədəsi: onların məqsədi nədir?
Fransa ordusu bu günlərdə hökumətə ölkədə radikal islamçıların yaratdığı təhdid barədə daha bir xəbərdarlıq edib. Xəbər verildiyi kimi bu dəfə xəbərdarlıq hazırda xidmətdə olan hərbçilərin adından yayılıb, amma anonim şəkildə. Ordunun hər hansı formada siyasətə qarışmasının konstitusiya ilə qadağan edildiyi Fransada bu məktublar ciddi narahatlıq və rezonans doğurub.

Fransa hərbçilərinin son bir ayda dərc etdikləri hakimiyyətə ünvanlanan ikinci açıq məktubunda deyilir ki, ölkədə radikal islamçılarla vətəndaş müharibəsi közərir. Anonim məktub bazar günü axşam ultra-mühafizəkar Valeurs Actuelles jurnalının saytında dərc olunub. Məktubun müəllifləri müxtəlif rütbəli və müxtəlif qoşun növlərində həqiqi xidmətdə olduqlarını yazır. Saytın sayğacına əsasən, bazar ertəsi günortaya kimi təxminən 150 min nəfər sayta abunə yazılıb.

Məktubda, o cümlədən, deyilir ki, Fransada bir sıra rayon və dini icma yaranıb və onların üzvləri üçün bu ölkə "sadəcə, sarkazm, nifrət, kin obyektidir".

"Fransada vətəndaş müharibəsi közərir və siz bunu yaxşı bilirsiniz [...] Hərəkətə gəlin, xanımlar və cənablar [...] İndi söhbət sizin vəzifənizdə qalmaq və ya yenidən seçiləcəyinizdən getmir, indi söhbət ölkəmizin - sizin ölkənizin - sağ qalıb yaşamasından gedir", - məktub müəllifləri bəyan edir.

Müəlliflər təkid edirlər ki, onların arasında Əfqanıstanda, Malidə və Mərkəzi Afrika Respublikasında xidmət edən və Fransanın daxilində terrorçuluğa qarşı əməliyyatlarda iştirak edənlər də var.

Fransa xarici işlər naziri Gerald Darmanin məktubu yazanlari qətiyyətlə pisləyib. "Mən hesab edirəm ki, əgər sən orduda xidmət edirsənsə, gərək belə şeylər etməyəsən. Bu insanlar anonim çıxış edib. Bu igidlikdir, nədir?" - nazir BFM telekanalına deyib.

Qeyd edək ki, aprel ayında hərbi mövzulara həsr olunmuş saytda, daha sonra isə həmin Valeurs Actuelles jurnalında mahiyyətcə eyni olan belə bir məktub dərc olunmuşdu. İkinci məktubu yazanlar birinci məktubun müəlliflərinin haqlı olduğunu qeyd edib.

İlk məktubu bir neçə fəaliyyətdə olan zabit və 20-yə yaxın ehtiyatda olan general imzalamışdı və həm mülki hakimiyyət, həm hərbi rəhbərlik siyasətə qarışmaq cəhdinə görə onları cəzalandırmaqla hədələmişdi.

Həmin məktubun müəllifləri dolayısı ilə, həmçinin, onların bildirdiyi kimi, "ölkəyə, onun ənənələrinə, mədəniyyətinə nifrət edən və onun keçmişi və gələcəyini qopararaq dağıtmaq istəyənlərin" dəstəklədiyi irqçilik və müstəmləkəçilik irsinə qarşı mübarizə əleyhinə çıxış ediblər. Məktub müəlliflərinin fikrincə, bütün bunlar Fransada konstitusiya deyil, ehkamçılığın hökm sürdüyü ərazilərin peyda olmasına aparır.

"Ölkəmizi idarə edənlər mütləq bu təhlükəni aradan qaldırmaq üçün özlərində cəsarət tapmalıdırlar. Bunun üçün çox vaxt sadəcə mövcud olan qanunların istifadə olunması kifayətdir. Daha uzatmaq olmaz, əks təqdirdə sabah bu hərc-mərcliyə vətəndaş müharibəsi son qoyacaq və məsuliyyəti sizin boynunuza düşən qurbanların sayı minlərlə hesablanacaq", - fransalı hərbçilər xəbərdar edir.

Baş nazir Jean Castex bu məktubu Fransa Respublikasının ''özülünə qəsd'' adlandırıb, silahlı qüvvələr naziri Florence Parly deyib ki, müəlliflər siyasət və din mövzularında hərbçilərin çıxış etməsini qadağan edən qanunu pozduqlarına görə cəzalandırılacaqlar. Qərargah rəisi general François Lecointre dəqiqləşdirib ki, cəza tədbirləri müxtəlif ola bilər - inzibati töhmətdən istefayadək.

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Emmanuel Macron çox güman ki, yenidən sağçıların lideri Marine Le Pen-ə qarşı mübarizə aparacaq. Fransa şərhçilərinin müşahidələrinə görə, son vaxtlar Macron hökuməti də islam və mədəniyyət müxtəlifliyi məsələlərində bir qədər "sağa meyllənib".

Ötən ilin dekabrında Fransa hökuməti dünyəvi dövlət dəyərlərinin müdafiəsi haqqında qanun layihəsini təsdiq edib. Layihəyə əsasən, internetdə düşmənçiliyin qızışdırılması ilə mübarizənin daha da sərtləşdirilməsi, islam dininə aid ''qədim radikal əlyazmaların'' tədris edildiyi gizli və yarımgizli məktəbləri işlətməkdə və çoxarvadlılıqda təqsirləndirilənlərə ölkədə yaşamaq icazəsi sənədini verməmək təklif olunur.

Bundan başqa, hökumət respublika dəyərlərini tanımaq istəməyən İslam təşkilatları üçün dövlət yardımının təqdim edilməsi qaydalarının sərtləşdirilməsini, eləcə də dinlə bağlı geyimlərə qadağaların genişləndirilməsini təklif edir: hazırda geyim qadağası dövlət qulluqçularına aiddir, lakin nəqliyyat, üzgüçülük hovuzları və bazar işçilərinə şamil edilməsi də təklif olunur.

Sosioloqların hesablamalarına görə, müsəlmanlar Fransanın təxminən 5 faizini təşkil edir. Buna dair rəsmi statistika yoxdur, bu qəbildən məlumatın toplanması Fransa qanunları ilə birbaşa qadağan olunur.

Xatırladaq ki, Fransada İŞİD və digər radikal islamçı qruplaşmalar tərəfindən dəfələrlə qanlı terror hücumları törədilib. Fransa şəhərlərində həqiqətən radikal islamçıların faktiki nəzarətində olan məhəllələr, rayonlar meydana çıxıb. Lakin bütün bunlara baxmayaraq Fransa başda olmaqla bir sıra Avropa ölkələrində islamafobiya meylləri də güclənməkdədir və indi Fransa hərbçilərinin hökuməti “radikal islamçılara qarşı daha qətiyyətli mübarizəyə” səsləyən bəyanatlarını həm də bu meyllərlə əlaqələndirmək olar.

Virtualaz.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
• Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42
• Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru