"Sığorta üç ilə yaxındır ki, bizi süründürür" - Ağsuda NARAZILIQ
Tarix: 19-12-2020, 09:33 | Çap et
 Ağsudakı mərkəzi bazardan onlarla adam ailəsinə çörək aparır. 2018-ci ilin aprelində bazarda yanğından sonra onların bir qismi bu imkanı itirib. Yanğın nəticəsində dəymiş ziyanın ödənməsindən ötrü üçüncü ildir ki, sığorta şirkəti ilə çəkişirlər.
DİA.AZ xəbər verir ki, Ağsu bazarı "AzSığorta" tərəfindən icbari şəkildə sığortalanıb. Bazarın təsisçilərindən Varis Nəzərov bildirib ki, yanğından dərhal sonra hadisə barədə sığorta şirkətinə xəbər verilib, nümayəndə gəlib yerində araşdırma aparıb. V.Nəzərovun sözlərinə görə, bina sığortalansa da, içindəki daşınar əmlak sığortalı deyildi: "Biz daşınmaz əmlak üzrə 150 min manata qədər ziyan hesablamışdıq. Amma sığorta şirkəti bu rəqəmlə razılaşmadı. Axırda 76 min ziyan saydılar".
V.Nəzərovun sözlərinə görə, həm təsisçilər, həm də bazarda işləyənlər sığorta ödənişini gözləmədən toplaşaraq, öz hesablarına yanan tikililəri bərpa ediblər. "AzSığorta" deyilən məbləği ödəməkdən imtina edib: "Dedilər ki, cəmi 15 min manat ödəniş hesablanıb. Müxtəlif dövlət orqanlarına şikayət elədik. Bundan sonra 27 min manata qaldırdılar. Ona görə məhkəməyə verdik".
Bazarda işləyənlərdən Nizam Nəhmədov bildirib ki, borc götürərək işlədiyi yeri bərpa etdiriblər: "Fikirləşdik ki, sığorta pulu ödəniləndə borcu qaytararıq. Çünki gözləmək mümkün deyildi. Oradan nə qədər adam ailəsinə çörək aparır. Evdə uşaqlara demək olmur ki, "gözləyin, sığorta şirkəti pulu verəndə bərpa eləyib işləyəcəyik". Sığorta da üç ilə yaxındır ki, bizi süründürür".
Bu mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim məhkəmənin gedişində dəymiş ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib. Ekspertlər 75 min manatlıq ziyan müəyyənləşdirib. Hakim Səbinə Nuriyeva bu məbləğin ödənilməsi barədə qərar çıxarıb.
"AzSığorta" bu qərardan narazı qalıb və apellyasiya şikayəti vermək niyyətindədir. Şirkətin nümayəndəsi məhkəmədə də bildirib ki, Ağsu bazarında yanğın baş verən hissələr (çörək və şirniyyat bişirilən hissə, mühasibatlıq, ofis və s.) sığortalı olmayıb. Şirkət təmsilçisinin sözlərinə görə, bazarın yalnız meyvə-tərəvəz satılan, talvar hissəsi sığortalanmışdı.
Bazarın təmsilçiləri isə bu arqumentlə razılaşmır: "Bir var, sadəcə əmlak, bir də var, əmlak kompleksi. Bazar əmlak kompleksidir, ora daxil olan bütün hissələr sığortalıdır. Bazarın sığortası da icbaridir. Əgər sığortalanmasaydı, o zaman inzibati qaydada məsuliyyətə cəlb olunardıq".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57 |
|
|
|
|