
Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib.
Gununsesi.info-nun xəbərinə görə, jurnalistin vəkili onun indiyədək 17 dəfə əməliyyat olunub və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşığını xatırladıb.
“Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Bu səbəbdən təcili Müalicə Müəssisəsinə köçürülüb”, – deyə Zibeyda Sadıqova bildirib.
Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb.
“Aynur Elgünəş təcili ev dustaqlığına buraxılmalıdır”, – deyə vəkil çağırış edib.
























