“AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                 

“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - deputat
Tarix: 30-04-2024, 06:13 | Çap et
“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur”
Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, söhbət sülh sazişi ilə bağlı təkliflərin 9-cu nəşrindən gedir.

Qazaxın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bu günlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da hesab edir ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır. Millət vəkili AYNA-ya müsahibəsində bildirib ki, bu gün danışıqlar masasında olan məsələlərin heç biri Ermənistanın maraqlarına zidd deyil:

- Bakının təklif etdiyi sülh paketindəki məsələlərin heç biri Ermənistanın beynəlxalq hüquqla tanınan haqlarına təcavüz kimi şərh edilə bilməz. Azərbaycan Vətən müharibəsindən dərhal sonra sülhlə bağlı təşəbbüslərini irəli sürüb və beş prinsiplik sənəd İrəvana təqdim edilib. Həmin şərtlərin heç birində ölkələrin ərazi bütövlüyü şübhə altına alınmır. Biz davamlı olaraq beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıprinsipi əsasında addımlar atırıq.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev Berlindəki çıxışında bildirdi ki, əgər kənardan müdaxilələr olmasa, mövcud vəziyyətdən kimlərsə sui-istifadə etməzlərsə, o zaman sülh sazişinin imzalanması mümkündür.

- Demək olarmı ki, sülh sazişi üçün əsas problemlər aradan qalxıb?

- Azərbaycanla Ermənistan arasında adətən “düyün nöqtəsi” Qarabağdakı separatçı qurumun varlığı, Ermənistanın separatçılara dəstəyi və İrəvanın Qarabağa iddiası idi. Azərbaycan yeni reallıq yaradıb, artıq Ermənistanın leksikonunda Qarabağa iddia yoxdur. Söhbət Ermənistanda hakimiyyətdə olanların, cəmiyyətin böyük kəsiminin leksikonundan gedir, azsaylı revanşist müxalif qüvvələrin deyil. Bu gün biz masada Ermənistanın iddiaları arasında “Dağlıq Qarabağ” adlı şərt görmürük. Ermənistan zaman-zaman bu prosesi “Qarabağ erməniləri” anlayışına transformasiya etmək istədilər, bu istiqamətdə müəyyən təzyiq halqası formalaşdırmağa çalışdılar. İndi bu proses də arxada qalıb. Hesab edirəm ki, bu gün “düyün nöqtələri” sülh masasında mövcud deyil. Belə olan təqdirdə rəsmi Bakı İrəvanın sülh sazişi sənədi ilə bağlı hansısa yeni şərtlər qoyması üçün əsas görmür.

Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetindəki beynəlxalq tədbirdə açıq şəkildə bildirdi ki, Azərbaycan görsə ki, Ermənistan yenidən hansısa terminlərdə ilişib qalırlar, hansısa terminlərin müzakirəsini uzun-uzadı aparmaq istəyirlər, bu o deməkdir ki, İrəvan sülh istəmir, vaxt qazanmaq niyyətindədir. Vaxt qazanmaq niyyəti də ondan qaynaqlana bilər ki, Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah tədarük etsinlər, necə deyərlər, özlərinə gəlsinlər və əvvəlki iddialarını irəli sürməyə cəhd etsinlər. Təbii ki, bu, xəyaldır. İstənilən halda, rəsmi Bakının mövqeyi bəllidir, şərtləri ortadadır. Sülh sazişi Azərbaycan üçün olmazsa-olmaz anlamı daşımır. Bəli, Azərbaycan sülh istəyir, amma saziş olmazsa da, biz heç nə itirmirik. Ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimizə, ərazilərimizə nəzarət ordumuzun əlindədir. Sülh Ermənistana lazımdır ki, bataqlığa tam yuvarlanmaqdan xilas olsun.

Bütün hallarda, sülh sazişi istiqamətində proses davam edir. Son vaxtlar biz prosesdə sürətlənmə də müşahidə edirik. Ümumiyyətlə, sülh prosesini ləngitməyə əsas yoxdur və hər kəs anlayır ki, regionda sülh üçün zaman yetişib. Sülhə əngəl yaratmaq istəyən xarici qüvvələr əlbəttə, var. Amma məsələn, Almaniya kansleri cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, bu il sülh ili olmalıdır. Yəni artıq dünya da etiraf edir ki, sülh sazişinin imzalanması üçün bir maneə qalmayıb.

- Əngəl qalmayəbsa, saziş niyə imzalanmır?

- Mən dedim axı, müəyyən qüvvələr sülhü istəmirlər. Məsələn, Fransanın mövqeyi bəllidir. Düşünürəm ki, rəsmi İrəvan, ümumilikdə Ermənistan hakimiyyəti iradə nümayiş etdirməlidir. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, rəsmi İrəvanın işğalda olan 4 kəndin qaytarılması ilə bağlı iradəsi təqdirəlayiq haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşu ilə vermədi, amma hər halda, müsbət addım idi. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətim müstəqil davrana bilərsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur.

- Xarici işlər nazirlərinin Almatıda görüşü olacaq. Bu görüşdən nələr gözlənilir?

- Bilirsiniz, sülh prosesi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmır. Ona görə də məsələ ilə bağlı proqnozlar ictimaiyyəti yanılda bilər, prosesin gedişi barədə yanlış təsəvvürlər formalaşa bilər. Amma ötən dövr onu göstərdi ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını qoruyur, danışıqlarda buna əsaslanılır. Demək olar ki, bütün müzakirələr Azərbaycanın maraqlarının təmininə yönələcək. Amma müəyyən mənada demək olar ki, nələrsə razılaşdırılacaq. Dediyim kimi, yekun sülh üçün bu gün hansısa maneə yoxdur.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru