Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                 

Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur... - PROBLEM VAR
Tarix: 6-05-2016, 08:39 | Çap et
Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur...
Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən Şəmsəddin Hacıyevin çıxarılması orada bir çox dekan və vəzifəli şəxslərin işini itirməsinə gətirib çıxardı. Bu kadr dəyişməsi onunla izah olundu ki, universitetdə şəffaf mühit yaratmaq vacibdir, dekanlar bu səbəbdən işdən çıxarılır. İndi aradan iki ilə yaxın müddət keçməsi şərtləndirir ki, rektor Ədalət Muradov ADİU-da hansı uğurlara imza atıb,fikirləri irəli sürülsün.

Hamı bilir ki, yaxın bir ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası ADİU kimi yazılırdı. Hazırda abreviatura UNEC-lə əvəzlənib, bu düzdürmü?! Allah xatirinə, səhvlərə bəraət qazandırmaq üçün bircə deməyin ki, bunu beynəlxalq brendin qaydalarına uyğunlaşdırmaq üçün etmişik. Həmin təqdirdə qayıdıb deyərlər ki, brend olmaq istəyirsinizsə, tələbələrin bilik səviyyəsini qaldırın, universitetdə rüşvəti yığışdırın. Belə demək mümkündürsə, universitetin rektoru Ədalət Muradov dünyada gedən təhsil proseslərində kül halında iştirakını əməli sübutu olan işi ilə həyata keçirib, fərqlənə və bu səbəbdən ADİU-nu brend edə bilərdi. Hazırki halda UNEC heç nəyi dəyişmir,desək yanılmarıq. Yəni, dünyada öndə olan iqtisadi universitetlərin sırasında yer almaq istəyiriksə, təhsilin keyfiyyəti dəyişib ADİU-da ilk növbədə şəffaflıq təmin olunmalı idi. Bununla bir çox universitetlərin həm tərəf müqabili olar, həm də kadr yetişdirilməsi baxımından tərəfimizə çəkə bilərdik. Belə deyək, müasirlik adın, geyimin, həyat tərzinin yeni qaydalarla nizamlanması olmadığı kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası UNEC-lə əvəzlənməsi də heç nəyi dəyişmir.

Biraz əvvəl qeyd etdiyimiz kadır məsələlərinə gəlincə deməliyik ki, ADİU-da Beynəlxaq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mansur Barxudarovla əvəzləndi. Faktinfo.az saytının əldə etdiyi məlumatlardan aydın olur ki, BİM fakültəsinin dekanı xüsusi göstəricilərinə görə deyil, Ədalət Muradovun tələbə yoldaşı olduğu səbəbi ilə universitetin aparıcı fakültəsinə dekan təyin olunub. Eləcə də, Biznes İnzibatçılığı fakültəsinə Zülfüqar İbrahimov, Maliyyə və Uçot fakültəsinə Gəray Musayev, Kommersiya fakültəsinə Mirağa Əhmədov dostluq, yaxınlıq münasibətləri əsas götürülərək dekan təyin olunublar.

Saytın əldə etdiyi məlumatlarda o da əksini tapır ki, bir çox dekanların işdən çıxarılmasına rəğmən yerliçilik baxımından Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanov, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov və başqaları vəzifələrini qoruya biliblər. Hətta, bəziləri daha irəli çəkilib. Məsələn, Magistratura Mərkəzinin direktoru vəzifəsinə Qabil Manafov təyin edilib. Buna qədər Qabil Manafov Kommersiya fakültəsinin dekanı olub.

Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor vəzifəsini hazırda rektora yaxın şəxs icra edir. Bütün bunlar ona görə edilib ki, “ev bizim, sirr bizim” prinsipinə əsaslansın, universitet daxilindəki informasiyalar kənara çıxarılmasın. Amma göründüyü kimi, elə olmadı və bu gün ictimaiyyət bilir ki, ADİU-da Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rüşvət “mexanizmi”nin başında dayanır. Bütün qaranlıq işlərin “qəbulu” və “emalı” məsələlərini uğurla icra edir. Universitet daxili sessiya imtahanları tələbələrə demək olar ki, dərs müddəti dövründə əlavə ballar yazılmaqla imtahanlara qədər yekunlaşdırılır. Universitet daxili qiyabidən əyani şöbəyə tələbənin keçirilməsi 3000 manat, dövlət imtahanlarının qiyməti 3000-5000 manat aralığında dəyişirsə, ADİU-nun UNEC-lə əvəzlənməsi nəyi dəyişəcək?! Və yaxud, semest imtahanları tələbəyə 1000-1500 manata başa gəlirsə, Dərbənd filialından tələbələrin universitetə “perevodu” 30-35 min manat səviyyəsində müəyyənləşibsə və 15-20 fənn imtahanından biri üçün tələbə 800 manat civarında ödəməlidirsə, beynəlxaq brend olmaq bu qədər asandırmı?! Qəribəsi də odur ki, bu işlərə Damət Bağırov rəhbərlik edir. Yəqin, o zənn edir ki, ictimaiyyət bir müddət əvvəl Dərbənd filialının özünü asaraq intihar etdiyi müəlliməsi Minə xanım və onun ətrafında cərəyan edən hadisələri unudub. Hesab edirik ki, fikirlərimizi uzatmaq, bu barədə uzun-uzadı danışmaq olar. Amma qəbul edək ki, hər şeyin ictimailəşməsini gördükdən sonra Ədalət Muradov Damət Bağırovu da prorektorluqdan uzaqlaşdıracaq, sükan arxasına Eldar Azadov keçəcək. Təki, biz yanılmış olaq.
Fuad İsgəndərov
Faktinfo.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru