Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                 

Azər Bayramov: Maliyyə Nazirliyinin "Akif Çovdarovu" - ŞOK İDDİA
Tarix: 10-03-2016, 08:24 | Çap et
Azər Bayramov: Maliyyə Nazirliyinin "Akif Çovdarovu"
Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın "Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovla bağlı səsləndirdiyi ittihamlar ölkə gündəmini ciddi şəkildə silkələyib.

Bu məlumatların xarici mediada tirajlanması hakimiyyət daxilində də ciddi rezonans doğurub. Nazirin 3 ölkənin kəşfiyyat xidmətlərinin agentatura şəbəkəsinə bağlılığı və onlara "işləməsi" ilə bağlı iddialar isə hakim düşərgədə Samir Şərifov və Maliyyə Nazirliyi ilə bağlı ciddi ölçünün götürülməsi zərurətini yaradıb.

Arqument.Az-a daxil olan ilginc məlumata görə, Samir Şərifov keçmiş MTN şefi Eldar Mahmudovun aqibətini yaşa bilər. Ümumilikdə isə nazirlikdəki oliqarxlaşmış məmurların da xaricə uzantıları müzakirə mövzusudur.

Mənbə bildirir ki, Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır. Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun 1-ci müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar isə medianın gündəmindən düşmür.

Mənbənin sözlərinə görə, hakim elitanın bəzi dairələrində Azər Bayramov "Maliyyə Nazirliyinin Çovdarovu" kimi təqdim edilir. Onun sahibkarlara və dövlət müəssisələrinə qarşı münasibəti isə ciddi narazılıqla qarşılanır. Hətta bir müddət öncə sahibkarlardan biri deyib ki, 1-ci müavin Azər Bayramovun "çətir"i altında xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərini də cəlb eləyib.

Mediada sahibkarlardan birinin yaydığı məlumatda isə deyilir: "Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin "qorxulu röyası"dır. Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində (maliyyəçilərin diliylə desək, hesabların açılması-redaksiya) ciddi sıxıntılar yaşayacaq. Nadir Qarayev yerlisi və əsas himayəçisi olan Azər Bayramova güvənərək, bu təsir imkanından yararlanaraq, ona tapşırılmış "faiz yığmaq" prosesini çox böyük ustalıq və peşəkarlıqla yerinə yetirir. Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında "oliqarx"a çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər "faiz" alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin "payını" nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi В«problemlərВ» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik "gəliri" yüz min manatlarla ölçülür".

İddiaya görə, Maliyyə Nazirliyində şərti adı "Gədəbəy qruplaşması" kimi tanınan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar. Amma Bayramovun bu işləri Samir Şərifovun göstərişi ilə həyata keçirdiyini iddia edənlər də az deyil: "Bu gün açıq şəkildə "Gədəbəy qruplaşması" və onların himayəsində olan maliyyə məmurlarının hərəkətləri hamını narazı salıb. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olur. Nadir Qarayev açıq şəkildə "haqq" istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Açıq şəkildə tender qalibi olan şirkətlərə "1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün" deyirlər. Bəli, В«Azər Bayramov-Nadir Qarayevin "pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır. Qruplaşma isə bu işlərin arxasında nazirin dayandığını deməkdən belə çəkinmir".

Arqument.Az-a verilən məlumatda iddia olunur ki, Maliyyə Nazirliyinin dövlət qurumlarını, rayonlarda fəaliyyət göstərən müəssisələrin hər üç ildən bir yoxlamaları zamanı da ciddi korrupsiya hallarına yol verilir. Məsələn, bu yoxlamalar zamanı hər bir müəssisədən ən azından 20-30 min manat "haqq" tələb olunur. Buna da göstərişin Azər Bayramov tərəfindən verdildiyi iddia olunur. Bu yoxlamaların qeyri-şəffaf aparılması ilə bağlı sənədlərə əsaslanan xeyli fakt var. Bu faktların da yaxın günlərdə açıqlanması istisna olunmur.

Mənbə iddia edir ki, Maliyyə Nazirliyi də keçmiş MTN-in taleyini yaşaya bilər. Təbii ki, burada təkcə nazir Samir Şərifov deyil, bu qurumda kök salmış qruplaşmlar və ən əsası nazirliyin "Akif Çovdarovu" kimi ad çıxarmış Azər Bayramov da ciddi şəkildə cəzalandırılacaq.

Mövzunu davam etdirəcəyik.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru