İqtisadiyyat.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Toğrul Xəlilov təyinat alıb.
Qeyd edək ki, T.Xəlilov beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir. O, 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Kapital Bank” ASC-də satış kanalları departamentinin direktoru vəzifəsində çalışıb.

























