Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                 

“Afrikadan bizə nə?” - deputat
Tarix: 12-03-2019, 08:41 | Çap et
“Afrikadan bizə nə?”
Əlcəzair və Sudanı bürüyən etiraz aksiyaları Azərbaycan müxalifətini ümidləndirib. Sosial şəbəkələrdə və müxalif media orqanlarında bu aksiyaların ölkəmizə təsir edə biləcəyi, hətta burnumuzun ucuna qədər gəlib çatacağı yönündə statuslara, açıqlamalara rast gəlməkdəyik.

Ümidini hər zaman Azərbaycandan kənarda baş verən aksiyalara bağlayan müxalifət liderləri indi də Afrikanın iki ölkəsindəki prosesləri gündəmdə saxlamağa çalışır. Bununla nələrəsə nail ola biləcəklərini güman edirlər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycan müxalifətinin özlərinə aid olmayan başqa işlərlə daim məşğul olduqlarını söylədi: “Ümumiyyətlə, bizim radikal müxalifətin çox qorxunc bir xəstəliyi var. Özlərinə aid olan məsələlərdən başqa hər işlə məşğuldurlar: xarici müxalifətlə, donos yaradıcılığı ilə, ya da nə bilim mənasız inqilab təəssübkeşliyi ilə, absurd eyniləşdirmələrlə və s. Bircə Azərbaycan xalqına öz əməlləri ilə mesaj verməyin, mənsub olduqları xalqla işləməyin, onların etimadını qazanmağın yolları haqda heç nə düşünmürlər. Fikirləri-zikirləri ölkədən kənardadır. Bütün diqqətləri episentrə yox, məhz uzaq ətrafda baş verən hadisələrə fokuslanıb. Ona görə də bu gündədirlər, ona görə də dirçələ bilmirlər. Narıncı inqilablar dövrünü yəqin çoxları unutmayıb. Bizim qaragüruh müxalifət o zaman öz təbliğatlarını aparası yerdə başqasının təbliğatına aludə oldular, onların köynəklərini, libaslarını sifariş verdilər, yenə kiməsə oxşamağa çalışdılar. Anlamadılar ki, siyasət trafaret köçürməni yox, yeniliyi sevir. Daha sonra ”ərəb baharı" başladı, yenə bizim radikal müxalifət özünə əl qatdı. Oturub inqilab transferi gözlədilər. Təbii, xalqa deyil, xarici qüvvələrə bel bağlayaraq. Amma yenə də nəticə olmadı. Və bu gün həmin kəsimin “başbilənləri” növbəti dəfə adətlərindən imtina eləmirlər. İndi də sosial şəbəkələrdəki statuslarında, internet televiziyalarına verdikləri açıqlamalarında, müsahibələrində Əlcəzair, Sudan hadisələrini qabardıb təbliğat aparırlar ki, bəs filan xalq ayağa qalxdı, biz qaldıq".

Deputat Sudandakı durumun fərqli olduğunu da bildirdi: “Bu ölkədə kütləvi aclıq baş alıb gedir. Ölkə büdcəsi tarı-mardır. Hətta insanlar eynən AXCP-Müsavat hakimiyyəti dövründəki kimi çörək tapa bilmirlər. Ciddi ərzaq qıtlığı var. Qonşu ölkələr isə idxalın qarşısını alaraq Sudanı blokadaya salıblar. Təbii, bu durumda təlatüm qaçılmazdır. Əlcəzairdə isə Buteflika dövrünün bitməsi üçün ciddi, münbit zəmin var. Çünki adam faktiki idarəçilik qabiliyyətini itirib, az qala əlil arabasında da deyil, xərəkdə gəzir, ikinci insult diaqnozu ilə yenidən İsveçrədəki xəstəxanaya yerləşdirilib. Öldüsündən, qaldısından xəbər yoxdur. Heç şübhəsiz, belə olan halda Əlcəzair xalqı panikaya düşməli idi və düşüb də. Üstəlik, nəzərə alsaq ki, bir çox xarici qüvvələrin də həmin ölkələrin qarışmasında marağı var, o zaman hadisələrin bu məcrada davam etməsi əslində heç kimi təəccübləndirməməlidir. Eyni zamanda Əli Kərimlini və Milli Şuranı. AXCP sədri feysbuqda Əlcəzair xalqının periferiyalardan mərkəzə doğru gəlişini elə şövqlə paylaşıb, sanki Kürdəmir camaatı Bakıya doğru irəliləyir. Oysa adama sual verən lazım: Nə dəxli? Niyə bir yox, yarım dəfə də özünüzlə fəxr edə bilmirsiniz? Niyə bir dəfə də öz izdihamınızı paylaşmaq gücünüz yoxdur? Niyə Venesueladan, Əlcəzairdən olan videoları, fotoları bəh-bəhlə yaydığınız, tirajladığınız halda Milli Şuranın bəsit mitinqlərindəki rəsmləri fotoşop olmadan, orasına-burasına əl gəzdirmədən ortaya çıxara bilmirsiniz? Nə qədər onun-bunun gücü, mitinqi, elektoratı ilə fəxr etmək olar? Afrikadan bizə nə? Afrika inqilablarının - özü də hələ məqsədinə vara bilməyən inqilabların - bizə nə aidiyyəti var? Bir dəfə də özünüz olmağa, özünüzə oxşamağa çalışın da.

Aydın məsələdir ki, həmin inqilabların kənara sıçrama imkanı yoxdur. Çünki qeyd etdiyim kimi, spesifik xarakterdədir. Ayrıca, hər kəs bir həqiqəti də unutmasın: Zamanında “narıncı inqilab”ların estafeti məhz Azərbaycanda durdurulub. Xalqın və hakimiyyətin iradəsi ilə. İllər sonra da bəlli olub ki, Azərbaycan xalqı inqilab təəssübkeşlərinə dəstək verməməklə ən düz olanı edib. Ən azından inqilab baş verən ölkələrdəki gerigetmələr, inkişaf axsamaları, siyasi sabitliyə qamçı çəkən xaoslar bunu deməyə əsas verir. Bundan sonra da Azərbaycan xalqı əsla və əsla destruktiv qüvvələrin çağırışlarına, xaricdəki beynəlxalq ünsürlərin pulu ilə qidalananlara, məkr, qisas üzərindən siyasi plan quranlara dəstək verməz. Çünki bu millət, bu xalq yetərincə ağıllıdır, maariflənib, mükəmməl siyasi təfəkkürə sahibdir.

Əli Kərimli və onun barmaqla sayılacaq dəstəkçiləri isə nəhayət, yuxudan ayılsınlar, fantaziyalarla yaşamasınlar. Onların arzuladıqlarını heç cizgi filmlərində belə reallaşdırmaq mümkün deyil, nəinki real həyatda".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru