Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                 

“Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir” - Partiya sədri
Tarix: 15-06-2021, 11:05 | Çap et
“Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir”
Ermənistanda siyasi gərginlik qalmaqdadır. İstər hakimiyyətin sərhədlərin müəyyənləşdirilməsinə göstərdiyi qeyri-adekvat, təxribatçı münasibət, istərsə də müxalifətin revanşist çağırışları göstərir ki, seçkidən sonra da bölgədə vəziyyətin birmənalı olaraq tam stabilləşəcəyi ehtimalı o qədər də yüksək deyil.

“Hürriyyət” Ermənistanda baş verənlər və bunun regiondakı vəziyyətə təsiri mövzusunda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğunun Azpolitika.info saytına müsahibəsini oxucularına təqdim edir:

– Sərdar bəy, son zamanlar rəsmi İrəvanın 10 noyabrda müharibəyə son qoyan üçtərəfli razılaşmaya, eləcə də 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanata əks addımları artıq adi hal alıb. Bu mənada hazırda Azərbaycan və Ermənistan arasında yaranmış durumu necə qiymətləndirirsiniz?

– Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin yoluna qoyulmasında maraqlı deyil. Rusiya çalışır ki, Turan ideyasının reallaşmasına əngəl olsun, bölgədə Türkiyənin təsiri sıfıra ensin. Bütün bunların hamısı Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib elementləridir. Bu proseslərin erməniyə nə aidiyyəti var? Bütün bunların sifarişi Moskvadan gəlir. Ermənistan kimdir ki, müstəqil siyasət aparsın? Ümumiyyətlə, Ermənistan adında dövlət varmı ki, müstəqil siyasət də aparsın? Məncə, biz bəzən özümüzü aldadırıq. Əslində isə Rusiya çox maraqlı oyun qurub. Burada siyasəti aparan Rusiyadır, hədəfə gələn isə Ermənistandır. Ona görə bizim Ermənistanla bağlı siyasətimiz uğursuz olur. Çünki burada ermənilərlik heç nə yoxdur.

Bir daha qeyd edirəm ki, son proseslər ermənilərdən qaynaqlanmır, onlar vasitədir. Məqsəd Aərbaycan və Ermənistan arasında sülhə imkan verməmək, Türkiyənin Qafqaza və Orta Asiyaya təsirinin yayılmasının qarşısını almaq, Azərbaycanı öz təsir dairəsində saxlamaqdır. Bunlar da Rusiyanın maraqlarına uyğundur.

– Məgər, Siz dediklərinizi Azərbaycan hakimiyyəti bilmir?…

– Qeyd edim ki, Azərbaycan dövlətinin strateji siyasətini müəyyən edən yoxdur. Əvvəlki strategiyanı Ramiz Mehdiyev müəyyən etmişdi. İndi o yoxdur. Bu strategiyanın mahiyyətinə Avropadan uzaqlaşmaq, Türkiyədən kənarda dayanmaq, Rusiyanın qoltuğuna girmək, mümkün qədər müstəqillik və suverenliyi məhdudlaşdırmaq, milləti və dövləti inkişafdan saxlamaq, buna qarşı olanları ölkədən çıxarmaq, demokratik qüvvələri cəmiyyətin və dövlətin həyatından kənarda saxlamaq daxil idi. Bunların hamısı o vaxtkı siyasətin tərkib elementləri idi. Məncə, indi geopolitik dəyişikliklər baş verdiyi üçün Azərbaycan dövlətinin strategiyası da müasir tələblərə uyğun hazırlanmalıdır. Amma biz bunu hələlik görmürük. Bu mənada yeni strategiya olmalıdır. Onun da mahiyyətində Azərbaycan-Türkiyə konfederasiyasının, Turan birliyinin yaradılması, Rusiyanın təsirindən xilas olmağımız dayanmalıdır. Hələlik bu istiqamətdə boşluq var.

– Ermənistan hökuməti bəyan edir ki, Zəngəzir dəhlizini açmır, üçtərəfli komissiyanın fəaliyyətində iştirak etmir, bütün minalanmış ərazilərin xəritəsini vermir və s. Belə olan təqdirdə Azərbaycan Rusiya qarşısında tələblər irəli sürməli və bu faktlarla bağlı konkret mövqe ortaya qoyulmasını tələb etməlidirmi?

– Rusiyanın nə qədər güclü və böyük olmasından asılı olmayarar, biz öz haqqımızı kiməsə yedirtməməliyik. Bəzi şəxslər elə düşünür ki, Rusiya böyük və güclü olduğu üçün biz onun qarşısında susmalıyıq. Məncə, bu, kökündən yanlış mövqedir. Rusiya nə qədər güclü olursa-olsun, heç vaxt haqlı deyil. Kim haqlıdırsa, güclü də odur. Biz beynəlxalq hüquqa əsasən öz suveren hüquqlarımızı qorumalıyıq.

– Yəni İrəvanın davranışları ilə bağlı Rusiya qarşısında tələb qoymalıyıq…

– Mən hesab edirəm ki, hətta üçtərəfli bəyanatdan çıxmacağımızı deməliyik. Fakt odur ki, üçtərəfli bəyanat hazırda iki tərəfin iştirakı ilə kobud şəkildə pozulur. Rusiya və Ermənistan birlikdə bu razılaşmanı pozurlar. Azərbaycanın birtərəfli qaydada bu razılaşmanı icra etməsinin nə sülhə, nə də bölgədəki proseslərə xeyri var.

– Siz nə təklif edirsiniz?

– Dediyim kimi, üçtərəfli bəyanatdan çıxmalıyıq! Azərbaycan Türkiyə ilə münasibətləri daha ciddi şəkildə inkişaf etdirməlidir. Türkiyə və Azərbaycanın konfederativ ittifaqı yaradılmalıdır.

Bu addımı atacağımız halda heç bir təklənməkdən söhbət gedə bilməz. Türkiyə ilə ciddi əlaqələr qurmalıyıq.

– Siz demək istəyirsiniz ki, indiki şəkildə davam etməklə biz münaqişəni sonlandıra bilməyəcəyik?

– Qətiyyən. Əksinə, yeni problemlər ortaya çıxa bilər.

– Nə kimi problemlər?

– Bu saat Ermənistan müharibədə uduzduğuna baxmayaraq, Rusiyanın təhriki ilə Azərbaycana qarşı meydan sulayır, təxribatlar edir və s. Bu tendensiya, inkişaf edəcəyi təqdirdə, yeni işğal hərəkətlərinə gətirib çıxara bilər.

– Yeni müharibəni nəzərdə tutursunuz?

– Müharibə ehtimalı yoxdur. Onsuz da indi bizə qarşı Rusiya və Ermənistan hibrid müharibəsi aparır. Biz hələlik buna qarşı iş aparmırıq. Bu isə bizə baha başa gələ bilər.

– Deyirsiniz ki, Azərbaycan lazım gəlsə üçtərəfli razılaşmadan çıxmalı, Türkiyə ilə daha yaxın münasibətlər qurmalıdır. Sizcə, indiki mərhələdə Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdırmı?

– Söhbət qarşıdurmadan getmir. Bəzən siz lazım olan gücü əldə edəndə, bəzi problemlər avtomatik həll olunur. Biz bu gücü toplasaq, ruslar belə bir konfederasiya ilə dil tapmağa çalışacaq, maksimum öz siyasətinə yenidən baxmaq haqqında düşünəcək və s.

– Vladimir Putin iki dəfə elan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Üstəlik, 10 noyabr razılaşmasından sonra bildirdi ki, Ermənistanın revanş cəhdi fəlakətə səbəb olardı. Sizcə, bütün bunlar Rusiyanın pozitiv mövqeyini əks etdirmir?

– Bir var bəyanat verirsən, bir də var konkret iş görürsən. Rusiyanın gördüyü işə baxın. Məsələn, ötən gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyanat verərək bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi Minsk Qrupu çərçivəsində gələcəkdə müzakirə edilməlidir. Halbuki, status məsələsi dövlətlərin suveren hüquqlarından biridir və hər bir dövlətin daxili işidir. İndiki halda Lavrovun bu bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Bir dövlət nə zaman başqa bir dövlətin daxili işlərinə qarışa bilər? O zaman ki, həmin dövlətə düşmən olsun. Bu baxımdan düşünürəm ki, Rusiyanın dedikləri ilə etdikləri bir-birinə uyğun gəlmir.

– Rusiyanın Minsk Qrupuyla bağlı mövqeyini necə dəyərləndirirsiniz?

– Minsk Qrupu Ermənistanın Azərbaycana qarşı işğalı səbəbindən yaranmışdı, məqsəd münaqişənin dinc yollarla həllinə nail olmaq idi. Artıq ortalıqda beynəlxalq konflikt yoxdur. Odur ki, Minsk Qrupu buraxılmalı, Dağlıq Qarabağ adlı region varsa, oradakı problemlər də Azərbaycanın daxili işi sayılmalıdır. Heç kəs Azərbaycanı məcbur edə bilməz ki, daxilindəki hansısa topluma status versin.

– Belədə Xankəndi və işğaldakı digər ərazilər problemini necə həll edə bilərik?

– Burada ayrıca bir Xankəndi məsələsi yoxdur. Bölgədə Rusiya və Türkiyə maraqlarının müəyyənləşməsi məsələsi var. Bu necə müəyyənləşəcəksə, Xankəndinin taleyi də ondan asılı olacaq.

Türkiyə açıq şəkildə Dağlıq Qarabağdakı erməni ordusunun çıxarılmasını və sülhməramlıların Azərbaycanın ərazisini tərk etməsini gündəmə gətirməlidir. Mümkün qədər də bu məsələdə Azərbaycanın yanında olmalıdır. Azərbaycan da öz mövqeyini möhkəmləndirmək üçün Türkiyə və Pakistanla əlaqələrini yeni səviyyəyə qaldırmalıdır.

– Sərdar bəy, Ermənistanın məlum ərazilərimizi yenidən işğal etməsi mümkünsüzdür. Buna baxmayaraq, İrəvanın minalanmış ərazilərin xəritəsini Bakıya verməməkdə əsas məqsədi nədir?

– Mən ehtimal edirəm ki, Rusiya erməniləri bu xəritələri bizə verməyə qoymur. Çünki minalanmış ərazilərin təmizlənməsi azərbaycanlıların daha sürətlə Qarabağda məskunlaşmasına səbəb olacaq. Lavrovun da bəyanatından belə anlaşılır ki, onlar yalnız ermənilərin məskunlaşması ilə məşğuldurlar. Azərbaycanlıların dədə-baba torpaqlarına qaytarılmasında maraqlı deyillər. Bir sözlə, ruslar çalışır ki, bölgədə daim müharibə atmosferi olsun, Türkiyə burada fəal olmasın, mümkün qədər Azərbaycan və Ermənistan Rusiyanın siyasətinə tabe olsun.

– Sizcə, Zəngəzur dəhlizinin açılmasına maneə yaradan kimdir: Moskva, yoxsa İrəvan?

– İqtisadi cəhətdən kommunikasiyaların açılması Rusiyanın maraqlarına cavab verir. Ancaq Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir. Ona görə də iqtisadi maraqlarını arxa plana qoyur. Çalışır starteji maraqlarına uyğun addım atsın.

– Sizin fikirlərinizdən belə çıxmırmı ki, üçtərəfli sazişin icrası sual altına düşəcək?

– Bu saziş ruslara formal olaraq lazımdır. Ruslar bizdən fərqli olaraq, bölgədəki niyyətlərini sürətlə həyata keçirirlər.

– Bəs, hazırda Türkiyənin Cənubi Qafqaza təsiri və regiondakı mövqelərini necə qiymətləndirmək olar?

– Türkiyənin həddindən artıq böyük təsir imkanları var. Amma bu imkanlardan istifadə etmək lazımdır. Nəzərə alın ki, Türkiyə gəlib bizim əvəzimizə zorla hansısa problemin həllində iştirak edəsi deyil. Biz faktiki olaraq, Türkiyəni üçtərəfli sazişdən kənarda saxladıq. Bu gün də Türkiyə ilə bağlı yanlış siyasət aparılır. Strategiya olmadığından taktiki səhvlər mütəmadi olaraq, baş verəcək.

– Tez-tez Turan birliyi haqda danışırsınız. Eyni zamanda, Azərbaycandakı “beşinci kolon”la bağlı ciddi ittihamlarınız olub. Necə düşünürsünüz, Orta Asiya ölkələri Turan birliyində maraqlıdırlarmı? Sizə elə gəmirmi ki, həmin ölkələrdə “beşinci kolon” daha güclüdür və buna əsla imkan verməz?

– Sözsüz ki, bu məsələ vaxt tələb edir. Rusiya çalışır ki, bu birliyi pozsun və o, ilk olaraq həmin birliyə daxil olacaq dövlətlərə qarşı təzyiqlər edəcək. Həmçinin, bunun qarşısını ala bilməsə, özü bu birliyə daxil olub, aranı qarışdırmaq xətti tutacaq. Rusiya bu istiqamətdə aktiv işləyir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru