Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər... - "Soruşanda da deyirlər ki, bilirsən bu tikinti kimindir?.."
Tarix: 27-11-2014, 09:30 | Çap et
 “Bakıda yaşıllıqlar məhv edilir, “ağac soyqırımı” həyata keçirilir. Bütün bu kimi halların günahkarları icra başçıları, memarlar və nəzarət orqanlarıdır. Əvvəlcə ağaclar olan ərazi hasara alınır və heç bir normativ qaydalara riayət edilmədən kəsilir. Belə davam eləsə Bakıda bir ədəd də olsun ağac qalmayacaq. Tikilən yeni hündür mərtəbəli binaların ətrafında ilk olaraq yaşıllıq zolağının salınması əsas götürülməlidir. Amma bizdə tamamilə bunun əksi mövcuddur.” Təbiəti Mühafizə Cəmiyyətinin sədri Bakir Nəcəfov Analitik.az-a bunları deyib əlavə etdi ki, tikinti layihəsində yaşıllıq zolağının salınması göstərilsə də, buna əməl edilmir: “İş bitəndən sonra görürsən ki, yaşıllıqdan əsər-əlamət yoxdur. Məsələn, layihədə göstərilir ki, ərazidə 100 ağac olacaq. Tikintidə iş bitəndən sonra baxırsan ki, bir ağac da yoxdur.” B. Nəcəfov Bakıda yaşıllıqların daha çox məhv edildiyi ərazilərin adlarını da açıqladı: “Ən biabırçı hal Yasamal, Nəsimi rayonlarında, Memar Əcəmi metrosunun və “Pioner” kinoteatrının ətrafındadır. Orada olan yaşıllıqlar tamamilə məhv edilib. Yasamal rayonunda məhəllədaxili yaşıllıqlar məhv olub. Yanğın keçidləri tutularaq tikinti işləri aparırlar. Xətai rayonunda Günəşli ərazisində 5 və 9 mərtəbəli binaların arasında elə yaşıllıq yoxdur ki, məhv edilməsin.” Ekoloq vurğuladı ki, Sabunçu rayonunda isə daha acınacaqlı vəziyyətdir: “Rayonun icra başçısı binaların arasında, ətrafda nə qədər ağaclar var hamısını qırdırıb ərazini tikinti şirkətlərinə verib. Yol kənarında nə qədər tikinti işləri aparılar axı?.. Əkilən ağaclar hamısı reklam xarakterlidir. Ərazidə 100 ağac əkilibsə, diqqət etsəniz orada 2 ağacın qaldığını müşahidə etmək olar. Bakıxanov qəsəbəsində orta yolda ağacları qırıb yolu genişləndirmək istəyirdilər. Bu halın qarşısını rəhbərlik etdiyim təşkilat aldı.” Ekspert Dərnəgül yolunda da xeyli ağacın məhv edildiyini dedi: “Yol genişləndiriləndə nə qədər ağacları qırdılar. Amma sənəddə qeyd olunmuşdu ki, ağaclar köçürüləcək. Ağac köçürmək üçün maşınlar da var. Amma ağacları köçürmək əvəzinə, onların sonuna çıxırlar. Yaxınlaşıb soruşanda da adama deyirlər ki, sən bilirsən bu tikinti kimindir? Cənab prezident tapşırıb. Prezident tapşırmayıb ki, ağacları kəs. Ölkə başçısı deyib ki, ağacları da qoru. Məsələn, aeroporta gedən yolda nə qədər ağaclar köçürüldü.” Təbiəti Mühafizə Cəmiyyətinin sədrinin sözlərinə görə, yaşıllıq qənimlərinin əksəriyyətinin, tikintinin aparılması üçün sənədləri də olmur: "Onlardan sənəd tələb edəndə isə qəribə halla üzləşirsən. Gedirsən həmin ərazidə nə tikildiyini öyrənməyə. Heç birinin sənədi olmur və deyirlər ki, icra başçısı bilir. Sonra da adamı şərləyirlər ki, gəlib məndən pul tələb edirlər.” B. Nəcəfov deyir ki, əslində yaşıllıq zonasında tikinti aparmaq üçün bir sıra prosedurlar həyata keçirilməlidir: “İlk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Nazirlik həmin əraziyə baxış keçirir. Aparılacaq tikinti dövlət əhəmiyyətlidirsə və məsləhət olarsa rəy verir. Sonra Yaşıllaşdırma İdarəsinə müraciət edilir. Normativ aktla orada olan ağaclar ya köçürülür, ya da kəsilir. Hansısa şəxsin müraciəti əsasında bu, mümkün deyil. Söhbət yalnız dövlət əhəmiyyətli layihələrdən gedir. Yoxsa Gədəbəydən, Ordubaddan gəlib mən burda bina tikmək istəyirəm, bu, mümkün deyil.” Cəmiyyət rəhbəri problemdən çıxış yolunu ağacları qanunsuz kəsən məmurların cəzalandırılmasında görür: “Bu gün paytaxtda yaşıllıqlarının axırına çıxmaq istəyirlər. Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən bu kimi hallara qarşı mübarizə aparılsa da, təəssüf ki, bu problem həllini tapmayıb. Bir icra başçısı və ya məmur cəzalandırılmasa, yəqin ki, nəticə olmayacaq. ”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
|