Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                     "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." .....                     SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi .....                     “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi .....                     Həbibbəyli niyə tələsmir ki?.. .....                     Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır .....                     Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır .....                     DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə .....                     Respublika Psixiatriya xəstəxanasında ölüm... .....                     Azərbaycan neftinin qiyməti 118 dolları ötüb .....                     Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz .....                     “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ .....                     Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb .....                     “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi .....                     Mahir Abbaszadənin tender labirinti .....                     ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA .....                     “Müğənnilərdən 1500 manat tələb edirlər...” .....                     Tanınmış meyxanaçı vəfat etdi .....                 

ABŞ-dan Çinə Əfqanıstan “sürprizi” - bölgədə durum gərginləşir
Tarix: 20-05-2021, 08:33 | Çap et
ABŞ-dan Çinə Əfqanıstan “sürprizi”
ABŞ və NATO sülhməramlı kontingentinin Əfqanıstandan evakuasiyasına başlanmasından viran qalmış ölkədə gərginlik daha da şiddətlənib. Sabitlik və xoşbəxt həyatdan onillərdir uzaq düşən, normal yaşayışa həsrət qalan əfqanlar heç cür nicat tapa bilmirlər. Mərkəzi hökumətlə Taliban arasında bitməyən münaqişə, ölkənin terror yuvasına çevrilməsi, sərvətlərinin xarici qüvvələr tərəfindən istismar olunması nəticəsində əfqan xalqı yoxsul, səfil və ümidsiz yaşamaqdadır.

Hətta İraq, Liviya, Yəmən, Suriya kimi ölkələrdə də müəyyən qədər sabitlik yaranmaqdadır, amma Əfqanıstan heç cür qara zolaqdan çıxa bilmir. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Bayden administrasiyasının ABŞ qoşunlarını bu ölkədən çıxarmaq qərarı isə vəziyyəti daha da pisləşdirib. Elə bir gün yoxdur ki, Əfqanıstanda terror, atışma, ölüm-itim baş verməsin. Analitiklər də bu qənaətdədir ki, əgər NATO sülhməramlıları bölgəni tərk edərsə, ölkə tamamilə xaos və alov içində olacaq.

Lakin indi Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tutmağa, sülhə töhfə verməyə hazırlaşır. Xarici işlər naziri Van Yi əfqan həmkarı Məhəmməd Hənif Atmar və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə telefon danışıqlarında rəsmi Pekinin bu istəklərini dilə gətirib. O, Çinin Əfqanıstandakı münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına kömək etmək üçün diplomatik səylərini yeniləyərək müharibə edən əfqanlar arasında sülh danışıqları aparmağa hazır olduğunu açıqlayıb.

Pekin ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının xaosa gətirib çıxaracağından və ölkənin islamçı militantlara sığınacağa çevrilə biləcəyindən getdikcə daha çox narahatdır. Pekin həm Taliban, həm də Əfqanıstan hökuməti ilə sıx əlaqə saxlayır. Son günlərdə XİN rəhbəri Vaşinqtonu ABŞ-ın tələsik qoşun çıxarılması kimi xarakterizə etdiyi addıma görə daha çox tənqid edib və bunun Əfqanıstanda sülh prosesinə xələl gətirdiyini və regional sabitliyə mənfi təsir göstərdiyini iddia edib. Çinin narahatlığı başadüşüləndir. Çünki Əfqanıstanın şimal-şərqi ilə həmsərhəddir.

Pekin “qulağının dibində” qeyri-sabitliyin daha da dərinləşməsini arzulamır və bunu sərhədlərindən içəri daxil ola biləcəyi təhlükəsi kimi görür. Konspiroloqlar istisna etmirlər ki, Vaşinqtonun qoşunlarını Əfqanıstandan çıxarmaqda niyyəti həm də dünyada əsas rəqibi olan Çinin yaxınlığında onun üçün təhlükə saxlamasıdır. Ona görə Pekin proseslərə qarışmaq, Əfqanıstanda sülhün təmin olunmasına dəstək vermək istəyir ki, təhlükəni beşikdə boğsun, sərhədlərinə terror yaxınlaşmasın, sızmasın. Çin yaxşı bilir ki, NATO qoşunları çıxandan sonra Əfqanıstan qarışacaq, Taliban daha da aqressivləşəcək.

Bayden keçən ay Əfqanıstandakı “əbədi müharibəni” bitirmə vaxtının gəldiyini elan etmişdi və orada qalan 2500 nəfər Amerika əsgərinin mayın 1-dən başlayaraq 11 sentyabr tarixinədək ölkəni tərk etməsinə dair sərəncam imzalamışdı. NATO müttəfiqləri də Baydenin qərarına uyğun olaraq ölkədən təxminən 7000 əsgərini çıxarır. Bəs Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tuta bilərmi? Xaraba Əfqanıstanda mümkün görünməyən sülhə Çin nə kimi töhfə verə bilər?

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Çinin çoxdan iddiası var idi ki, Amerika Asiyadan çıxsın, onun siyasi-iqtisadi missiyasını özü yerinə yetirsin: “Amma hərbi missiyasını yerinə yetirmək istəməsi dünya üçün yeni gedişdir. Ordunun təminatı cəhətdən Çin Hindistandan daha potensiallıdır. Belə şəraitdə Çinin Əfqanıstana girişi Pekinin maraqlarına uyğundur. Çünki Talibanın islam qanadının Çində uyğurların yaşadığı bölgəyə sızmasından narahatdır. Ancaq inanmıram ki, Əfqanıstan Çinin öz ərazisinə girməsinə imkan versin”.

C.Nuriyev hesab edir ki, Baydenin qərarı da anlaşılandır: “Amerika prezidentinin qoşunlarını oradan çıxarmaq istəyi var. Daha istəmir ki, amerikalı əsgər başqa bölgədə ölsün və hərbi xərcləri də həddindən çoxdur. Onun boşalan yerinə isə Rusiya heç cürə girə bilməyəcək, əfqanlarda ruslara böyük nifrət var. Amma Əfqanıstan Çini də buraxacaqmı, çətin məsələdir. Taliban buna razılıq verəcəkmi?”

Siyasi şərhçinin fikrincə, Əfqanıstanda yaxın dövrdə sabitlik olması mümkünsüzdür: “Çünki ölkədə islam fundamentalizmi ilə sivil islam arasında güclü qarşıdurma var. Həmid Kərzainin prezident olduğu vaxtlarda ölkədə narkotik şəbəkəsi genişlənmişdi. İndi Əfqanıstanda ayrı cür yaşamaq mümkün deyil. Onlar narkotiki əksələr də, satmaq imkanları yoxdur.

Çünki ABŞ özü təşkil edirdi və satırdı. Əfqanıstanın heç bir sərvəti yoxdur, heyvandarlıqla dövlətin büdcəsini saxlamaq olmaz. Ona görə orada sabitlik olmayacaq və Taliban yeni işğal siyasəti həyata keçirəcək. Buradan Tacikistanın da problemləri çoxalacaq və Rusiyanın narahatlığı artacaq".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır: “ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib. ABŞ Əfqanıstanda qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkədə dialoqa başlamaq məcburiyyətində qaldı.

Rəsmi Kabil hazırda Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
• Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42
• Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru