“İnsanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara” - Partiya sədri
Tarix: 30-06-2021, 08:21 | Çap et
 İyulun 1-dən etibarən Azərbaycanda toy və nişan məclislərinin keçirilməsinə icazə veriləcək. Lakin yas məclisləri ilə bağlı məsələ müzakirə olunmur və hələ də açıq qalmaqdadır.
Məlum məsələdir ki, yası düşənlərə başsağlığına getmək də tarixi ənənəmizdir. Yası da toylar kimi, çoxluq olmadan, problem yaratmadan, bəlli qaydalarla bərpa etmək olarmı?
AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“El arasında belə bir söz var - ”Xeyirlə şər qardaşdır". Ümumiyyətlə, Azərbaycan mədəniyyətinə, mental dəyərlərinə əsasən toyla yas heç vaxt ayrılmır. Hətta bayramlar öncəsi “qara bayram” deyə bir adət də var, hansı ki, vəfat edənlər həmin gün xatırlanır və sairə. Operativ Qərargahın yaslarla bağlı qərar qəbul etməməsi absurddur, qəbuledilməzdir. Çünki insanlar yas mərasimlərinə daha həssasdır, nəinki toylara. Məsələn, ola bilər ki, toy mərasimində iştirak edə bilməyəsən, amma bir neçə gün sonra da gedib təbrik etmək olur. Amma yaxınının ən çətin günündə, yas-dəfn mərasimləri zamanı onun yanında olub, dərdini bölüşməlisən. Buna görə də hesab edirəm ki, toylarla bağlı çıxarılan şərtlərdən daha yüngül şərtlərlə yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir.
Toy mərasimlərində kütləvi rəqslər və sairə edilir. Amma yasda bu cür kütləvilik yaşanmır. İnsanlar sadəcə əyləşib bir stəkan çay içib, başsağlığı verib, gedir. Burada əsas prosedur yas sahibinə, yaxını rəhmətə gedən adama təskinlik, başsağlığı verib, onun dərdinə şərik olduğunu nümayiş etdirməkdən ibarətdir. Düşünürəm ki, burada xüsusi icazəyə də ehtiyac yoxdur.
Məlum olduğu kimi, yas mərasimlərinin müəyyən ritualları var. Məsələn, xanımlar ağlaşma mərasimi keçirir. Bu zaman qadınlar daha çox salamlaşıb, öpüşürlər. Amma artıq maska rejiminə riayət edilir və bunu ətrafımızdan da görə bilirik.
Virus ortaya çıxıb deyə biz bütün həyat tərzimizi dəyişə, yeni adət-ənənələr yarada bilmərik. Ümumiyyətlə, toy və yas mərasimlərinin ləngidilməsi insanlar arasında psixoloji gərginlik, stress, yüklənmə yaradır. Bütün bunların yığılıb qalması sonradan sosial partlayışa səbəb ola bilər.
Bu baxımdan xəbərdarlıqlar edib, təlimatlar verməklə yas mərasilmərinin də keçirilməsinə icazə verilməlidir".
Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi:
“Yas mərasimlərinin də keçirilməsinə icazə verilməlidir. Lakin burada diqqət etmək lazımdır ki, qadınlar daha çox yas mərasimlərində bir yerə toplaşır və daha yaxından təmasda olurlar. Burada tələblər kifayət qədər ciddi olmalıdır.
Məlum olduğu kimi, hazırda bir çox ölkələrdə koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayır. Bu baxımdan arxayın olmayaq ki, bizdə virusla bağlı vəziyyət səngiyir. Ona görə də yas mərasimlərinin keçirilməsinə icazə verilərsə, tələblər, məhdudiyyətlər daha ciddi olmalıdır. Və biz bu işə yerli icra hakimiyyətinin nümayəndələrini cəlb etməliyik. Onlar yas mərasimlərinin qaydalara uyğun keçirilməsindən məsul olmalıdırlar. Hər bir kənddə icra nümayəndəsi var, həmin nümayəndələr məsələyə nəzarət etməlidirlər.
Hesab edirəm ki, daha çox açıq havada yas mərasimlərinin keçirilməsinə üstünlük verilməlidir, nəinki örtülü yerlərdə. Hələlik hava şəraiti buna imkan verir.
Qışda isə tələblər sərtləşə bilər. Amma indiki vaxtda qeyd etdiyim kimi, şəhər və kənd yerlərində icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yas mərasimlərini keçirmək olar.
Bu məsələdə əsas 3 amilə diqqət etmək lazımdır. Birincisi - maarifləndirmədir. Biz bu amilə daha çox diqqət ayırmalıyıq. İkincisi - stimullaşdırma. Biz yaxşı nümunələri təbliğ etməliyik. Üçüncüsü isə tələblərə riayət edilməlidir. Bu üçündən biri olmadıqda uğur əldə edə bilməyəcəyik".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
|