Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                 

Paşinyan anklavları geri qaytarmaq istəmir – İlyas İsmayılovdan İrəvana beynəlxalq hüquq şapalağı
Tarix: 12-06-2021, 10:29 | Çap et
Paşinyan anklavları geri qaytarmaq istəmir
Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində seçki kampaniyasında çıxış edən ölkənin baş nazir əvəzi Nikol Paşinyan erməni işğalı altında qalan eksklavlarımızı geri qaytarmayacaqlarını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, Paşinyan 10 noyabr Bəyanatında anklavların geri qaytarılmasından bəhs olunmadığını vurğulayıb.

“Bu gün belə bir şayiə çox yayılır ki, guya mən anklavların geri qaytarılması barədə sənədi imzalamağa hazır olmuşam, amma bəzi adamlar bunun qarşısını alıblar. Əslində isə vəziyyət tamamilə əksinə olub. Hansı səbəblərə görə belə olub, mən bu barədə sonra danışaram. Elə adamlar var idi ki, sənədin bu şəkildə imzalanmalı olduğunu deyirdilər. Amma biz qəti mövqeyimizi bildirdik və bu bənd Bəyanatdan ümumiyyətlə çıxarıldı”, - Paşinyan belə deyib.

O, çıxışında bildirib ki, 1999-cu ildə hazırlanmış sülh sazişi layihəsində anklavlarla yanaşı Mehri dəhlizinin də Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Məhz bu səbəbdən də erməni millətçiləri silahlı qiyam qaldırıb Vazgen Sarkisyanla Karen Dəmirçiyanı öldürüblər. Başqa sözlə desək, Paşinyan anklav məsələsinin münaqişənin ilk günündən Ermənistanın “qırmızı cizgiləri” olduğunu bildirib.

Ermənistanın Baş naziri əvəzi onu da gizlətməyib ki, anklavlar mövzusu həmişə danışıqların gündəliyində olub və Azərbaycan “bu məsələni vaxtaşırı qaldırır”.

Onun bu məsələnin həlli ilə bağlı öz baxışları var: “Beynəlxalq təcrübəyə və hüquqa əsaslanan ümumi həll məntiqimiz belədir: Vəziyyət indi necədirsə, elə də qalmalıdır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarətində Artsvaşen (Başkənd, Gədəbəy rayonu – red) eksklavımız var. Bizim məntiqimizə əsasən, anklav anklava dəyişdirilməlidir və onların nəzarətində olan onlarda, bizim nəzarətimizdə olanlar bizdə qalmalıdır”.

Paşinyan xatırladıb ki, “bugün Ermənistanın onlarla kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır” və bu ərazilərin qaytarılması da Azərbaycanın qarşısında qoyula bilər:

“Biz demişik ki, bu məsələlərə ümumi kontekstdən baxılmalıdır və bu kontekstdə də biz irəliyə doğru hərəkət etməliyik”.

Sual oluna bilər: Göründüyü kimi, Paşinyan anklavları anklavlarla dəyişdirməyi beynəlxalq hüququnun tələbi hesab edir. Bəs, doğrudanmı belədir?

Suallarımızı cavablandıran Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun fikrincə, beynəlxalq hüquq olduqca geniş anlayışdır: “Paşinyan bunu deyərkən hansı sənədə əsaslanır, ilk növbədə onu açıqlamalı idi. Bu zaman onun iddialarına daha dolğun cavab vermək olardı. İndiki vəziyyətdə yalnız onu deyə bilərəm ki, beynəlxalq hüququn əsas prinsipi dövlətlərin ərazi toxunulmazlığıdır. Həmin anklavlar isə Azərbaycanın ərazisi kimi bütün beynəlxalq qurumlar tərəfindən tanınıb. Dolaysıyla onların dəyişdirilməsi ancaq dövlətlərarası müqavilələrlə mümkündür. Azərbaycan isə strateji əhəmiyyətə malik olan bu eksklavlarından vaz keçməz”.

İlyas İsmayılov xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Əsasnaməsinin 38-ci Maddəsinin 1. Bəndində beynəlxalq hüququn 3 əsasının olduğu bildirilir:

“a. Beynəlxalq müqavilələr
b. Davamlılıq (Ənənə)
c. Qanunun ümumi prinsipləri.

Göründüyü kimi, burada 1 nömrəli əsas - beynəlxalq müqavilələrdir. Digər əsaslar isə həmin müqavilələrin beynəlxalq prinsiplərə uyğun imzalanmasını tələb edir”.

Partiya sədri bildirib ki, 1969-cu il Müqavilələr Qanunu haqqında Vyana Konvensiyasına görə, müqavilələr dövlətlər arasında ancaq yazılı şəkildə bağlanır: “Paşinyana kimin nəsə söz verib-verməməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistanın indiki sərhədlərini müəyyənləşdirən 2 müqavilə var. Onlardan biri Türkiyə ilə Rusiya arasında 16 Mart 1921 tarixində bağlanan Moskva, digəri isə ondan 7 ay sonra 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan Qars müqaviləsidir. Böyük Atatürk Moskvada Rusiya ilə bağladığı müqavilənin Cənubi Qafqaz ölkələrinin də tanımasını təmin etmək üçün Qars müqaviləsinin bağlanmasını vacib bilmiş və bununla da onun davamlılığını qarantiya altına almışdı. Əks halda, sonradan ermənilər və gürcülər Moskva müqaviləsini tanımadıqlarını bildirib öz ərazi iddialarını yenidən qaldıra bilərdilər və məlum müqaviləyə imza atmalarına baxmayaraq, zaman-zaman bu məsələni qaldırdılar da. Atatürükün uzaqgörənliyi nəticəsində imzalanmış bu müqavilə sərhədlərimizi müəyyənləşdirən əsas beynəlxalq sənəddir və sovet hakimiyyəti illərində dəfələrlə Ermənistanın xeyrinə pozulub. Odur ki, Paşinyanın beynəlxalq hüquqa istinad etməsi İrəvanın daha böyük itkiləri ilə nəticələnə bilər. Ermənistan lideri bu mövzunu gündəmə gətirib vəziyyəti öz əleyhlərinə daha çox tündləşdirmədən işğal etdikləri ərazilərimizi geri qaytarsın”.

O ki qaldı beynəlxalq təcrübəyə, İlyas İsmayılovun fikrincə, anklav məsələsi yüz illər boyu beynəlxalq münasibətlərin əsas mövzusu olub və bu gün də elədir: “Anklav konsepsiyasından bəhs edən ilk beynəlxalq sənəd 1526-cı il Madrid müqaviləsidir. Fransa ilə İtaliya arasında 4 illik müharibədən sonra bağlanan Madrid müqaviləsinə əsasən, Vatikana İtaliyanın içərisində anklav dövlət statusu verildi və bu status-kvo indiyədək özünü qoruyur. Daha sonrakı illərdə bir çox dövlətlər müxtəlif ərazilərdə eksklavlarını yaradaraq geostrateji nöqtələrdə mövqelərini gücləndirdilər. Anklavları özünün qalasına çevirmək strategiyasından xüsusilə Rusiyanın istifadə etdiyi məlumdur. Bu gün həmin ölkənin Avropanın şimalında Kalininqrad vilayəti kimi mühüm eksklavı var və Rusiya həmin ərazini nəyin bahasına olursa olsun qorumağa çalışır və ondan əsla vaz keçməz.

Eynilə Orta Asiyanı əlində saxlamaq üçün Sovet Rusiyası bölgədə onlarla anklavlar yaradıb. Əslində Ermənistanla bizim aramızdakı anklavlar da heç bir beynəlxalq müqavilələrə əsaslanmadan, Azərbaycan ərazisinin müəyyən hissələrini qarşı tərəfə verməklə meydana gətirilib. Odur ki, Paşinyanın beynəlxalq təcrübə və hüquqa istinad etməsi həmin ərazilərin bizə qaytarılması ilə nəticələnə bilər. Bu da növbəti beynəlxalq skandallara yol açar. Görünür, Azərbaycan rəhbərliyi buna getməyi gözə almadığı üçün sadəcə eksklavlarımızda suverenliyimizin təmin olunması kimi olduqca məsum prinsipləri gündəmə gətirir”.

İlyas İsmayılovun fikrincə, İrəvan Azərbaycan ordusunun səbrini çox sınağa çəkmədən 10 noyabr bəyanatının tələblərinə əməl etməlidir: “Əks halda Azərbaycanın nəinki həmin eksklavları azad etmək, həmçinin beynəlxalq müqavilələrin verdiyi haqlara əsaslanaraq, itirdiyi bütün əraziləri geri qaytarmaq hüququ doğa bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi də bu məsələdə Azərbaycanın tərəfindədir”.

İlyas İsmayılov həmçinin Azərbaycan hakimiyyətini Paşinyanın iddialarına münasibət bildirməyə çağırıb: “Onun (Paşinyanın) sözlərindən belə çıxır ki, imzaladığı 10 noyabr Bəyanatında anklavların geri qaytarılması məsələsi qeyd olunmayıb. Halbuki sənədin 2-ci maddəsində belə deyilir: “Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”. Paşinyanın iddiasından ortaya belə bir sual çıxır: o və Prezident İlham Əliyev başqa-başqa mətnəmi imza atıb? Tərəflər əgər eyni bəyanatı imzalayıbsa, 20 noyabr 2020-ci il tarixinə qədər eksklavlarımız nə üçün bizə qaytarılmır və rəsmi Bakı indiyədək bu məsələni niyə gündəmə gətirmir? Faktiki olaraq, İrəvanın bu zamanadək anklavları geri qaytarmaması və Paşinyanın dünənki çıxışı 10 noyabr Bəyanatının pozulması deməkdir. Bu isə atəşkəs razılaşmasına əməl olunmaması anlamına gəlir və Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını tələb edir. Ordumuz niyə indiyədək bu istiqamətdə lazımi addımları atmır?” – İlyas İsmayılov bu sualla fikrini yekunlaşdırıb.

Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru