Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                 

Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Tarix: 15-05-2025, 10:33 | Çap et
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə  "qaza gələrək" belə addım atıb
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ciddi narazılıq doğurdu. Tənqidlərdən sonra məsələyə baxıldı və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirildi. Nəticədə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edildi. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verildi.

Məlumat üçün bildirək ki, “Georgi lenti”nin tarixi 18-ci əsrə gedib çıxır. Lent 1769-cu ildə təsis olunub və “Müqəddəs Georgi” ordeninə bərkidilib. Zaman keçdikcə “Georgi lenti” müxtəlif medallara, hərbi mükafatlara taxılıb. SSRİ dönəmində Stalinin əmriylə müxtəlif sovet medallarına taxılması üçün bərpa edilib. “Georgi lenti”nin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin səbəbi odur ki, bu lentin taxıldığı medal rekord dərəcədə çox adama, 15 milyon sovet əsgərinə, sonradan isə müharibə veteranlarına verilib. Məhz bu kütləvilik ordenin 9 mayla əlaqəsinə səbəb olub. Bir məqamı da vurğulayaq ki, “Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisyanov və Yermolov kimi generallar da layiq görülüblər. Görünür, müstəqil Azərbaycanda hələ də keçmiş imperiya rejimlərinin, sovetin xiffətini çəkənlər də varmış.

AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, öz tarixini, keçmişini bilməyən və üstəlik, araşdırıb-öyrənməyən savadsız kadrların müxtəlif vəzifələrdə təmsil olunması ancaq belə xoşagəlməz mənzərələrin yaranmasına səbəb olacaq. Partiya rəhbəri vurğulayıb ki, görünür, ağsaqqal Saleh Səmədov Rusiya kanallarına daha çox baxdığı üçün "qaza gələrək" belə addım atıb:

"Yəqin ki, S.Səmədov "Georgi lenti"nin nə olduğunun, mənasını bilmir. Yaxud başı üzərinə qaldırdığı "çəkicli-oraqlı" qırmızı bayraq altında onminlərlə insanımızın qətlə yetirildiyindən xəbərsizdir. Sovet imperiyası nə qədər insanımızı məhv edib, ziyalılarımızı güllələyib, Sibirə sürgünə yollayıb, ailələri dağıdıb. Ağsaqqalın bizim torpaqlarımızın rus imperiyası tərəfindən ermənilərə peşkəş edilməsindən, repressiyalardan məlumatı varmı? Əgər bunları bilmirsə, həmin şəxsin bir rayonun Ağsaqqallar Şurasının sədrliyində nə işi var? Ora necə gətirilib? Hələ də Rusiyanın təbliğatı altında qalmışıqsa, müstəqillikdən necə danışa bilərik? Sabah Fransaya rəğbət bəsləyən biri evində Napoleonun büstünü qoyacaq, sabah kimsə Donald Trampın heykəlini saxlayacaq. Bu nə dövlətçilik anlayışıdır?! Məmurun, səlahiyyət sahibi şəxsin bunu etməsi daha dəhşətli və dözülməzdir".
T.Abbaslı ümumiyyətlə, regionlarda məmur anlayışının çox aşağı səviyyədə olduğunu vurğulayıb: "İcra başçıları bu məsələlərlə maraqlanmırlar. Yeni təyinat almış icra başçıları əvvəlki kadrlarla işləməyə üstünlük verir. Heç kimi çağırıb, soruşmurlar ki, "siz kimsiz, dünya görüşünüz, yanaşmanız, baxışınız nədir?". Rayonlarda bayram günləri, özəl günlərlə bağlı keçirilən tədbirlərin protokolu varmı-yoxmu, o da bilinmir. Kəndlərdə, qəsəbələrdə tədbirlərin necə, hansı müstəvidə təşkil olunduğu bəlli deyil. Bu da yerlərdə dövlətçilik ənənəsinin hələ də formalaşmamasından irəli gəlir. Təsadüfi insanların məmurluğa gətirilməsindən qaynaqlanır. Ona görə hər zaman qeyd edirik ki, partiyaların rolu ictimaiyyətdə artırılmalıdır. Siyasi savadsızlıq, bacarıqsızlıq, idarəetmə qabiliyyətinin olmaması bir partiya məktəbinin yoxluğundan üzə çıxır. Heç kəsə sirr deyil ki, bəzi hallarda regional əhəmiyyətli vəzifələrə korrupsiya, qohumbazlıq, tayfabazlıqla yiyələnirlər. Nəticələri də belə arzuolunmaz olur, narazılıqlar yaradır. Güman edirəm ki, İmişlidə həmin şəxsin cəzalandırılması digərlərinə də dərs olar".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Dünən, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Dünən, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Dünən, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Dünən, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Dünən, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Dünən, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru