Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                 

“Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”
Tarix: 25-04-2020, 11:10 | Çap et
“Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”
Xəbər verildiyi kimi, REAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın funksioneri Rəsul Cəfərov aprelin 23-də bəraət alıblar.

Onlara təzminat ödənilməsi barədə qərar da çıxarılıb. Hakimiyyətlə dialoqdan imtina edən müxalifət partiyalarının bəzi yetkililəri isə məsələyə “Hakimiyyət niyə müxalifətin bir hissəsinə bəraət və təzminat verir, başqa hissəsini düşmən elan edir” sualını qoyaraq fərqli münasibət sərgiləyir.

Böyük Azərbaycan Partiyasının sədri Elshad Musayev bu barədə Musavat.com-a bildirdi ki, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir ciddi addımı məhz İlqar Məmmədovla bağlı olub: “Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə deyirik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasaydı, nə olacaqdı? Bu, yaxşı presedentdir və çalışmalıyıq ki, onlar daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun.

Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə belə addımların davam etməsini arzulayıram. O ki qaldı hakimiyyətin müxalifətin fərqli hissələrinə fərqli münasibət göstərməsi məsələsinə, məncə, sual hakimiyyətin özünə verilməlidir. İndiki halda mən konkret fakta qiymət verirəm. Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir. Düşünürəm ki, hakimiyyət də, müxalifət də radikal səngərdən daha rasional mövqeyə keçməlidir. İndiki pandemiya ilə mübarizə şəraitində isə münasibətlər daha mülayim müstəviyə gətirilməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ölkədə yeni siyasi konfiqurasiyanın qurulduğu, yeni siyasi yumşalmalara gedilməsi xüsusilə prezident İlham Əliyevin təşəbbüsü ilə baş verir: “Bu siyasi yumşalma cəmiyyətdə yeni müsbət dəyişikliklər, yeni siyasi perspektivlər vəd edir. Siyasi partiyalarla dialoqun başlaması, prezident administrasiyasında bununla bağlı iş şöbəsinin partiya sədrləri ilə dialoqu, mütəmadi əlaqələrin saxlanması, dialoqun davam etdirilməsi dövlətçiliyin möhkəmlənməsinə və iqtidar-müxalifət anlaşması fonunda cəmiyyətin siyasi cəhətdən inkişafına gətirir.

Əslində iqtidar tərəfi heç kimə ayrı-seçkilik qoymadan ilk gündən bütün müxalifət partiyalarına dialoq çağırışı etdi, görüş dəvəti bütün partiyaların sədrlərinə oldu. Əksər müxalifət partiyası dialoqa getdi, görüşlər oldu. Cəmi bir-iki nəfər bu görüş təklifini qəbul etmədi. Yəni onları kənarda hakimiyyət yox, özlərinin davranışı qoyub. Bu dialoqa radikal kəsim getməməklə iqtidarla arasında böyük uçurum yaradır və iqtidar da onların davranışlarını ümumi dövlətçiliyə düşmənçilik kimi qiymətləndirir. Müxalifətin bəlli qisminin düşmən adlandırılmasında, görünür, iqtidarın əlində arqumentlər var ki, bu qənaət formalaşıb. Hesab edirəm ki, hazırkı pandemiya dövründə bütün partiyaların əməkdaşlığı, iqtidarla dialoqu zəruridir. İlqar Məmmədovla bağlı məsələyə gəldikdə, onların partiyası hakimiyyətlə dialoqa getdi, ümumi müsbət atmosfer formalaşdı. İlqar Məmmədova bəraətin verilməsini ədalətin bərqərarı kimi qiymətləndirirəm və onun haqqıdır. Göründüyü kimi, siyasi dialoq və birlik çağırışına cavab verən partiyalarla əməkdaşlıqda hüquqi problemlər də ortadan qalxır”.
Musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Dünən, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Dünən, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Dünən, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Dünən, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Dünən, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Dünən, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Dünən, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Dünən, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Dünən, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Dünən, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Dünən, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Dünən, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Dünən, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Dünən, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Dünən, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Dünən, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru