Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                 

Elçibəyin komandasında təmsil olunan prezidentliyə namizədlər...
Tarix: 29-03-2018, 09:14 | Çap et
Elçibəyin komandasında təmsil olunan prezidentliyə namizədlər...
Aprelin 11-də ölkədə prezident seçkisi keçiriləcək. Artıq ölkədə seçki ab-havası hiss olunur. Hazırda qeydə alınmış prezidentliyə namizədlərin seçkiqabağı təşviqat dövrüdür.

Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Prezidentliyə namizəd olan şəxslər eyni zamanda həftədə 3 dəfə İctimai Televiziyada yaradılan pulsuz efir vaxtından da yararlanıb, seçicilərinə müraciət edir, prezident seçildikləri təqdirdə görəcəkləri işlərin anonsunu verirlər.

Seçki prosesi zamanı namizədlər barəsində geniş məlumatlar dərc etmək dünya mediasında da ənənəvi hal alıb. Seçiciyə də maraqlıdır ki, namizədlərin indiyə qədər gördükləri işlər, onların keçdikləri siyasi fəaliyyət prezident postunda təmsil olunmaları üçün yetərlidir, yoxsa yox. Azərbaycanda hazırkı prezidentliyə namizədlərin bir qismi ictimaiyyətdə hələ Azərbaycan Xalq Cəbhəsi (AXC) dövründəki fəaliyyətlərindən tanışdırlar. Namizədlər həmin dövrdə müxtəlif vəzifələrdə təmsil olunublar.

“Yeni Müsavat” olaraq namizədlərin keçdikləri siyasi yolu qısa şəkildə təqdim edirik.

Öncə məlumat üçün qeyd edək ki, Azərbaycanda prezidentliyə namizəd kimi 8 nəfər qeydə alınıb. Onlar Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyini verən, hazırkı dövlət başçısı İlham Əliyev, ADP-dən namizəd Sərdar Cəlaloğlu (Məmmədov), namizədliyini öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc, Yeni AXCP-dən namizədliyini verən Razi Nurullayev, BAXCP-dən namizəd Qüdrət Həsənquliyev, ASDP-dən olan namizəd Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev və MMP-dən namizədliyini irəli sürən Hafiz Hacıyevdir.

Bu adlarını çəkdiyimiz şəxslərdən Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev Elçibəy hakimiyyəti dövründə vəzifələrdə olublar. Belə ki, Fərəc Quliyev 1989-1993-cü illərdə AXC rayon şöbəsinin sədri, 1993-cü ildə isə AXC İcraiyyə komitəsinin sədri, prezident Əbülfəz Elçibəyin 1-ci müavini olub. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Parlamentdə Demokratik Blokun üzvü olub. 1991-ci ildə parlamentdə qəbul olunmuş “Müstəqillik aktı”nın müəlliflərindəndir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir.

Qüdrət Həsənquliyev 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət Heyətinin üzvü olub. 2001-ci ildən iki yerə parçalanmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri, (2004-cü il aprelin 3-də keçirilən növbəti təsis konfransında partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adlandırılıb), 2003-cü il martın 5-də Milli Məclisin deputatı seçilib. 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2003, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə növbəti dəfə millət vəkili seçilib.

Hafiz Hacıyev 1992-1993-cü illərdə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb.

1993-cü ildə qiyamçı Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunub, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. 1999-cu ildə həbsdən azad olunduqdan sonra Elçibəy Xalq Hərəkatının yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olub. Hazırda Müasir Müsavat Partiyasının sədridir.

Prezidentliyə namizəd olan digər şəxslərin də fəaliyyətinə qısa formada nəzər salaq.

Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Araz Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü olub. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olub və rəhbərlikdə təmsil edilib.

Sərdar Cəlaloğlu 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub. Hazırda sədri olduğu ADP-ni 1991-ci ildə qurub. 2008 və 2013-cü ildə Azərbaycan Demokrat Partiyası tərəfindən 2008-ci il və 2013-cü il Azərbaycan prezident seçkisinə namizədliyi irəli sürülüb, lakin qalib gələ bilməyib.

Razi Nurullayev 2015-ci ildə AXCP-də Əli Kərimlinin müavini vəzifəsindən istefa verib və elə həmin ilin 19 avqust tarixində Əli Kərimlidən narazı qüvvələrlə birlikdə eyniadlı partiya yaradıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru