“İqtidarla müxalifət bir araya gəlməli və ortaq məxrəc tapılmalıdır” - Sabir Rüstəmxanlı
Tarix: 26-09-2019, 08:26 | Çap et
 “Qarabağ münaqişəsinə dair danışıqlar 20 ildən çoxdur davam etsə də, sıfır nöqtəsindən irəli getməyib. Əksinə, Ermənistan tərəfi daha da aqressivlik göstərir və azğınlaşıb”.
Bu sözləri Reyting.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.
S. Rüstəmxanlı bildirib ki, ötən gün təsadüfən televiziya kanalında erməni politoloqun çıxışını dinləyib: “Açığı, politoloqun adını da bilmədim, çünki proqrama yarıdan baxdım. Son vaxtlar məni yaralayan belə söz olmamışdı. Erməni politoloqun sözü məni dəhşətli dərəcədə yaraladı. Deyir ki, biz azərbaycanlı “qardaşlarımıza” kömək edə bilərik, gedib özlərinə Monqolustanda bir yer tapsınlar.
Bilirsinizmi, bu nə qədər ağır sözdür? Təbii ki, ermənilər yüzlərlə belə yalan deyirlər, amma məsələ bundadır ki, bu yalanlara biz özümüz zəmin hazırlamışıq.
Bizim tarixçilərimiz yazanda ki, buralara XI əsrdə Səlcuqlarla gəlmişik və buranın qədim türk torpağı olduğunu demədiyimiz üçün ermənilərin dili uzanır. Biz İrəvanın, Zəngəzurun, Göyçənin tarixən Azərbaycan torpaqları olduğunu yazıb, bu həqiqəti xarici dillərə tərcümə edib yaymadıqca, ermənilərin dili daha çox uzanır. Ən azı son 70 ilə qədər bizə çox şey unutdurublar”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara da diqqət çəkən S. Rüstəmxanlı hesab edir ki, nəticəsi olmayan danışıqlara milləti inandırmaq və bu cür yaşamaq ağırdır: “Nəyi gözləyirlər? ATƏT-in Minsk qrupu gözləyir ki, bir milyon qaçqın, köçkün ölüb getsin və Qarabağı xatrlayan adam qalmasın? Zəngəzuru unutdurduqları kimi Qarabağıda unutdursunlar? Bu, mümkün deyil! Söhbət müstəqil bir dövlətin ərazisindən gedir. SSRİ deyil ki, müttəfiq respublikaları bir əldə idarə edən Moskva bunu unutdura bilsin. Bu müstəqil dövlətin ərazisidir və problem həll edilməlidir. Beynəlxalq təşkilatlar məsələni ciddi şəkildə qoymalıdır. Xarici işlər nazirlərinin görüşü, vasitəçilərin “tərəflər razılığa gəlsin, biz də sözümüzü deyək”, - yanaşması var. Əgər sən işğalçıya “işğalçı” demirsənsə, işğalçıya “işğal etdiyin ərazidən çıx”,- demirsənsə, BMT-nin qəbul etdiyi sənədlərin arxasında durmursansa, sonu nə olacaq? Bu mənada danışıqların nəticəsizliyi təzə məsələ deyil. Danışıqlar başlandığı tarixdən nəticəsiz qalıb”.
S. Rüstəmxanlının fikrincə, millət və xalq bir yumurağa dönməli, iqtidar-müxalifət bir araya gəlməli, ortaq məxrəc tapılmalıdır: “Bunun əvəzinə biz bütün düşərgələrdə söyüş yarışının getdiyini görürük. Qarabağ unudulub, qalıb bir kənarda. Ölkə iqtisadiyyatı, sənayesi, siyasəti də bir tərəfdə qalıb. Ancaq xırda məsələlərlə, kiminsə söyüş söyməsi, kiminsə söyüşünə haqq qazandırmaq kimi şeylər gündəmi əhatə edib. Qarabağ isə yaddan çıxıb”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Bu gün, 23:40 |
|
|
|
| • Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 23:36 |
|
|
|
| • "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Bu gün, 23:34 |
|
|
|
| • Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Bu gün, 23:28 |
|
|
|
| • Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Bu gün, 22:59 |
|
|
|
| • Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Bu gün, 22:40 |
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
|