Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                 

Ziya Məmmədov "Azəryolservis"ə nəzarəti də əldən verə bilər... -- NN şefinə daha bir zərbə tədarükü
Tarix: 6-11-2015, 12:11 | Çap et
Ziya Məmmədov "Azəryolservis"ə nəzarəti də əldən verə bilər...
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısı yanında etimadını itirib. Bu həqiqət artıq neçənci dəfədir ki, özünü göstərir, dövlət başçısı respublika əhəmiyyətli yolların və yol infrastrukturlarının açılışlarına Ziya Məmmədovsuz qatılır. Halbuki, biz əvvəllər bunun əksini görürdük, bu kimi tədbirlərdə əsas rol və funksiya məhz Ziya Məmmədovda olurdu.
İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib və bu tədbirdə də Ziya Məmmədov gözə dəyməyib. Bu isə artıq ciddi mətləblərdən xəbər verir, bu Ziya Məmmədov üçün sonun başlanğıcı anlamına gələ bilər.
Xatırladaq ki, son aylar ərzində Ziya Məmmədovsuz baş tutan bir neçə yol açılışı reallaşıb. Məsələn, prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində qırmızı lenti kəsərkən də Ziya Məmmədov orada yox idi. Həmin vaxt açılışa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qatılmışdı. Bu qəbildən olan ikinci fakt isə oktyabrın 6-da yaşanmışdı. Həmin vaxt prezident İlham Əliyev yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edirdi və yenə Ziya Məmmədovsuz. Bu tədbirdə isə prezidentə görülən işlərlə bağlı məruzəni “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov edirdi. Həmin vaxt Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov növbəti əmək məzuniyyətində olduğundan sözügedən açılış mərasimlərinə qatılmayıb və burada qəribəlik axtarmağa dəyməz. Heç həmin vaxt da Nəqliyyat Nazirliyinin sözçüsünün bu açıqlamasının səmimiliyinə inanlar az idi. Dünən baş verən olay isə Nəqliyyat Nazirliyi sözçüsünün sadəcə olaraq vəziyyətdən çıxmaq üçün yalan danışdığını ortaya qoydu.
Yaxşı, həmin açılışlar zamanı Ziya Məmmədov əmək məzuniyyətində idi və bu səbəbdən də sözügedən tədbirlərdə işçtirak etməyib. Bəs iki gün öncə Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında Ziya Məmmədov niyə yox idi. Axı, nazirin əmək məzuniyyəti çoxdan yekunlaşıb və o hazırda iş başındadır. Göründüyü kimi, artıq Ziya Məmmədov hətta birbaşa səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı da dövlət əhəmiyyətli tədbirlərdən uzaq tutulur ki, bu da onun etimadını tam olaraq itirməsi anlamına gəlməlidir. Qeyd edək ki, bir qayda olaraq yol açılışlarında hər zaman Ziya Məmmədov iştirak edib. Son vaxtlar hakimiyyət tərəfindən Məmmədovlara qarşı olan etimadsızlıq artıq özünü aşkar şəkildə göstərməkdədir. Bir məqamı da xatırladaq ki, bir müddət öncə Bakıda qolf meydançasının açılışına Qolf Federasiyasının prezidenti, Z. Məmmədovun oğlu Anar Məmmədov da çağırılmamışdı. Sizcə Məmmədovlara qarşı bu cür münasibət səbəbsizdirmi? Yaxud, bütün baş verənləri xoşagəlməz təsadüf adlandırmaq olarmı?
Təbii ki, yox. Qeyd edək ki, Nəqliyyat Nazirliyi dövlət büdcəsindən ən çox pay alan strukturdur. Bunun qarşılığında isə bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır. Təbii ki, gözgörəsi şəkildə həyata keçirilən bu korrupsiya əməliyyatlarının bir sonu olmalıydı.
Bununla bağlı "Unikal” qəzetini məlumatlandıran hökumət içindəki mənbə iddia edir ki, artıq nəqliyyat naziri Ziya Məmmədovun "yol korrupsiyası”nın ciddi şəkildə təftişinə başlanılıb. Daha dəqiqi, bu yöndə aparılan araşdırmalar öz nəticəsini verib və yaxın günlərdə Nəqliyyat nazirliyi sektorunda ciddi struktur islahatlarına şahidlik edəcəyik. Mənbəmizin bildirdiyinə görə, yol çəkilişləri faktiki surətdə Nəqliyyat Nazirliyindən alınır:
"Ölkə rəhbərliyi son bir neçə ayda Ziya Məmmədovun gördüyü işlərlə bağlı fərqli mənbələrdən məlumatlar toplayıb və nəqliyyat nazirinin birbaşa rəhbərliyi ilə ciddi maxinasiyalara yol verildiyi faktlarla təsdiqlənib. Bəlli olub ki, nazirlik xüsusi ilə bölgələrdə yol çəkilişləri zamanı kağız üzərində nəzərdə tutulan vəsaitin təxminən 70 faizini mənimsəyir”.

Burada bir məqamı da qeyd edək ki, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Bu və digər faktlar isə nəqliyyat Nazirliyində ciddi struktur dəyişikliyinə gedilməsinə və qurumun səlahiyyətlərinin minimuma endirilməsi tədbirlərinin reallaşmasına yol açıb. Məlum olduğu kimi, bu günə qədər Nəqaliyyat Nazirliyinin çoxsaylı səlahiyyətləri “ASAN” xidmət və digər dövlət qurumlarına verilib. Nəqliyyat Nazirliyi isə faktiki olaraq səlahiyyətsiz bir struktura çevrilib.
“Unikal” qəzetinə daxil olan məlumatda bildirilir ki, hazırda Ziya Məmmədova sonuncu zərbənin vurulması planlaşdırılır. Belə ki, yaxın günlərdə “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxardılaraq müstəqil qurum kimi formalaşdırılması prosesinə şahidlik edəcəyik. Bu isə Ziya Məmmədov üçün “əcəl zəngi” anlamına gələ bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru