Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                 

Putinin hədələri zəifliyini pərdələmək üçündür – Qərb mediası
Tarix: 11-01-2022, 08:09 | Çap et
Putinin hədələri zəifliyini pərdələmək üçündür
DİA.AZ: - “Rusiya dörd bir yandan mühasirədədir. Ölkənin düşmənləri sərhədlərə doğru irəliləyirlər. Düşmən NATO alyansı Rusiyanın tarixən və ruhən bir hissəsi olan Ukraynanı özünə qatmaqla hədələyir. Bütün bunları dəf etmək vəzifəsi isə Böyük Pyotrun, Birinci Aleksandrın və İosif Stalinin varisi olan Vladimir Putinin üzərinə düşüb”.

DİA.AZ-ın məlumatına görə, The Financial Times (FT) qəzetində Britaniya jurnalisti Gideon Rakman yazır ki, Rusiya hökumətinin Qərblə mühüm danışıqlar ərəfəsində apardığı təbliğatın ana xətti məhz belədir.

Rusiya Ukrayna ilə sərhədinə böyük qoşun toplayıb, qonşusunu müdaxilə ilə hədələyir, amma iddia edir ki, bu, onun NATO-nun genişlənməsinə müdafiə tipli reaksiyasıdır.

Moskvadakı Carnegie Mərkəzinin direktoru Dmitri Trenin izah edir ki, “Ukrayna Putinin son istinadgahıdır”.

FT yazır ki, Kremlin versiyası cəfəngiyyatdır. NATO-nun Rusiyaya hücum etməsi riski yoxdur. 1990-cı illərdə bu qədər çox ölkənin NATO-ya qoşulmasının isə bircə səbəbi var: Onlar Rusiya təcavüzündən qorxurlar. Ukraynanın isə hazırda NATO-ya üzv olması üçün real perspektiv yoxdur.

Məqalədə deyilir ki, məhz bu səbəbdən də bu həftə aparılan danışıqlarda istənilən nəticə, istənilən güzəşt Putinin təhlükəsizlik problemini həll etməyəcək. Çünki Rusiya liderinə başlıca təhlükə ölkənin xaricində yox, daxilindədir.

FT yazır ki, keçən il bu vaxtlar müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları bütün Rusiyanı bürümüşdü.

Onun hazırladığı videolar Putin və onun yaxın dostlarının dəbdəbəli həyatını faş edirdi. Məhz buna görə də Kreml ölkə daxilindəki opponentləri “xarici agent” adı ilə damğalayır. Əslində isə bunlar adi rusiyalılardır. Onlar hökuməti xoşlamır və bilirlər ki, saxta seçkilər heç bir dəyişiklik gətirməyəcək.

Məqalədə deyilir ki, Navalnı Putin üçün NATO-dan da böyük hədə olaraq qalır.

Ozünü rus millətçiliyinin təcəssümü kimi təqdim edən Putin öz hakimiyyətinə olan hədələrlə ölkəyə olan hədələri qarışdırıb. Halbuki Putinin şəxsi təhlükəsizliyi ilə ölkənin milli təhlükəsizliyi eyni şey deyil.

Amma bütün bunlara baxmayaraq Putinin ölkə daxilindəki problemləri ilə onun xarici təcavüzləri arasında əlaqə var. Hər hansı müharibə Rusiya lideri üçün millətçi dəstək dalğası yarada bilər.

Ən əsası isə budur ki, Putin Rusiya sərhədlərində yalnız kremlsayağı rejimə uyğun korrupsiyalı avtorkartiyalara dözə bilər. Əsl demokratiya alternativ model kimi Rusiya müxalifətini ürəkləndirə bilərdi. Azad ölkənin Kremlin qucağından qaçıb Qərbə sığınacağına daha böyük ehtimal var.

Financial Times yazır ki, məhz bu səbəbdən də Amerika Putinə onun tələb etdiyi “nüfuz dairəsini” vermək qabiliyyətində deyil.

Kremlin Rusiyanın sərhədlərində üstünlük verdiyi korrupsiyalı avtokratiyalar özlərinin yaratdıqları sosial müqavimətə görə qaçılmaz şəkildə qeyri-sabitdirlər.

2013-2014-cü illərdə Ukrayna üsyanı məhz rusiyayönlü korrupsiyalı hakimiyyətə son qoyub.

FT yazır ki, ABŞ-Rusiya danışıqlarının ərəfəsində qonşu Qazaxıstandakı etirazları yatırtmaq üçün ora qoşun göndərmək Kreml üçün narahatlıq yaradıb.

Orta əməkhaqqının aya 570 dollar olduğu bu ölkədə 1991-2019-cu illərdə prezident olmuş Nursultan Nazarbayevin ailəsinin təkcə xaricdə sahibləndiyi mülklərin dəyəri azı 785 milyon dollardır.

Məqalədə deyilir ki, Qazaxıstandakı çaxnaşma hakim dairələr arasındakı çəkişmə ilə bağlı ola bilər, amma bu sayaq problemlər adətən korrupsiyalı avtorkratiyalarda baş qaldırır. Sərvət xarici sistemin bir hissəsi kimi bölüşdürüləndə hakimiyyətdəki istənilən dəyişiklik sabitsizlik yaradır. Bu dilemma Putinə tanış ola bilər.

FT yazır ki, Qazaxıstan Rusiyanın yaxın qonşuluğunda təlatüm içində olan yeganə ölkə deyil. Belarusda 2020-ci ilin seçkisi oğurlanandan bəri yerli diktator Alyaksandr Lukaşenka daxili müxalifəti amansızlıqla əzib.

Məqalədə deyilir ki, müasir Rusiya Sovet İttifaqındakı vəziyyətə təhlükəli şəkildə yaxındır. Sovet İttifaqı da qonşuları özünə “dost” saxlamaq üçün onları müdaxilə ilə təhdid edirdi.

FT yazır ki, qısa, müzəffər müharibə Putini müvəqqəti gücləndirə bilər. Lakin 2022-ci ildə Ukraynaya müdaxilə Putin sisteminin sağ qalmasını təmin etməyəcək. 1968-ci ildə Çexoslovakiyaya müdaxilə Sovet İttifaqını xilas etmədiyi kimi. Son nəticədə Putinin vəziyyəti daha da zəifləyəcək. Əgər müharibə uzansa, Rusiya qurbanlar verəcək, iqtisadiyyatı tükənəcək və ölkə daha da təklənəcək.

Ukraynaya hücum NATO-nun varlığına yeni bir məna verəcək və onun genişlənməsinə yol açacaq. Hazırda Rusiyanın hədəli ritorikasından xofa düşən Finlandiya və İsveç şimal alyansına qoşulmaq məsələsini müzakirə edirlər.

Əgər lap Rusiyaya Kiyevdə oyuncaq rejim yaratmaq müyəssər olsa da, Moskvanın təcavüzü Ukrayna millətçiliyinə təkan verəcək. Özlüyündə bu, Kreml üçün çox qəribə bir qələbə olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru