
Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir dövlətçilik tarixində və siyasi sistemində tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən bu möhtəşəm Qurultay, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlərin məntiqi davamı və gələcək inkişafımızın strateji xəritəsidir.
Dövlət başçımız Qurultaydakı dərin məzmunlu nitqində yalnız partiyamızın təşkilati və ideoloji fəaliyyət istiqamətlərini deyil, bütövlükdə dövlətimizin milli təhlükəsizlik, ideoloji müdafiə, xarici siyasət və regional inkişaf prioritetlərini aydın şəkildə bəyan etdi.
Qurultayda vurğulandığı kimi, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşmış, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsi kimi ölkəmizdəki bütün nəhəng quruculuq işlərinin önündə gedir.“Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bizim partiyamız ölkəmizdə gedən bütün müsbət proseslərin mərkəzində durur, onların təşəbbüskarı və icraçısıdır.”
“Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.”
Rayon rəhbəri qeyd edib ki, qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir.
Cənab Prezidentin irəli sürdüyü birinci vəzifə - "Biz güclü olmalıylq,-" tezisidir.
Əldə olunmuş tarixi zəfərlər və qazanılmış uğurlar bizdə arxayınlıq yaratmamalıdır. Əksinə, qarşıda duran yeni dövrdə daha böyük hədəflərə doğru irəliləməliyik. Cənab Prezidentin nitqində səslənən bu fikri hər birimiz fəaliyyət proqramımızın ana xətti hesab etməliyik:“Biz heç vaxt əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Həmişə irəliyə baxmalıyıq, gələcəyi düşünməliyik, ölkəmizin dayanıqlı inkişafını təmin etməliyik.”
İcra başçısı Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini diqqətə çatdırılıb.
Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov prezidentin nitqindən “Ağsaqqallar gənclərə nümunə olmalı, milli-mənəvi dəyərlərin qorunması və təbliği işində fəal iştirak etməlidirlər”, sözlərini xatırladıb. Qeyd olunub ki, biz gənclərimizə Azərbaycan reallıqlarını olduğu kimi çatdırlmalıyıq, ailə dəyərlərini uca tutmağı öyrətməliyik.
Rayon Ağsaqqallar Şurasının sədri bildirib ki, ideoloji mübarizədə,quruculuq işlərində də biz daim Prezidentimizin yanındayıq və əlimizdən gələni edəcəyik ki, Azərbaycana qarşı təxribat törətmək istəyənlər özləri peşiman olsunlar.
Daha sonra çıxış edən Tərtər Elektrik şəbəkəsinin rəisi, YAP-ın VIII Qurultayının nümayəndəsi çıxışında bildirib ki,Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikri xüsusi əhəmiyyət daşıyır.
Mən də VIII Qurultayın nümayəndəsi kimi hesab edirəm ki, hər birimiz öz işimizlə bu ümumi inkişaf prosesinə töhfə verməliyik.
Tərtər Rayon Elektrik Şəbəkəsinin kollektivi qarşısında duran əsas vəzifə rayon əhalisinin, sosial obyektlərin, müəssisə və təşkilatların etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır.
Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mlrzəyeva çıxışında bildirdi ki, bir pedaqoq, bir məktəb direktoru kimi xüsusi vurğulamaq istəyirəm ki, günümüzün ən mühüm vəzifələrindən biri ideoloji təhlükəsizliyimizin təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Çağdaş dünyada müharibələr yalnız səngərlərdə getmir; bu gün informasiya məkanında, süni intellekt və kiberməkanda ölkəmizə, milli dəyərlərimizə qarşı yönələn təxribatlar az deyildir. Biz təhsil işçiləri, müəllimlər olaraq şagirdlərimizi, gənclərimizi savadlı, bilikli etməklə yanaşı, onları yad ideologiyalardan, yalan və böhtan dolu təsir şəbəkələrindən qorumalıyıq. Bizim borcumuzdur ki, uşaqlarımıza bu torpaqların hansı qəhrəmanlıqlar, hansı canlar və qanlar hesabına azad edildiyini aşılayaq.
Mənim üçün məktəb sadəcə təhsil ocağı değil, bura vətənpərvərlik məbədidir.
44 günlük Vətən müharibəsi qazisi, Səhləbad kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Səbuhi İbrahimov çıxışinda qeyd etdi ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yeni tarixi mərhələyə qədəm qoyduğunu vurğulayaraq, ölkəmizin hərbi gücünün artırılması, təhlükəsizliyin təmin edilməsi, ideoloji risklərdən qorunma, təhsilin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi kimi mühüm məsələlərə diqqət çəkib.
Mən bu vəzifələr haqqında həm Vətən müharibəsinin iştirakçısı, həm də Çağırışaqədərki hazırlıq və Fiziki tərbiyə müəllimi kimi fikirlərimi bildirmək istəyirəm.
Çağırışaqədərki hazırlıq müəllimi olaraq hesab edirəm ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi bizim ən mühüm vəzifələrimizdən biridir. Gənclərə hərbi bilik və bacarıqlar aşılamaqla yanaşı, onlarda intizam, məsuliyyət, cəsarət, milli-mənəvi dəyərlərə hörmət və dövlətçiliyə sədaqət hisslərini də formalaşdırmalıyıq.
Hər bir gənc bilməlidir ki, Vətənə xidmət yalnız silahla döyüşməkdən ibarət deyil. Yaxşı oxumaq, peşə sahibi olmaq, qanunlara hörmət etmək, cəmiyyətə fayda vermək, dövlətimizin maraqlarını qorumaq da Vətənə xidmətin mühüm nümunələridir.
Əməkdar müəllim Zahirə Abbasova çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər bizə bir daha göstərdi ki, qarşıda böyük hədəflər və yeni imkanlar var. Bizim borcumuz isə bu hədəflərin həyata keçirilməsinə öz sahəmizdə töhfə vermək, Azərbaycan dövlətinin gələcəyi olan gənc nəslin daha yüksək səviyyədə yetişdirilməsinə çalışmaqdır.
Tərtər rayonunun Sarıcalı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Vəsilə Mehtiyeva çıxışında bildirib ki, təhsil millətin gələcəyidir, cəhalətə, qaranlığa işıq tutur. Biz təhsil işçiləri əlimizdən gələni edirik və bundan da artıq etməliyik ki, gələcəyimiz olan gənclik həm təhsilli olsunlar ki, ağı qaradan pisi yaxşıdan seçə bilsinlər. Dövlətin qərarlarını dəstəkləyərək yanında olsunlar. Vətənpərvər yetişsinlər, qanlar, canlar və müdrik bir siyasətlə qorunan bu Vətən torpaqlarının layiqli varisləri olsunlar. Milli maraqlarımızı qorusunlar, milli-mənəvi dəyərlərimizə sahib çıxsınlar.
"DİA-AZ"





























