Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                 

Fars-molla rejiminin PSEVDODİN TƏƏSSÜBKEŞLİYİ... - Bəs nə oldu... Gəncə "imamlar şəhəri" idi axı...
Tarix: 14-10-2020, 11:45 | Çap et
Fars-molla rejiminin PSEVDODİN TƏƏSSÜBKEŞLİYİ...
Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf alaraq, onlarla şəxsi öldürməsi, xüsusilə də Gəncə şəhərinə törədilən vəhşi hücum dünya ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan bir çox dövlətlərin rəsmiləri Ermənistanın mülki vətəndaşlarımıza atəş açmasını qəti şəkildə pisləyirlər. Gəncədə yaşayış evinin Ermənistan tərəfindən vurulmasından 4 gün ötsə də, cənub qonşumuz İranın rəsmi şəxsləri susqunluğa davam edirlər. Rəsmi Tehrandan Ermənistanın vəhşi hərəkətini pisləyən bir cümlə belə açıqlanmayıb.

İran mətbuatının yaydığı məlumata görə, İslam İnqilabının Keşikçilər Ordusu komandanının siyasi məsələlər üzrə müavini Yədulla Cavani qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Qarabağ münaqişəsinin həlli üçün tutarlı bir əsas ola bilər: “BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə görə Qarabağ Azərbaycana aiddir və hazırkı vəziyyət də ondan xəbər verir ki, Ermənistan onu işğal edib. Qarabağ işğal vəziyyətindən çıxmalıdır”.

İranlı general eyni zamanda bildirib ki, bu məsələnin müharibə ilə həll edilməsi hər iki tərəfə ziyanlar və xəsarətlər vurub. Onun sözlərinə görə, məsələnin köklü həlli yolu danışıqlardır. Göründüyü kimi, iranlı general Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərb yolunu seçməsinə rəğmən, problemin həll yolunun danışıqlar olduğunu qeyd etməklə əslində ermənilərin hərbi əməliyyatlar başlayandan bəri etdiyi çağırışları dəstəkləyib.

Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı qeyd edir ki, İranın Dağlıq Qarabağ münaqişəsinə yanaşması hissi bir yanaşma deyil: “Onların öz aləmlərində strateji hesab etdikləri bir yanaşmaları var. Bu yanaşmanın əsasında Azərbaycan adıyla bağlı narahatlıqları dayanır. Azərbaycan adlı dövlətin uğurlu addımları onlarda narahatlıq doğurur. Əslində Azərbaycan belə bir narahatlıq üçün heç bir əsas vermir: onlara qarşı heç bir iddia qaldırılmır, Azərbaycan heç zaman İranla bağlı mənfi proseslərin içində yer almır. Amma nədənsə bu, İran rəhbərliyi üçün yetərli görünmür, fərqli yanaşma sərgiləyir, Azərbaycanın uğurlu dövlət modelinə nail olmasına hər zaman mane olmağa çalışır. Bu, dövlət müstəqilliyinin, daxili sabitliyin qorunması, ərazi bütövlüyünün bərpası kimi taleyüklü məsələlərdə açıq hiss olunur. Biz bütün bu məsələlərdə, təəssüf ki, İrandan gözləmədiyimiz münasibət görmüşük. Bu münasibəti biz Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günə qədər görürük: istər münaqişənin başlanğıcında müəyyən vasitəçilik təşəbbüslərində, istər atəşkəs dövründə Ermənistanın inkişafı üçün görülən işlərin timsalında, istərsə də indiki hərbi əməliyyatlar dövründə. İndi İran Ermənistanın silahlandırılmasında koridor rolunu oynayır. Bütün bunlar, təbii ki, Azərbaycan cəmiyyətində narazılıq yaradır”.

Politoloqun sözlərinə görə, Ermənistanın mülki Azərbaycan əhalisini hədəf aldığı indiki günlərdə də İrandan hər hansı etiraz yoxdur: “Ümumi sözlər, hər iki tərəfi eyni dərəcədə məsuliyyət daşıyıcısı kimi təqdim edən fikirlər səsləndirirlər. Halbuki işğalçı Ermənistandır, Azərbaycanın ərazisində hərbi təcavüz reallaşdıran da bu dövlətdir. Öz torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycanla işğalçını eyniləşdirmək elə Ermənistanın mövqeyini dəstəkləməkdir. İran işğalçıya Azərbaycan ərazisindən çıx deməkdənsə, ikitərəfli münasibət sərgiləyir. Son olaraq Gəncədə baş verən vəhşiliyə susmaqla İran öz mövqeyini tam olaraq ortaya qoymuş olur. Özü də guya İranın Gəncəyə xüsusi münasibəti vardı, orada olanları həssaslıqla izləyirdi. Düzdür, İran daxilində bəzi dini xadimlər, müəyyən siyasətçilər məsələyə daha həssas yanaşma nümayiş etdirib, müəyyən müsbət münasibətlər ortaya qoymağa çalışırlar. Lakin Azərbaycanın gözləntiləri İranın ali siyasi-dini rəhbərliyi, hətta ali hərbi rəhbərliyinin bu məsələdə konkret mövqe ortaya qoymasından, işğalçını adı ilə çağırmasından yanadır. Bu, həm İranın özünün öz üzərinə götürdüyü dini öhdəliyindən, həm yaxın qonşu öhdəliyindən, eyni zamanda İranın beynəlxaq münasibətlərin subyekti, BMT üzvü kimi beynəlxalq hüquqdan qaynaqlanan öhdəliyindən irəli gələn bir addım olacaq. İran başqasının ərazisini işğal etmiş dövləti öz adı ilə çağırmalıdır”.
Musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru