Rusiya-Ukrayna müharibəsi: Gedişat hara aparır? - İNCƏLƏMƏ...
Tarix: 11-07-2022, 12:21 | Çap et
 Rusiya-Ukrayna müharibəsinin gedişatının hərbi-ərazi nöqteyi-nəzərdən hansı dövlətin iş əmsalına böyük fayda gətirəcəyi barədə proqnozlar vermək getdikcə çətinləşir.
Çünki hazırkı döyüş vəziyyəti, əməliyyat şəraiti onu deməyə əsas verir ki, tərəflər müharibəyə səbəb olan mübahisələri mütləq hərbi qələbə ilə həll etmək iqtidarında deyillər.
Cari tablonun təsviri göstərir ki, tərəflərin bir-biri üzərində qazandığı hərbi üstünlüklərin ömrü elə də uzunmüddətli deyil və ərazilər tez-tez əl dəyişdirməyə namizəd qismindədir.
Rusiya hazırda növbəti genişmiqyaslı hücumlara şərait yaratmaq üçün qoşunlarını komplektləşdirir, amma məqsədinin harada bitməsi barədə dəqiq kəşfiyyat məlumatları yoxdur.
Rusiya Ukraynanın Luqansk vilayətini tam nəzarətə götürdükdən sonra Donetskin də yerdə qalan ərazilərini tutmağı hədəfləyir, bunun üçün keçirdiyi əməliyyatlar isə hələ ki böyük effektə malik olmayıb.
Rusiya hərbi rəhbərliyi Ukraynadakı əməliyyatlarda həlledici uğur qazanmaqdan ötrü könüllü birləşmələrdən ibarət hərbi təşkilatlar yaratmağa davam edir.
Ukraynaya gəlincə, Qərbdən aldığı silahlar fonunda ölkənin cənubundakı sahilyanı əraziləri Rusiya qüvvələrindən təmizləmək üçün əməliyyatlara başlayacağının anonsunu verib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “The Sunday Times” nəşrinə müsahibəsində bu mövzuda əminliklə danışıb, görünür ki, Prezident Volodimir Zelenskinin əks-hücum əməliyyatları barədə əmrinə təkan verən güclü mənbələr mövcuddur.
Ukraynanın Qərbdən aldığı silahlar, xüsusilə son zamanlar HİMARS artilleriya-raket sistemləri Rusiyanın möhkəmləndiyi mövqelərə od ələyir, hərçənd ki, Kiyev həlledici bir uğura imza atmayıb.
Hazırda Ukraynanın hədəfində Xerson vilayətinin azad edilməsinin əsas prioritet kimi dayanması görünür. Ukrayna qoşunlarının Xerson istiqamətində irəliləyiş əldə etməsi bunun əlaməti kimi şərh edilə bilər. Amma yuxarıda qeyd etdiyimiz kimi, Kiyev aktivini zənginləşdirəcək irəliləyişə nail olmayıb.
Rusiyanın yenidən Kiyevə hücum edəcəyi planının Kremlin masasından arxivə atıldığını da demək sadəlövhlük olardı. Ona görə ki, Rusiyanın Ukraynanın şərqində və cənub-şərqində öz təsirlərini saxlamaq üçün paytaxt Kiyevdə Moskvanı dəstəkləyəcək hökumət olmalıdır. Paytaxt üzərində nəzarət olmadan Rusiya məqsədlərindəki strateji dəyişikliyi etibarlı şəkildə həyata keçirə bilməkdə çətinliklə üzləşəcək.
Onu da vurğulamaq lazımdır ki, Rusiyanın Kiyevə hücumu üçün qoşunlarını komplektləşdirməsi çətin məsələdir, qüvvələrini koordinasiya etməsi mürəkkəbdir. Ona görə də Kiyevə hücum hələlik ehtiyat plan kimi qala bilər və ya əməliyyatın motivi genişmiqyaslı hücumlara yox, məsafədən raket zərbələri endirməyə söykənə bilər.
Ukrayna Qərbin inteqrasiya edilmiş bir hissəsi olmaq sevdasından əl çəkmədiyinə görə prinsipiallığını qoruyub-saxlayacaq. Ukrayna Qərbə doğru addımlarını sürətləndirəcək və NATO bu siyasəti bütün cəhətlər üzrə dəstəkləyərək Rusiyanın təsirinə qarşı durmağa çalışacaq. Ancaq əsas sual budur ki, həmin strateji qətiyyətin bir limiti varmı?
Sözsüz ki, bunun bir həddi olacaq, Zelenski ara-sıra bunu duyduğundan Qərbin ünvanına da ittihamlar səsləndirirdi. Lakin bəllidir ki, Ukraynadakı müharibə Rusiya-NATO hibrid savaşının böyük və həlledici parçasıdır, ona görə də ən sonda Moskva ilə Qərb bir anlaşma formulu üzərində işləyəcəklər.
Bu formul pərdəarxasında razılaşdırıla və döyüş meydanında davam etdirilə bilər, amma Kiyev Moskva ilə ərazi itkilərini özündə ehtiva edən kompromisli sülh nizamlanmasına razı olmayacaq. Böyük planda Kiyevin nə istədiyi isə onu müharibə poliqonuna çevirən strategiya müəllifləri və Rusiya üçün o qədər də böyük əhəmiyyət daşımayacaq.
Rusiya bu müddət ərzində limanlarda qalan taxılla və özünün taxıl ixracını məhdudlaşdırmaqla dünyanı sınağa çəkməkdə davam edəcək.
Müharibə o zaman yekunlaşacaq ki, Rusiya ilə Ukraynadan biri digərinin vizyonunu qəbul etsin.
Aqşin Kərimov

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
|