Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                 

“Sosial şəbəkələrdə təhqir edənlər qanun qarşısında cavab verəcəklər” - deputat
Tarix: 5-04-2018, 09:27 | Çap et
“Sosial şəbəkələrdə təhqir edənlər qanun qarşısında cavab verəcəklər”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakl (QDİƏT PA) nümaəyəndə heyətinin rəhbəri Eldar Quliyev qarşıdan gələn seçkilərlə bağlı Modern.az saytına müsahibə verib.

- Eldar müəllim, seçkilərə çox az zaman qalıb. Ölkədə seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən mütəmadi olaraq seçicilərlə görüşürəm, təbliğat işində aktiv iştirak edirəm. Özü də yalnız təmsl olunduğum Sabunçu rayonunda deyil, Yeni Azərbaycan Partiyası ilə birlikdə Bakının digər rayonlarında da təbliğat işlərinə qatılıram. Belə görüşlərdən biri bu gün Xəzər rayonunda olacaq.

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Azərbaycanda seçkilərə möhtəşəm hazırlıq gedir. Xalqımız hər zaman bütün seçkilərdə, istər parlament, istər prezident, istərsə də bələdiyyə seçkiləri olsun, aktiv iştirak edib. Seçkiöncəsi hazırlıq, insanların prosesə yanaşma tərzi, münasibəti onu deməyə əsas verir ki, bu dəfə də Azərbaycan seçiciləri böyük aktivlik nümayiş etdirəcəklər. Seçkilərlə bağlı insanlara bütün şərait yaradılıb. Sərbəst toplaşmaqdan tutmuş öz fikrini ifadə etməyə qədər qanunvericilik çərçivəsində heç bir qadağa yoxdur. Müxalifət bir müddət öncə mitinq keçirdi. Baxmayaraq ki, onların aksiyasına qoşulanlar çox az saydadır, sadəcə onu demək istəyirəm ki, seçkilər üçün insanlara bütün şərait yaradılıb.
Baxın, bu gün seçkilərdə öz namizədi ilə iştirak edən müxalifət də var, seçkiləri boykot edən qüvvələr də var. Demokratik cəmiyyətlərdə seçkilərə münasibətdə fərqlilik normal haldır. Bir qrup namizədliyini verir, bir qrup boykot edir, bir qrup mitinq keçirir və s. Bütün bunlar demokratiyanın təzahürüdür. Hüquqi dövlət qurmuşuqsa, burada iqtidar da olmalıdır, müxalifət də...

Onu da qeyd edim ki, seçkilərdə xeyli sayda xarici müşahidəçi gözləyirik.

- Siz Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərisiniz. Həmin qurum da müşahidəçiləri ilə Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edəcəkmi?

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınınınm xətti ilə yeddi ölkədən nümayəndə gələcək. Biz müşahidəçi kimi onları dəvət etmişik. Onlar da razılıq veriblər.

- Bilmək olarmı ki, onlar hansı dairələrdə müşahidə aparacaqlar?

- Bu, bizim işimiz deyil. Onların öz seçimidir. Harda müşahidə aparmaq istəsələr, yəqin ki, Mərkəzi Seçki Komissiyası onlara şərait yaradacaq.

- Prezidentliyə namizədlərin çıxışlarına baxmısınızmı və qənaətiniz necədir?

- Əlbəttə, həm televiziyada, həm də mətbuada onların çıxışlarını mütəmadi olaraq izləyirəm. Hər kəs özünü daha çox göstərməyə çalışır. Normaldır. Hadisələrin gedişindən, yaradılan şəraitdən onu demək olar ki, seçkilərdə qanun pozuntuları olmayacaq. Yaradılan şərait bunu deməyə əsas verir.

- İnsanların seçkiöncəsi əhval-ruhiyyəsi və ümumiyyətlə seçkilərə münasibət necədir?

- Mən bunu yüksək dəyərləndirirəm. Sosioloji sorğular, aparılan monitorinqlərə əsasən onu deyə bilərəm ki, hazırkı prezident İlham Əliyevin reytinqi çox yüksəkdir. Bu da onun gördüyü işlərlə bağlıdır. Ancaq hər şey seçki qutuları açılandan sonra bilinəcək.
Onu da bilmək lazımdır ki, bütün namizədlərə eyni şərait yaradılıb.

- Eldar müəllim, seçkiərəfəsi dövr həm də sosial şəbəkələrdə bəzilərinin görünməmiş təhqirlərə əl atması ilə yadda qaldı. Siczə, bu, hardan qaynaqlana bilər?

- Bunu çox pis qiymətləndirirəm. Əgər milli-mənəvi dəyərlərdən danışırıqsa, o söyüş-təhqirlər Azərbaycana, azərbaycanlıya xas olan yanaşma, xarakter deyil. Sosial şəbəkədə yazılanlara uşaq da, böyük də, qadın da, düşmən də, dost da, hər kəs baxır. Özümüz barədə niyə mənfi rəy yaratmalıyıq? Demokratik cəmiyyət o demək deyil ki, insanları təhqir edəsən və bunu fikir azadlığı kimi qələmə verəsən. Belə söyüşlər insanlığa yaraşmayan hərəkətlərdir. Azərbaycan Prezidentini xalq seçir. Bu seçimiə qarşı təhqir elə xalqı təhqir etmək deməkdir. Kimsə öz xalqını təhqir edirsə, demək ki, o, həmin xalqın nümayəndəsi deyil, bir ünsürdür. Onların adını çəkib bu müsahibəni çirkləndirmək istəmirəm. Sadəcə, onların hərəkətlərinə diqqət edəndən sonra belə bir nəticəyə gəlirsən ki, onlar böyük tərbiyəsizlərdir. Mən bu məqamda sosial şəbəkələrdə də təqsir görürəm. Kimisə bu müsəvidə təhqir etdirməyə şərait yaratmaq elə o təhqirə şərik olmaq deməkdir.

İstənilən halda bu kimi hallar yolverilməzdir və xalqımıza qarşı həqarətdir. Barəmizdə dünya səviyyəsində çox pis fikir formalaşdırırlar. Bizim xalq bəyəm bunlaramı layiqdir? Bizim xalq bəyəm belə düşüncə sahibidirmi?

Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq kimsəyə bu şəkildə danışmaq haqqı verilmir. Mədəniyyətimizi necə qoruyub saxlamalıyıq? Ayıb deyilmi? Hesab edirəm ki, bu şəkildə əxlaq nümayiş etdirənlər müəyyən mərkəzlərdən idarə olunurlar və bu şəkildə istiqamətləndirirlər. Üzümü onlara tuturam, Sizin ailəniz, ananız, bacınız yoxdurmu? Bu iyrənc söyüşləriniz heç zaman unudulmayacaq və ömrünüz boyu bir kabus kimi sizi izləyəcək. Onda övladlarınıza nə cavab verəcəksiniz? Əslində belə ünsürlərə heç mənfi qiymət də vermək olmur. Çünki bunların dəyəri yoxdur. Bu iyrənclik hüquqdan da, insanlıqdan da, mədəniyyətdən də kənardır.

Bilirsniz, bir cəmiyyətdə hər kəs eyni düşünə bilməz, hər kəs hər şeydən razı qala bilməz. Bu, normaldır və elə demokratik təsisatların əsas prinsiplərindən də biri budur. Baxın, Amerikada, Almaniyada, İngiltərədə, Rusiyada narazılar yoxdur? Təbii ki, var. Amma bu narazılığı ölkə rəhbərliyinə qarşı təhqirlə ifadə etmək yolverilməzdir. Sən gedib xarici ölkələrdəki Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyası keçirirsən, bu, necə ola bilər? Demək ki, sənin kimliyin şübhəlidir. Axı ermənilər bundan istifadə edib dünya səviyyəsində bizim barəmizdə çox mənfi rəy yaradırlar. Demək ki, bu vəziyyəti yaradan elə ermənilərdir. Ermənilərə bu əsası verənlər Azərbaycan xalqına ermənilərdən də çox düşməndirlər. Bu, sadə məntiqdir. Bunun ən yaxşı adı tərbiyəsizlikdir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edirik. Onların yubiley ilində xalqımız haqda beynəlxalq ictimaiyyətdə bu şəkildə rəy formalaşdırması həm də yubileyimizə qarşı yönəlmiş hərəkətdir. Biz bu gün Azərbaycanın Şərqdə ilk demokratik dövlət olduğunu bəyan edirik, bu dövlətin dünya səviyyəsində bir çox ilklərə imza atdığını deyirik, adlarını çəkmək istəmədiyim bu qara ləkələr öz addımları ilə bütün bunların üstünə kölgə salmaq istəyirlər. O başqa məsələ ki, bu tərbiyəsizlərin hərəkətləri yalnız özlərinə zərbə vuracaq. Yerdə qalan məsələlərə təsir etməyəcək.

Milli, mənəvi dəyərlər insani münasibət, böyüklərə sayğı, uşaqlara qayğı deməkdir. O təhqir müəlliflərinin əməlləri həyat durduqca unudulmayacaq.

Üzümü onlara tutub deyirəm ki, bu iyrəncliyə son qoysunlar. Sosial şəbəkələri yaradanlar da insanların təhqir olmasına yol verməsinlər. Mütləq tədbirlər görülməlidir. Onların özünə qarşı belə təhqirlərə sosial şəbəkələrdə yer verilərmi? Təbii ki, yox.
Bütün bunlar seçki əhval-ruhiyyəsinə heç bir təsir göstərməyəcək. Hər kəs öz əməlinin nəticəsinə uyğun hüquq qarşısında gec-tez cavab verəcək.

Əminəm ki, seçicilər Azərbaycanın gələcəyinə, ölkəmizi firəvanlığa aparan namizədə səs verəcəklər. Hesab edirəm ki, artıq xalqımız seçkilərlə bağlı öz seçimini edib.

Tam qətiyytlə bildirirəm ki, gələcəyimiz İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda olan sabitlik hansı dövlətdə var? Amerika, Rusiya, İran, Türkiyə, başqa ölkələrə baxın. Bu sabitlik Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu sabitlik İlham Əliyev zəhmətinin nəticəsidir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru