Başından güllə yarası alan qaziyə əlillik verilmir - ÖZBAŞINALIQ!
Tarix: 26-04-2022, 08:36 | Çap et
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinin bu statuslarından məhrum edildiyinə dair dəfələrlə materiallar dərc edib. Amma indi problem İkinci Qarabağ müharibəsi zamanı yaralananlar üçün də aktuallaşır. DİA.AZ xəbər verir ki, AYNA-ya müraciət edən Vətən müharibəsi iştirakçısı Rəsul Hüseynlinin sözlərinə görə, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ayağından və başından yaralanıb: “2021-ci ildə müayinə zamanı Bakı Şəhər Səhiyyə İdarəsinin baş psixiatrı Fuad İsmayılov mənə F43.1 diaqnozu qoydu. Hərbi hospitalda isə panik ataklara görə müşahidə altında olmağım barədə arayış verdilər. Əlillik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinə müraciət etdim. Amma qurumun həkimləri mənə əlil statusu verməkdən imtina etdilər. Daim dərman almalıyam. Başım ağrıdığından işləyə bilmirəm, tez-tez huşumu itirirəm”.
Xatırlatmaq istərdik ki, F43.1 - travmasonrası stress pozğunluğu diaqnozu fərdin psixikasına super güclü mənfi təsir göstərən tək və ya təkrarlanan hadisə nəticəsində baş verən ağır psixi vəziyyətdir. Bu pozğunluq beynin, sinir sisteminin işinin pozulmasına gətirib çıxarır.
R.Hüseynlinin dediklərinə münasibət öyrənmək üçün Bakı şəhərinin keçmiş baş psixiatrı, hazırda Psixi Sağlamlıq Mərkəzinin direktoru olan Fuad İsmayılova müraciət etdik və o, faktı təsdiqlədi: “Bəli, doğrudan da mən Rəsul Quliyevə F43.1 diaqnozu qoymuşam”.
“Bu diaqnoz əlil statusunun verilməsinə səbəb ola bilərmi və bu statusundan imtina edilən Rəsul Hüseynli nə etməlidir” sualımıza F.İsmayılov belə cavab verdi: “Əlil statusunun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin qərarından asılıdır. Bu sualları Agentliyin işçilərinə ünvanlasanız, daha düz olar. Bir qayda olaraq, belə diaqnozu olan şəxslərə əmək qabiliyyətini itirdikdə əlillik verilir”.
Xatırladaq ki, R.Hüseynlinin sözlərinə görə, o, işləyə bilmir, çünki daimi baş ağrılarından əziyyət çəkir, tez-tez huşunu itirir.
Məsələ ilə bağlı ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin mətbuat katibi Tural Qurbanov AYNA-ya açıqlamasında bildirdi ki, R.Hüseynliyə əlillik verilməsindən imtina barədə qərarı qurumun həkimləri verib: “O, bizim qurumun həkimlərinin qərarı ilə razı deyilsə, bu qərardan məhkəməyə şikayət edə bilər”.
Qurumun sözçüsü Birinci Qarabağ müharibəsi iştirakçılarının əlillikdən məhrum edilməsi məsələsinə də aydınlıq gətirdi: “Əlilliyin iki növü var: daimi və müvəqqəti. Daimi əlillik, bir qayda olaraq, müharibədə əzalarını itirmiş şəxslərə verilir. Müvəqqəti əlillik sağalması mümkün olan xəsarətlər almış şəxslərə verilir. Müalicəni başa vurduqdan sonra onlar əlil statusunu itirirlər”.
“Vətən Müharibəsi Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov isə qazilərə göstərilən münasibətə heyrət edir: “Bu, dəhşətdir. Başından güllə yarası alan və Nazirlik tərəfindən əlilliyi rədd edilən II Qarabağ müharibəsi iştirakçıları mənə müraciət edirlər. Üstəlik, həmin Nazirlik artıq altmış yaşları tamam olan Birinci Qarabağ müharibəsi əlillərini də statuslarından məhrum edir. Həmin şəxslər uzun müddət işləməyib, əlil pensiyası ilə dolanıblar. İndi onların adi pensiya almaq üçün lazımi əmək stajı olmadığına görə gedəcək yerləri yoxdur”.
Tural Qurbanovdan fərqli olaraq F.Məmmədov məhkəməyə üz tutmağın Rəsul Hüseynliyə əlil statusu verilməsini təmin edəcəyinə inanmır: “İşin bütün hallarını aydınlaşdırmaq üçün məhkəmə ikinci ekspertizanı təyin etməlidir. Düşünmürəm ki, məhkəmə-tibb ekspertləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin rəyinə qarşı çıxmağa cürət etsinlər”.
Milli Məclisin üzvü Elman Məmmədov da AYNA-ya açıqlamasında R.Hüseynliyə qarşı münasibətə etiraz edib: “Ona əlillik verməkdən imtina edən həkimləri cəbhə bölgəsinə göndərərdim. Unutmaq olmaz ki, məhz Rəsul Quliyev kimi insanların sayəsində Azərbaycan 44 günlük müharibədə qalib gələ bildi. Mən Rəsul Hüseynlinin hüquqlarının müdafiəsində ona hərtərəfli köməklik göstərməyə hazıram”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
|