ABŞ Prezidentinin reytinqi antirekordları yeniləyir... - Xərçəng, demensiya və aritmiya...
Tarix: 27-07-2022, 07:46 | Çap et
 ABŞ Prezidenti Co Baydenin ötən həftə koronavirusa yoluxduğu məlum olub. Cümə axşamı, iyulun 21-də Ağ Evin mətbuat katibi Karin Jan-Piyer Prezident Baydendən COVID-19 üçün götürülən testin cavabı pozitiv çıxıb. Ağ Evdən verilən açıqlamada qeyd edilib ki, ABŞ lideri vaxtı-vaxtında peyvənd olunub.
"Prezident Bayden bütün dozalar üzrə vaksinasiyadan keçib. Ona görə də xəstəliyi çox yüngül simptomlarla keçirir", - məlumatda qeyd edilib.
Bayden müalicə müddəti üçün Ağ Evdə təcrid olunub və vəzifələrini məsafədən yerinə yetirməkdə davam edir. Prezident növbəti testlərin cavabı mənfi göstərənə qədər planlaşdırılmış görüşlərini telefon və "Zoom" vasitəsilə həyata keçirəcək.
Bayden virus əleyhinə “Pakslovid” preparatını qəbul etməyə başlayıb. ABŞ tibbi tənzimləyicisinin saytında dərmanın ağır xəstəlik riskinə qarşı istifadə edildiyi bildirilir.
Rusiyalı virusoloq Aleksandr Butenko isə hesab edir ki, koronavirusun hazırkı ştammı ABŞ Prezidentinin səhhətini təhdid etmir. Rusiyanın Elmi-Tədqiqat Virusologiya İnstitutunun laboratoriya müdiri İvanovskinin sözlərinə görə isə Bayden indi bütün dünyada yayılmış omikron ştammının alt növlərindən birinə yoluxub. Koronavirusun omikron ştammı yaşlı adamlar üçün də təhlükə vəd etmir.
Qeyd edək ki, ABŞ Prezidentinin hazırda 79 yaşı var.
Amerika lideri COVID-19-a yoluxma ərəfəsində xərçəng xəstəliyinin olduğunu etiraf edib. İqlim dəyişikliyi ilə bağlı böhranın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş tədbirdə Bayden bir çox həmyerliləri kimi ətraf mühitin çirklənməsi nəticəsində yaranan xərçəng xəstəliyinə tutulduğunu deyib.
Xatırladaq ki, Bayden bir çox neft emalı zavodlarının yerləşdiyi Delaver ştatının Kleymont şəhərində böyüyüb.
Prezidentin bu açıqlamasından dərhal sonra Ağ Ev Baydenin vəzifəsinin icrasına başlamamışdan əvvəl götürülən analizlərdə dəridəki qeyri-melanoma tipli xoşxassəli yenitörəmələrin olduğunu, Prezidentin indi bunu nəzərdə tutaraq xərçəng olduğunu dediyini açıqlayıb.
Ümumiyyətlə, zaman-zaman dünya mediasında və sosial şəbəkələrdə Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif məlumatlar dərc edilib. Bir müddət əvvəl ABŞ liderinin mümkün demensiyası barədə məlumat yayılmışdı.
25 noyabr 2021-ci ildə onun şəxsi həkimi Kevin O'Konnor prezidentin boru adenomasının çıxarıldığını söylədi. Bu, potensial olaraq xərçəng xəstəliyindən əvvəl xoşxassəli böyümə hesab olunur. Həkim bildirmişdi ki, bu, Prezidentin xüsusi terapiyaya ehtiyacı olduğu anlamına gəlmir.
Eyni zamanda, O'Konnor vurğulamışdı ki, Bayden atriyal fibrilasiya, hiperlipidemiya, qastroezofagial reflü, mövsümi allergiya, ayaqların yüngül sensor neyropatiyasından əziyyət çəkir: "Amma bütün bunlara baxmayaraq Prezident sağlam və enerjili insandır və dövlət başçısı vəzifələrini layiqincə yerinə yetirə bilər"
Lakin O'Konnorun həmkarları onunla razılaşmır. Məsələn, "American Thinker" jurnalında yazan həkim Kristofer Beyker bildirmişdi ki, Bayden yenidən prezidentliyə namizəd olub seçilərsə, vəzifəsini ikinci müddətdə sona qədər icra edə bilməyəcək. Mütəxəssis hesab edir ki, Baydenin demensiyası inkişaf edir: "Orta hesabla, demanslı bir insan diaqnozdan sonra dörd ildən bir qədər çox yaşaya bilər. Birləşmiş Ştatlar prezidentinin kövrək, bərbad, ruhdan düşmüş qoca olması milli faciədir".
Qeyd edək ki, Beyker Amerika Assosiasiyasının və Neyrocərrahlar Konqresinin üzvü, beyin damarlarının öyrənilməsi və neyrocərrahiyyə sahəsində nailiyyətlərə görə mükafatlar laureatı, beyin zədələrinin öyrənilməsi üzrə mütəxəssisdir.
Yeri gəlmişkən, ABŞ Prezidentinin reytinqi antirekordları yeniləyir. İyulun 20-də məlum olub ki, amerikalıların yalnız 36 faizi Baydenin siyasətini dəstəkləyir ki, bu, onun ABŞ Prezidenti olduğu dövrdə ən aşağı göstəricidir. Bir həftə ərzində siyasətçi dəstəyini üç faiz itirib. Son qırx ilin ən yüksək həddinə çatan inflyasiya, ərzaq və yanacağın qiymətlərinin artması səbəbindən Bayden seçicilərini itirir. Siyasətçinin populyarlığına onun qeyri-müəyyən açıqlamaları, qəribə hərəkətləri də təsir edir. //AYNA//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
|