“İstəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın” - Əli Orucov
Tarix: 11-04-2018, 09:27 | Çap et
 Son illərdə Azərbaycan müxalifətinin icazəsiz aksiyalar keçirməsinə rast gəlinmir. 2013-cü ildən etibarən müxalif düşərgə indiyə qədər demək olar ki, razılaşdırılmamış mitinq, piket təşkil etməyib. Daha öncələr belə aksiyalar keçirən müxalifətin bundan imtinası maraq doğurur.
Düzdür, son beş ildə müxalifətin aksiya keçirmək üçün etdiyi müraciətlərin əksəriyyətinə razılıq verilib. Bu səbəbdən icazəsiz aksiyaların gündəmdən düşdüyü də qeyd olunur. Lakin elə hallar da olub ki, müxalifət hər hansı bir tədbir keçirmək istəyib, buna yer ayrılması üçün olunan müraciətə hakimiyyət sərt münasibət sərgiləyib. Demokratik düşərgənin isə buna reaksiyası susqunluq olub...
AĞ Partiya başqanının müavini Əhəd Məmmədli bütün bunun bir neçə səbəbinin olduğunu düşünür: “İllər öncə müxalifət razılaşdırılmamış mitinqlər ona görə keçirirdi ki, hakimiyyət mitinq keçirmək üçün normal bir yer versin. Gənclərin sayəsində müxalifət buna nail oldu və iqtidar ”İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunu mitinq keçirmək üçün siyasi opponentlərinə verdi. İllərdir bu imkandan müxalifət lazımınca niyə istifadə edə bilmir, bu artıq başqa bir mövzudur. Razılaşdırılmamış aksiyalar əhəmiyyətini itirməyib. Sadəcə olaraq, razılaşdırılmış aksiyaya kifayət qədər adam yığa bilməyən ənənəvi müxalifət çox gözəl anlayır ki, razılaşdırılmamış aksiyada, ümumiyyətlə, heç nə edə bilməz.
Əvvəllər şəhərin mərkəzində razılaşdırılmamış mitinq etmək üçün ənənəvi müxalifətin gücü var idi, çünki sıralarında güclü gənclər təşkilatları var idi. Artıq bu gənclərin bəziləri əvvəlki təşkilatlarından ayrılıb, özləri üçün ayrı təşkilatlar qurub, digərləri isə ümumiyyətlə siyasətdən ayrılıb. Bunun niyə belə olduğunu artıq ənənəvi müxalifət düşünsün. Güclü gənclər təşkilatları olmayan partiyalar nəinki razılaşdırılmamış, hətta güclü razılaşdırılmış mitinqlər belə edə bilməyəcəklər".
AMİP katibi Əli Orucov ölkədə qarşıdurmaların baş verməməsi üçün icazəsiz aksiyalar keçirmədiklərini qeyd etdi: “Müxalifətin razılaşdırılmamış aksiyalardan qaçmasının müxtəlif səbəbləri var. İlk növbədə istəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın, zorakılıq halları artsın, kövrək ictimai-siyasi sabitlik pozulsun. Yaxın Şərqdə, sərhədlərimizə yaxın geniş siyasi coğrafiyada müharibələrin getdiyi, terrorun və separatizmin tüğyan etdiyi, supergüclərin ciddi qarşıdurması fonunda daxili gərginliyin artması arzuolunan deyil. Kütləvi aksiyalar iqtidarlara təsir edəcək ən effektli təsir vasitəsidir. Əgər bütün sivil mübarizə vasitələri tükənərsə, dialoq və müzakirələrə yol bağlanarsa, qarşı-qarşıya duran tərəflərdə kompromis tapılmazsa, yaxud da problemlərin həllinin başqa variantları mümkünsüz olarsa, o zaman kütləvi aksiyalara əl atılır ki, bu da sonda həmişə yaxşı nəticələr vermir. Zorakılıq halları artır, iğtişaşlara, nəzarətdən çıxan proseslərədək gedib çıxır, müxalifət düşərgəsi olaraq bundan çəkinməyə çalışırıq. Yanlış olaraq bəzi qüvvələr kütləvi aksiyaları gövdə və güc göstərisi kimi qələmə verməyə çalışırlar. Doğrudur, bu amil də var. Amma əsas məqsəd hakimiyyətə təsir göstərmə, onu hansısa siyasətindən, qərarlarından çəkindirmək, aksiyanı keçirən siyasi qüvvələrlə hesablaşmağa məcbur etməkdir. Eyni zamanda ictimai fikri və nəbzi göstərməkdir. Ötən əsrin 80-ci illərinin sonu və 2000-ci ilin əvvəllərinədək bu taktika səmərə verirdi. Amma Azərbaycanda izdihamlı mitinqlər dövrü indi arxada qalıb. Kütləvilik, mütəşəkkillik alınmadığından effektsiz olur. Bu heç də o demək deyil ki, mitinqlər əhəmiyyətini itirib. Sadəcə, iqtidar digər hüquq və azadlıqlar kimi sərbəst toplaşma azadlığını da məhdudlaşdırıb. Etirazçı, yaxud da narazı vətəndaş meydanda güclü lider və alternativ güclü komanda görmədiyindən inamsızlıq sindromundan çıxa bilmir. Açığı, ölkədə də vəziyyət tam dözülməz və ya böhran həddində deyil ki, son çıxış yolu kütləvi aksiyalara qalsın”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
|