
Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.
“Biz səfərin baş tutmasını istərdik. Gələn il ərzində bunun üzərində işləyəcəyik və mümkün tarixləri müəyyənləşdirəcəyik”, - o deyib.
Rubionun sözlərinə görə, Tramp özü belə bir imkan olacağı təqdirdə Özbəkistana səfər etmək niyyətini ifadə edib.
























