Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                 

"Mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm..." - Nazirə müraciət olundu
Tarix: 12-06-2023, 12:38 | Çap et
"Mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm..."
Uzun müddət jurnalistika ilə məşğul olmuş Rüfət Seyidəhməd oğlu Əhmədzadə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, süründürməçilikdən bezdiyini bildirib.

Əhəmədzadə yazır ki, dəfələrlə mənzil problem ilə bağlı İqtisadiyyat Nazirliyinə və Əmlak Xidmətinə müraciət edib. “Bu gün Abşeronda qanuni evimizə çıxarış almağımız uzun müddətli, keşməkeşli bir mübarizəyə dönüb. Əmlak Xidmətindən deyirlər ki, Ədliyyə Nazirliyi bizə lazım olan cavabı vermir, Ədliyyə Nazirliyi Baş Notariat İdarəsindən isə deyirlər ki, biz 3 dəfə cavab vermişik, sistemdə özləri baxıb nəyi lazımdırsa öyrənə bilərlər. İndi kimin haqlı olduğunu bilmirəm, amma mənim haqsız yerə süründürməçiliyə uğradığım danılmaz həqiqətdir”.

O bildirir ki, 10 ildən çox Azərbaycan mətbuatında jurnalist və tərcüməçi kimi çıxış edib. “Son illərdə bir sıra Polşa şirkətlərilə koordinator kimi çalışdığımdan, ölkədə az olurdum və anam Gülarə Seyidağa qızı Məcidovaya məxsus qeydiyyat vəsiqəsi olan evimizin sənəddləşdirilməsi ilə bağlı 2017-ci ildən bəri yarımçıq qalan işləri davam etdirə bilmirdim. Belə ki, keçmiş jurnalist fəaliyyətimlə bağlı – Abşeron sakinlərinin şikayətlərini çox dərc etdiyimə görə, keçmiş rayon rəhbərliyi və sonradan korrupsiyaya görə həbs olunmuş baş memar Akif Əliyevlə aramda “soyuq müharibə” yaşanmış, nəticədə müxtəlif vasitələrlə evə çıxarış almağımıza süni əngəllər törədilmişdi. Bu süni əngəllər indi elə şəkildə davam edir ki, artıq Abşerondakı dövlət qurumlarının dəhlizlərində keçmişə aid kabusların hələ də dolaşdığına dair şübhələrim yaranır. Yaxud da, son zamanlar yazdığım məktublara və KİV-dəki yazılara görə, sanki məndən “mədəni qisas” alınır, şablon cavablarla süründürməçilik davam edir”.

Əhmədzadə qeyd edir ki, anası Gülarə Məcidovaya 2021-ci ildə evi satmaq üçün bir aylıq Forma-1 verilmiş, amma onun mahiyyəti barədə məlumatlı olmadığından və o zaman satmaq gərəyi duymadığından həmin sənədi evdə bir kənara qoyub. “Təbii ki, mənim də bundan xəbərim olmayıb. 2023- cü ilin yanvar ayında mənim maddi problemlərim artmağa başladı və evi sataraq, ailəliklə xaricə daşınmağa qərar verdik. Hətta xaricdən iş təklifləri də almışdım. Lakin məmur süründürməçiliyi üzündən həm o təkliflər qüvvədən düşdü, həm də borclarım və problemlərim ikiqat artdı. Bu gün evimə çıxarış da alsam, evi tələm-tələsik satsam belə, artıq borclarım 5-6 ayda o həddə çatıb ki, əlimdə birotaqlı mənzil almaq üçün də pul qalmayacaq. Buna görə isə, Abşerondakı məmurlara xüsusi “təşəkkür” düşür. Onlar rahat kabinetlərində oturub maaş alırlar, mən isə ondan-bundan borc axtarıram ki, “darıxmayın, evi satanda verəcəm”. Gülarə Məcidova Abşeron 4 saylı Ərazi İdarəsinə bu il yanvar ayında müraciət edərkən, həmin Forma 1 arayışını geri verib, bütün lazımi sənədləri təhvil verib. Evimizə aid sənədlərin saxta olmadığı da sübut və təsdiq olunub. Yenidən müraciət isə may ayında mənim tərəfimdən edilib”.

Şikayətçi vurğulayır ki, 4 saylı Abşeron Ərazi İdarəsi hələ də mənə konkret cavab vermir, nə də müraciətini rədd edir. “Sizi inandırım ki, Abşerondakı məmurlarınız məni intihar həddinə çatdırıblar və artıq “bıçağın sümüyə dirəndiyi” bir vəziyyətdəyəm. Abşeronda mənə deyirlər ki, forma-1 idarəyə geri verilməyib – bu həqiqətə uyğun deyil, yanvar ayında orijinalını bizdən alıblar. Və daha sonra deyirlər ki, biz sistemə baxıb əmin ola bilmirik ki, siz bu evi satmısınız yoxsa yox. Ədliyyə Nazirliyində isə mənə bildirirlər ki, onlara cavab verilib və bildirilib ki, reyestrdə özləri baxa bilərlər. Hətta telefonda aldığım cavab o oldu ki, 11 dövlət qurumu eyni sistemə baxa bilər və “kimsə bizə işimizi öyrədə bilməz”. Kimin yalan, kimin doğru dediyini bilmirəm, amma mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm. Mən hazırda ancaq söz daşımaqla məşğulam – Xırdalandan Azadlıq Prospektinə, Azadlıq Prospektindən də Xırdalana.

Xatırladım ki, son illərdə Gülarə Məcidova tərəfindən yalnız bir əməliyyat reyestrə düşüb, o da bu ilin may ayında mənim adıma verilən etibarnamədir. Mən isə o etibarnamədən ancaq 4 Saylı Ərazi İdarəsinə müraciət edərkən istifadə etmişəm. Xahiş edirəm, bu məsələni tez bir müddətdə aydınlaşdırıb, bizim evə çıxarış ala bilməyimizə yardımçı olasınız. Bir daha vurğulayıram ki, hazırda çıxılmaz bir vəziyyətdəm və Abşerondakı məmur süründürməçiliyi məni intihar həddinə çatdırıb”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru