Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                 

"İrşad Elektroniks" müştərinin başına oyun açdı - 4090 manatlıq qalmaqal
Tarix: 5-04-2022, 08:24 | Çap et
"İrşad Elektroniks" müştərinin başına oyun açdı
Oğuz sakini Valehova Aygün Tacət qızının ailəsindən "İrşad” dükanından aldığı məhsulları qaytardıqları halda məhsulun məbləğindən 3 dəfədən çox bir məbləğ ödəmə tələb olunur.

Ailə 2021-ci ilin martın 10-da Qəbələdə yerləşən "İrşad” mağazasından 10 yaşlı oğlu üçün bir noutbuk, bir qulaqcıq, bir kompüter çantası, bir kompüter siçanı və bir ədəd də "Wi-Fi" aparatını kreditlə alıb.

Aldıqları məhsulları götürərkən imzaladıqları müqavilənin şərtlərinə əsasən, müştəriyə məhsullarla bağlı hər hansı bir narahatlıq olarsa, 14 gün müddətində məhsulu geri qaytarmaq və ya dəyişmək imkanı verilir. diaaz.space-ın məlumatına görə, musiqi müəlliməsi olan Aygün Valehova "Arqument.az"a deyib ki, "İrşad Elektroniks"dən aldıqları "Wi–Fi" aparatı Oğuz ərazisində işləməyib. Proqramçı və usta deyib ki, bu aparat Oğuz üçün uyğun deyil. "Noutbuk"un isə ekranı ağ-qara açılıb, işləməyib. Ailənin noutbuka 2 dəfə proqram yüklətməyi də bir işə yaramayıb.

Ailə 16 mart 2021-ci il tarixində 6 gün sonra vəziyyətdən dolayı şirkətə müraciət edib, məhsullar barədə məlumat verib. "Noutbuk" və "Wi-Fi" aparatını geri qaytarıb dəyişdirmək istədiklərini desələr də, şirkətin əməkdaşları razılaşmayıblar. Əlacsız qalan ailə ödəniş etməkdən imtina edib.

Aygün Valehova aldıqlarından 3 məhsul – qulaqcıq, çanta və kompüter siçanını saxlayıb qalan məhsulları qaytarsa da, onların əsas borc hissəsi 1636.2 manat azaldılmayıb, olduğu kimi saxlanılıb. Yəni müştəri hətta "İrşad"a geri qaytardığı məhsullara görə də ödəniş etmək məcburiyyətində qalıb.

Məqsəd məhsul satmaqdır, ya xarab məhsullardan gələn ziyanı günahsız vətəndaşa ödətmək?

Sənədlə tanış olan ailə etiraz edib. İlk dəfə məsələ ilə bağlı şirkətə müraciət zamanı Valehovlar ailəsi bildirib ki, məhsul xarabdır, onu dəyişdirsinlər, bir neçə yüz manat baha olsa belə olar. Əsas odur ki, məhsul yararlı olsun, boş yerə pul ödəməsinlər. Amma maraqlıdır ki, şirkət bu məsələyə laqeyd yanaşıb, ailənin bu təklifinə belə razı olmayıblar.

Onlar deyiblər ki, ailənin böyük oğlu II Qarabağ müharibəsinin qazisidir. O, narahat vəziyyətində anası ilə Qəbələdəki ofisə gedərək vəziyyəti izah edib, kömək istəyib, amma işçilər onunla kobud rəftar ediblər. O zaman belə bir sual yaranır ki, məqsəd nədir, həm suçlu, həm güclü davranışın arxasında nə durur?

Yerli olmaq qanunu pozmağa haqq verirmi?


Bir il keçən müddət ərzində şirkət ailədən heç bir ödəniş, ya da ödənişi gecikdirməmək tələbi qoymadığı halda 2-3 ay öncə şirkətin hüquqşünası ailə ilə bir dəfə əlaqə yaradıb.

Bildirib ki, onların borcu 1636,2 manat əsas borcun üzərinə gecikdirilmiş günlərə görə hesablanmış 2454 manat cərimə məbləği ilə birlikdə 4090,2 manat təşkil edir.

Əlaqə yaradan şəxs "İrşad Electronics" MMC-nin hüquq şöbəsinin müdiri İsmayıl İsmayılbəyli olub. Bir neçə gün öncə isə hüquqşünas ailə ilə əlaqə yaradaraq təkrar bildirib ki, qısa zamanda borcun hamısını ödəməlidir. O, işin məhkəmədə olduğunu deyib. Bildirib ki, əgər ödəniş etməzlərsə, borc məhkəmə qərarı ilə birbaşa müəllimə Aygün Valehovanın maaş kartına yönləndirilib ordan çıxılacaq.

Ailə etiraz edincə, hüquqşünas özünün də oğuzlu olduğunu deyərək bildirib ki, rəhbərlikdən xahiş edib fazi borcunu sildirəcək, amma nəticə dəyişməyib: "Əgər qanun qanundursa, imzalanıb, təsdiqlənib, ailəyə borc haqqında məlumat verilibsə, bəs o qanunu şirkət niyə özü pozur ki? Pozacaqdısa, qanunu niyə qoyub? Yoxsa şirkət üçün hüquqşünasın öz yerlilərinə hörmət etmək istəyi 3000 manata qədər məbləğdə şirkətin ziyana düşməsindən daha dəyərlidir? Bəlkə də, "İrşad" əslində xeyirxahlıq abidəsidir, sadə vətəndaşlar onu dəyərləndirənmir?"

Məhkəmə qərarının adı var, özü yox


Ailədən borcu tələb etsələr də, məhkəmə qərarını təqdim etməyi vacib saymırlar. Valehovlar ailəsi hüquqşünasdan məhkəmə kağızını tələb etsə də, aldıqları cavab ya "hələ kağız məhkəmədədir, iki həftə gözləyin, gələr, ya da gəlməzsə,özünüz müraciət edib məhkəmədən alarsınız" olub.

Arqument.az "İrşad Elektroniks"in Qəbələdəki ofisindən məsələyə münasibət ala bilməyib.

"İrşad Elektroniks"in baş ofisindən Murad adlı şəxs "Arqument.az"a bildirilib ki, müştəri özü baş ofisə yaxınlaşıb problemi bildirməlidir: "Son qərara görə onun götürdüyü avadanlıqlar dəyişdirilə bilər. Yaxşı olar ki, müştəri özü zəng etsin və ya ofisə yaxınlaşsın".













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru