Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                 

Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Tarix: 2-10-2019, 08:50 | Çap et
Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Yeni Azərbaycan Partiyası 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Müxalifət partiyalarında bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarlar verilibmi? Bələdiyyə seçkilərinin yerlərdə əhali ilə sıx təmas qurmaq baxımından vacib seçki olduğunu siyasi partiyalar nəzərə alırlarmı?

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirib ki, ötən həftə Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub. Fuad Əliyev bildirib ki, Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdə ALDP-nin 600 üzvü seçilmişdi.

İkinci bələdiyyə seçkilərində 130 üzvü seçilib, 2009-cu ildə keçirilən üçüncü seçkilərdə isə ümumiyyətlə, bir nəfər belə seçilməyib: “Bunun bir səbəbi olub - partiya mənsubiyyətinin göstərilməsi. Hesab edirəm ki, seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Odur ki, Sədr Aparatının üzvləri müzakirələrdən sonra ALDP-nin bələdiyyə seçkilərində iştirakının məqsədəuyğun olmadığı qənaətinə gəldilər. Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq bu istiqamətdə fəaliyyətini quranlar və düşünənlər azdır. Hiss olunmur ki, bir neçə aydan sonra ölkədə vacib seçkili institutlardan biri olan bələdiyyələrə seçkilər keçiriləcək. Partiyaların özləri də qarşıdan gələn seçkilərə həvəslə yanaşmırlar: “Bunun da səbəblərini dəfələrlə demişik, çıxış yolları barədə təkliflərimizi vermişik. Bütün bu passiv mühitə baxmayaraq hesab edirəm ki, seçkilərdə iştirak vacibdir və başlıca vəzifələrimizdən ən ümdəsi cəmiyyəti də bu ruhda kökləməkdir. Məlumdur ki, Azərbaycanda həm bələdiyyələrə, həm də seçkilərə inam demək olar ki, qalmayıb. Lakin biz oturub iqtidarı gözləməli deyilik ki, insafa gəlib az-çox demokratik seçki mühiti yaradacaq. Bu mühitin yaradılmasına biz daha çox maraqlıyıqsa çox da səy göstərməli və çalışmalıyıq. Mövcud ortam iqtidara sərf edir, müxalifətə yox. Ona görə də ortamı müsbətə doğru biz dəyişməliyik. AMİP bələdiyyə seçkilərinə qeyri-rəsmi çoxdan start verib. Bölgə təşkilatlarımızla görüşlərimiz olur. Şəxsən mən Göyçay, Ucar, Gəncə, Ağstafa, Samux, AMİ-çiləri ilə görüşüb bələdiyyə seçkilərini müzakirə etmişik. Doğrusu, nikbinlik üçün xeyli iş görmək lazımdır. İnsanları inandırmaq, seçkiyə həvəsləndirmək asan olmayacaq, ancaq bələdiyyə üzvü iddiasını ortaya qoyacaq üzvlərimiz də var. Bələdiyyə seçkilərinə demokratik cəmiyyətlərdə daha çox önəm verilir. Çünki bu seçkilər həm yerli özünü idarə orqanı kimi əhali ilə sıx təmaslar qurmaq, yerli hökumət funksiyasını yerinə yetirmək baxımından, həm də parlament və prezident seçkilərinə tramplin və sınaq baxımdan vacib sayılır”.

Ə.Orucov qeyd etdi ki, oktyabrın 6-na partiyanın Mərkəzi Şurasının iclası çağırılıb. Həmin iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlıdır: “Mənə elə gəlir ki, bu hərtərəfli müzakirələrdən sonra Mərkəzi Şura bələdiyyə seçkiləri barədə olumlu qərar verəcək".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, bələdiyyə orqanları sırf yerlərdə əhali ilə sıx təmasda olmaq kimi imkanlar açır. Lakin bu imkanları həqiqi, xalq tərəfindən seçilmiş bələdiyyələr yaradır: “Bizdə bələdiyyələr rayon İcra hakimiyyətlərinin bir şöbəsinə çevrildiyindən fəaliyyətsiz təsisat qismindədir. Ustəgəl, dairə, məntəqə seçki komissiyaları YAP üzvlərindən, hakimiyyətin nümayəndələrindən ibarətdir. Xalqın səsini qazanan namizədlərin qələbəsini tanımırlar. Mən özüm üç dəfə Nərimanov rayonundan bələdiyyəyə namizəd kimi bu halları yaşamışam. Təcrübədən bilirəm ki, seçki komissiyalarında dəyişiklik olmasa icra hakimiyyətlərinin diktəsi ilə keçiriləcək seçkilərdə formalaşan bələdiyyələrin heç bir mənası olmayacaq. Ona görə də siyasi partiya üzvləri artıq belə vəziyyətdə seçkidə iştirak etmək istəmirlər. Bələdiyyə seçkilərində iştirak mənasız yerə vəsaitlərin və vaxtın xərclənməsindən başqa bir şey deyil. KXCP-də bu seçkilərdə iştirak edib-etməmək məsələsi hələ rəsmi müzakirə olunmayıb”.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, bələdiyyə seçkilərində AĞ Partiya olaraq iştirak etməyəcəklər: “Amma paytaxt və rayonlarda partiyanın bəzi üzvləri fərdi qaydada iştirak edəcəklər. Bildiyiniz kimi bələdiyyə seçkiləri Azərbaycanda formal hal alıb, ona görə siyasi qüvvələr bu seçkilərə ciddi yanaşmırlar. Üstəlik, bələdiyyə seçkilərinə hazırlıq prosesi prezident və parlament seçkilərindən daha da çətinləşdirilib. Yəni əziyyətə dəyməz. Əhali ilə sıx təmasa gəldikdə isə seçki kampaniyası o qədər qısaldılıb ki, əhali ilə sıx təmas maksimum məhdudlaşdırılıb və səlahiyyəti olmayan orqana əhalinin marağı qalmayıb”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Bu gün, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Bu gün, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Bu gün, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Bu gün, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Bu gün, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru