Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                 

“Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır” - deputat
Tarix: 12-06-2021, 09:23 | Çap et
“Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”
Son günlər Qərb və Rusiya KIV-lərində Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Kampaniya çərçivəsində ölkəmizə qarşı müxtəlif əsassız ittihamlar irəli sürülür. Həm də Azərbaycanı ittiham edən KİV-lər həmin ölkələrə məxsusdur ki, orada korrupsiya, insan hüquqlarının pozulması, milli və irqi ayrı-seçkilik ifrat həddədir.

Milli Məclisin deputatı Elman Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, Qərbin ayrı-ayrı ölkələri Azərbaycanın son uğurlarını həzm edə bilmir:

- Qərb ölkələrində Azərbaycan əleyhinə aparılan kampaniya 100 illərdir ki, xristian dünyasının islam aləminə qarşı başladığı “səlib yürüşü”nün tərkib hissəsidir. Mən konkret deyirəm: bu, sırf islam düşmənçiliyidir. Bu regionda Azərbaycan kimi müsəlman ölkəsinin güclənməsini, inkişafını və qalibiyyətini həzm edə bilmirlər. Əgər bunlar demokratik dövlətdirsə, ədalət prinsipi əsasından çıxış edirlərsə, 30 ildir torpaqlarımız işğal altındaydı, niyə hay-küy salmırdılar? İşğalçıya qarşı niyə qətnamələr qəbul etmir, onun icrasına çalışmırdılar? Bunlar BMT-nin məlum 4 qətnaməsinin icrası üçün bir iş görmədilər. Azərbaycan gücləndi, ordusu 44 gün müddətində ərazilərimizi işğaldan azad etdi, faktiki ərazi bütövlüyümüz təmin olundu. İndi bunlar belə bir reallığı qəbul edə bilmirlər. Belə çıxır ki, onların istəyi, məqsədi və arzusu Azərbayanın işğal altındakı ərazilərini erməniləşdirmək olub. Amma bu, qəbuledilməzdir.

Qərbin ayrı-ayrı ölkələri, mediası Azərbaycanın uğurlarını həzm edə bilmir. Vətən müharibəsindəki qələbəmizdən sonra onlar az qala bizə qarşı düşmən mövqedə durur, əsassız hay-küy qaldırırlar. Kimisi hərbi əsirlərdən, kimisi Ermənistan sərhədlərinin pozulmasından, kimisi də Azərbaycanın anti-demokratik hərəkətlərindən bəhs edir.

- Demək istəyirsiniz ki, Qərb mediasında, eləcədə ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı olan fikirlər təsadüfi deyil?

- Bəli. Bir çox hallarda Azərbaycanı anti-demokratiyada və başqa nəsnələrdə ittiham edirlər. Amma gəlin həmin ölkələrdə baş verənlərə diqqət yetirək. Məsələn, ən qatı anti-Azərbaycan mövqeyində duran Fransaya nəzər salaq. Bu ölkədə neçə müddətdir ki, “sarı jiletli”lər aksiya keçirirdi. Hər birimiz gördük ki, istər aksiya iştirakçılarına, istərsə də jurnalistlərə qarşı necə anti-insani münasibət göstərildi. Dünya özünü demokratiyanın beşiyi elan etmiş Fransada insanlara aşırı zor tətbiqindən dəhşətə gəlmişdi. Bu, bizim iddiamız deyil. Həmin zorakılıqları telekanallar vasitəsilə bütün dünya görüb.

İkincisi, insan hüquqlarından danışırlar. Bu gün faşist Almaniyası dövründə olan konslagerlər kimi tikanlı məftillərlə hasarlanmış düşərgələr yaradıblar. Bu düşərgələrdə miqrantlar saxlanılır.

Avropanın mərkəzində müsəlman məsçidləri yandırılır, insanlar məxsus olduğu dinə görə çıxdaş edilir. Müsəlman ailələrinə hücumlar təşkil olunur, evlərini yandırırlar. Budurmu, Avropadakı demokratiya, insan hüquqları? Odur ki, bu adamlar əvvəlcə özlərinə baxsınlar, sonra bizi ittiham etsinlər. Onlar bunamı demokratiya, insan hüquqları, söz azadlığı, fikir müxtəlifliyi deyirlər? Məncə, onlar demokratiya ifadəsindən istənilən dövlətdə çaxnaşma yaratmaq, onu zəiflətmək, öz iradələrini qəbul etdirmək üçün yararlanırlar.

- Sözünüzdən belə çıxır ki, həmin ölkələrdə demokratiya, insan hüquqları və hətta korrupsiya ilə bağlı ciddi problemlər var?

- Mən konkret misallar çəkirəm. Amerikaya baxaq. ABŞ-da son bir ildə mövcud olan statistikaya baxın. Görün nə qədər qaradərili öldürülüb, güllələnib. Məhz qaradərili olduğu səbəbindən. Hələ işgəncələrdən danışmaq istəmirəm. Budurmu demokratiya?

Onlar bir həqiqəti qəbul etmək istəmirlər. Bu da onunla bağlıdır ki, Azərbaycan müharibəni öz ərazisində aparıb. Bu azadlıq, Vətən müharibəsi idi. Ən vacibi, Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi. Heç kimin də ərazisinə müdaxilə etməmişik. Onlar niyə bunu dərk etmək istəmirlər? Hesab edirəm ki, əslində dərk edirlər, sadəcə, qəbul etmək istəmirlər.

- Sizcə, onlar niyə beynəlxalq hüquqa hörmət etmək əvəzinə Azərbaycanın son qalibiyyətindən qıcıqlanırlar? Bəziləri hətta Xankəndindəki separatçılara dəstək verir...

- Məşhur türk yazarının bir sözü var. Deyir, biz türkük, heç kimin torpağında, vətənində gözümüz yoxdur. Ancaq torpağımıza göz dikənin gözünü çıxararıq.

Bəli, düşmənin gözünü çıxardıq və torpağımızdan qovduq. Bunun nəyi qəbahətdir?

Səs-küy salan dövlətlərin torpağı işğala məruz qalsaydı və bunlar ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçsəydilər, onları kim qınaya bilədi?

Məncə, belə ikili standartlardan imtina etməyin vaxtı çoxdan çatıb. Həmin ölkələr vaxtlarını öz daxili problemlərinin - insan hüquqları, sosial rifah, korrupsiyaya qarşı mübarizəyə sərf etməlidirlər.

Mən məcburi köçkün kimi deyirəm ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatlarına başlamalıdır. Ərazilərimizi Ermənistan ordusunun tör-töküntülərindən və Qarabağdakı quldur dəstələrdən təmizləmək üçün. Burada qeyri-adi nə var?

Qonşu Rusiya 30 ildir Şimali Qafqazda anti-terror əməliyyatı keçirmirmi? Başqa ölkələr öz ərazilərində belə əməliyyatlar aparmırmı? Aparır. Bu haqq, ədalət və hüquq bizə də aiddir. Bizdə bunu etməliyik və edəcəyik də. Bir haray-həşir də bu zaman qaldıracaqlar. Qaldırsınlar. Onlara fikir verən kimdir? Biz dövlətimizi, dövlətçiliyimizi qorumaq üçün hər şey edəcəyik. Kim qəbul etmirsə, öz işidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru