"Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur" - deputat
Tarix: 16-05-2024, 08:13 | Çap et
 Əməkdar artist Yusif Mustafayevin 400 min manata məscid tikdirməsi barədə yayılan informasiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Vətəndaşların bir qismi bu xəbərlə bağlı öz etirazını bildirir, tənqid edir. Bir qrup sosial şəbəkə istifadəçisi bildirir ki, həmin vəsaitə yeni məktəb inşası daha məqsədəuyğun olardı.
Ölkəmizdə tarixən həm məscid, həm də məktəb tikdirməsi isə yadda qalan imkanlı şəxslər olub. Bu gün isə imkanlı şəxslərin bu istiqamətdə fəaliyyətinə nadir hallarda rast gəlinir. Həm məscid, həm məktəblər əsasən dövlət tərəfindən inşa edilir.
Ümumiyyətlə, imkanlı şəxslərin məscid, yoxsa məktəb tikdirməsi ilə bağlı ilahiyyatçılarımız, ziyalılarımız necə düşünürlər?
Millət vəkili Sabir Rüstəmxanlı “Cebhe.info”-ya bildirib ki, kimin Azərbaycanda imkanı varsa, kim millət üçün doğrudan da ciddi bir iş görmək istəyirsə, o, ilk növbədə məktəb tikdirməlidir:
“Biz övladlarımıza savad verməliyik. O təhsil aldıqca, onsuz da dini bilgilərə yiyələnir. Bunun üçün xüsusi məscid tikdirmək əsas deyil. Onsuz da Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur. Allah o duaları hər yerdə qəbul edir. Mən məscidin əleyhinə deyiləm. Kəndlərimizdə, şəhərlərimizdə məscid də olmalıdır. Ancaq ilk növbədə məktəb, sonra məscid olmalıdır”.
İlahiyyatçı Tural İrfan isə deyib ki, Peyğəmbər sağlığında fitnə- fəsad məqsədi ilə tikilmiş bir məscidi dağıdıb:
“Əgər məscid Allah üçün, xeyirxah əməllər niyyəti ilə tikilirsə, böyük savabdır. Onu tikən də çox böyük savab qazanır. Yox, əgər adını məscid qoyub içində bütpərəstliyi, xarici qaranlıq qüvvələrə xidməti təbliğ edəcəklərsə, xurafatla məşğul olub din pərdəsi altında gəncləri zəhərləyəcəklərsə, bu olmaz”.
İlahiyyatçı deyir ki, məktəb tikmək də savabdır:
“Ola bilsin başqa məktəbə ehtiyac olmayan yerdə məscid tikilib. Həm də bəzi adamlar məscid tikməyin daha çox savab olduğuna inanırlar. Məscid normal şəraitdə fəaliyyət göstərərsə, elə ora da məktəbdir.
Bütün məscidlər də Allahın məktəbidir. Orada da Quran öyrədilir, haqq-ədalət təbliğ olunur. Bundan böyük məktəb varmı? Hacı Zeynalabdin Tağıyev də həm məscid, həm də məktəb tikdirib. Bunları qarşı-qarşıya qoymaq, məscid və məktəbi müqayisələndirmək dinsizlərin işidir. Çox zaman İslama ikrah edənlər belə müqayisələr aparırlar. Ömründə məktəb tikintisinə bir daş da qoymayan adamlar başqalarına yol göstərirlər. Məscid də, məktəb də tikmək olar, kasıba ev də tikib vermək olar. Məktəbləri əsasən dövlətimiz özü tikir. Məscid tikənlər də varsa, sağ olsunlar. Sanki bəziləri irad tutmaqdan, qara yaxmaqdan ötrü ölürlər. Biri bulaq tikdirir, deyirlər ki, rüşvət aldığı pullarla tikib.
Biri yol çəkir, deyirlər ki, oğurluqla yığdığı pulla edir. Biri məscid tikdirir, görürlər ki, məsələn, müğənnidir, başqa ləkə yapışmayacaq, deyirlər, niyə məktəb tikməyib? Belələrinin çoxuna desən ki, məktəb tikirik gəl, sən də 5 manat ver, verməz.
Ona görə hesab edirəm ki, belə şeylərə fikir verməyib ruhdan düşmədən tikib, qurub, yaratmaq lazımdır”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
|