Anar Məmmədovun uğursuz “biznesmen oyunu” - ARAŞDIRMA
Tarix: 11-05-2016, 08:22 | Çap et
 Bir zamanlar idmanın inkişafı üçün yaradıldığı deyilən Azərbaycan Qolf Federasiyası heç də gözləntiləri doğrultmur. 2012-ci ildən bünövrəsi Anar Məmmədov tərəfindən qoyulan AQF, deyəsən, qolf üzrə peşəkar idmançı, yarışlarda iştirak etmək üçün təmsilçi yetişdirmək niyyətində deyil. Hurriyyet.org Azərbaycan Qolf Federasiyası ilə bağlı əldə etdiyi bəzi məlumatlara dayanaraq qısa araşdırma aparıb. Araşdırmamızda dünyaca məşhur olan, “biznesmenlərin oyunu” adlandırılan qolfun ölkəmizdə idmanın inkişafına heç də xidmət etmədiyi barədə məlumatlar verəcəyik.

Milli komandasız federasiya - nə ingilis, nə Azərbaycan...
İlk növbədə diqqətinizi qolf üzrə milli komanda barəsində məlumata yönləndirək. Bir idman federasiyası yığma komandasız necə fəaliyyət göstərə bilər? Bu müəmmalı suala cavab tapmağa çalışacağıq. Aldığımız məlumata görə, federasiya heç beynəlxalq turnirlərə göndərəcək qolfçu tapa bilmir ki, yığma komanda da qursun. Bu məlumatın dəqiqliyini yoxlamaq üçün isə federasiyanın saytında axtarış verdik. Saytın “Haqqımızda” bölməsində AQF Prezidenti Anar Məmmədovun avtobiqrafiaysı haqda məlumat ala bildik.Anar Məmmədovun uğursuz “biznesmen oyunu” Daha sonra əsas məqsədləri ilə tanış olduq. Həmin bölmənin AQF Qolf Strategiyası hissəsində də normal məlumatlar əladə etmək olur. Bura qədər saytın normal işlədiyi düşünülə bilər. Ancaq saytın həmin bölməsinin “Şura və Komitələr” hissəsindəki məlumatlar ingilis dilində verilib. “Oyun” bölməsinin “turnirlər” yazılan hissəsində isə dünyada keçirilən turnirlər barədə yazılıb. Burada heç Azərbaycan Qolf Federasiyasının iştirakı və iştirakçılarından danışılmayıb. Həmin bölümdəki “Obyektlər” haqda məlumat isə yenə inglis dilində və şəkillərlədir. Təbii ki, Azərbaycan dilində fəaliyyət göstərən saytda ingilis dilində məlumatlar az deyil. “Qof Akademiyası” bölümünün “üzvlük” yazılan hissəsində də federasiya və milli komanda haqda heç nə tapa bilmədik. Burada sadəcə, akademiyada ödənişli əsaslarla dərs haqda məlumat verilib.

”Əsl “biznesmen oyunu”... - idman deyil
Görünür, idmanın inkişafı üçün yaradıldığı düşünlən qurum əslində Anar Məmmədovun stress atmaq, iş söhbətləri etmək üçün bir ünvandır. Xaricdəki kimi.... Belə ki, federasiya ilə bağlı aldığımız digər məlumat isə akademiyaya ancaq federasiya rəhbərinin dostları və onların yaxınlartı təşrif buyurur. Onlar da adi vətəndaşlardan xeyli imkanlı şəxslərdir... Həmçinin akademiyaya, qolf üçün yaradılan obyektlərə əsasən məşhur şəxslərin (bura şou-biznes nümayəndələri də daxildir) ya özləri, ya da övladları üzv olur.
Düzgün təbliğ olunmadan federasiya qurdular...
Bilirik ki, qolf idmanı Azərbaycan üçün çox yad bir idman növdür. Buna görə də federasiya qurulmadan öncə Bakıda və bölgələrdə bu idmanla bağlı təbliğat aparmaq mütləq lazım idi. Məktəblərə, tədris ocaqlarına bir-iki dəfə gedib, qolf çubuğu ilə topa vurmağı göstərməkdənsə, mütəmadi dərslər keçrilməli idi. Federasiya qurulduqda isə onlar arasından bacarıqlılar seçilib yığmaya cəlb olunmalı idi. Düzdür, bir müddət - federasiya yeni-yeni yarandığı zaman məktəblərdə qolfu təbliğə başladılar. Lakin sonradan bu işin də “başını buraxdılar”.

Xatılatma...
AQF-nin prezidenti qurum yeni yarandığı zamanlarda belə bir açıqlama vermişdi: “AQF 2012-ci ilin əvvəlində yaradıldı və missiyası qolfu Azərbaycanda idman növü olaraq inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir. Bildiyiniz kimi, qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları proqramına namizədlər sırasına daxil edilib. Federasiya olaraq bizim əsas hədəflərimizdən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdir. Ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldıran idmançılar sırasında tezliklə Qolf Federasiyasının da yetirmələri olacaq və vaxt gələcək biz qolf üzrə Olimpiya qızılını ölkəmizə gətirəcəyik”.

Ancaq təəssüf ki, federasiya prezidentinin dedikləri heç də indiki durumla uyğun gəlmir...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
|