İşçiləri cücə yerinə də qoymayan boryler... - "Siyəzən Broyler"də qanunları pozan özəl qaydalar...
Tarix: 30-07-2015, 12:07 | Çap et
 Artıq bir neçə müddətdir ki, ölkə mətbuatında yayımlanan məlumatlarda 1984-cü ildən istifadəyə verilən və təyinatına görə ölkənin ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan “Siyəzən Broyler” ASC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına araya-ərsəyə gətirildiyi və ASC-də bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalarda bildirilir ki, hazırda “Siyəzən Broyler” ASC-də qeyri-normal vəziyyət hökm sürür.İddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir: “Fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir...” Həmçinin açıqlamalarda ASC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd edək ki, bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. “Siyəzən Broyler”in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır. Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Böyük ehtimalla, bu hal “Siyəzən Broyler”in yetişdirdiyi toyuqların müxtəlif kimyəvi dərmanlar vasitəsilə tez böyüdülməsilə bağlıdır.Digər tərəfdən isə redaksiyamıza yeni daxil olmuş daha bir məlumatda “Siyəzən Broyler” quşçuluq fabrikində ölkənin əmək məcəlləsinin qanunlarının da kobud şəkildə pozulduğu, burada çalışan vətəndaşların haqsız istismara və kobud davranışa məruz qoyulduğu bildirilir. Belə ki, bir müddət əvvəl fabrikdə mercendayzer vəzifəsində işləmiş vətəndaş Xanəliyeva Vidanə Ələmdar qızı tərəfindən imzalanmış şikayət ərizəsində qeyd olunan faktlar, fabrik rəhbərliyi tərəfindən əmək qanunvericiliyinin tələblərinin və burada çalışanların hüquqlarının kobud şəkildə pozulduğuna dəlalət edir. Ərizədə bildirilir: “Mən, Xanəliyeva Vidanə Ələmdar qızı 2015-ci il dekabr ayının 1-dən “Siyəzən Broyler” quşçuluq fabrikində toyuqların satıcısı, daha dogrusu firma işçisi kimi işə başladım. May ayının 28-dək fabrikin merçendayzeri kimi çalışdığım müddətdə heç bir nöqsana yol vermədim. Bir müddət sonra, həm nənəmin rəhmətə getməsi, həm də ailə özümün həyatı qurmağım səbəbindən işdən çıxmaq məcburiyyətində qaldım. Onu da deyim ki, nə işə qəbul olunarkən, nə də işdən çıxanda haqqımda firma heç bir inzibatı qeydiyyat aparmayıb. Gündəlik yol xərci və yemək pulu 1,5 manat elədiyi halda, bunları da öz hesabına etmişəm. Qeydiyyatsız və müqaviləsiz işə götürmək isə firmanın Əmək Məcəlləsinin müvafiq bəndini kobudcasına pozması deməkdir. Mən üzürlü səbəbdən işdən çıxmağımı aidiyyatı olan rəhbərliyə, Zaur və Ceyhun adlı səxslərə bildirdikdə, onlar məni təhqir edərək, nalayiq ifadələr işlətdilər. Deməklərindən belə göründü ki, guya mən ailə həyatı qurmaq üçün onlardan xüsusi razılıq almalıyam. Əlavə etdilər ki, sənə pul düşmür. Bu sözləri isə, mənə çatacaq 150 manat halal əmək haqqımı tələb etdikdə bildirdilər – “əlin hara uzundur, get ora qoy”dedilər...” Göründüyü kimi, şikayətçi vətəndaş şirkət rəhbərlərini cox ciddi hüquq pozuntularında təqsirləndirir. Düşünürük ki, bu kimi özbaşınalıqlara yol vermiş müəssisə rəhbərlərinin ümumilikdə fəaliyyətlərinin müvafiq qurumlar tərəfindən yoxlanılması məqsədəuyğun hesab olunmalıdır. Bununla belə, qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
|