Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

Ağsu Regional Qaz İstismar İdarəsi: Şəhriyar Ağayevin ŞƏXSİ BOSTANI - Bir araşdıran olsa...
Tarix: 23-09-2026, 05:02 | Çap et

Ağsu Regional Qaz İstismar İdarəsinin SƏTƏMM və keyfiyyətə nəzarət şöbəsinin rəisi Şəhriyar Ağayevin fəaliyyəti ilə bağlı redaksiyamıza bir sıra məlumat və iddialar daxil olub. Bununla bağlı "DİA-AZ""ay göndərilən məqalədə yanacaqdan istifadə, qeyri-yaşayış obyektlərinin qazlaşdırılması, işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də mümkün maraqlar toqquşması ilə bağlı məsələlərə toxunulur.

Məqalədə deyilir:

Şəhriyar Ağayevin əvvəlki əlaqələri ilə bağlı iddialar

Şəhriyar Ağayev uzun illər əvvəl İsmayıllı rayonunda yüksək vəzifədə çalışmış, hazırda sabiq polkovnik kimi tanınan bir şəxslə yaxın münasibətlərdə olub. 

Bundan başqa, onun “Azəriqaz” İB-nin əvvəlki baş direktoru Ruslan Əliyevlə də yaxın münasibətləri olub. Şəhriyar Ağayev Ağsu Regional Qaz İstismar İdarəsində çalışdığı dövrdə müəyyən vaxtlarda adı işdə ola-ola Ruslan Əliyevin Şamaxı rayonunun Çuxuryurd kəndində tikdirdiyi evdə tikinti işlərinə nəzarət edib.

Generator yanacağı ilə bağlı suallar

Əsas məsələ isə regionun daxili ehtiyacları üçün nəzərdə tutulduğu bildirilən generator yanacağı ilə bağlıdır.

Generator üçün ayrılmış dizel yanacağı müəyyən dövrlərdə “Azpetrol” yanacaqdoldurma məntəqələrindən kanistrlərə doldurularaq SOCAR-a məxsus avtomobillə Çuxuryurd kəndində yerləşən və Ruslan Əliyevə aid olduğu bildirilən evdəki generatora aparılıb.

Bu iddianın araşdırılması üçün həmin dövrdə:

  • yanacaq sərfiyyatı sənədlərinin;

  • yanacağın alınması barədə qaimə və digər sənədlərin;

  • SOCAR-a məxsus avtomobillərin hərəkət məlumatlarının;

  • generatorun istismar və texniki sənədlərinin;

  • yanacağın təyinatı və faktiki istifadə istiqamətinin

müqayisəli şəkildə yoxlanılması mümkün suallara aydınlıq gətirə bilər.

Qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə bağlı iddialar

Şəhriyar Ağayevin öz tabeçiliyində olan və rayonlarda rəhbər vəzifələrdə çalışan bəzi şəxslərlə birlikdə qeyri-yaşayış obyektlərinin qazlaşdırılması prosesinə qanunsuz müdaxilə etdiyi də məlumdur.

Bəzi qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə bağlı Şəhriyar Ağayevin adına verilmiş etibarnamələr əsasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciətlər edilib.

İşçilərin imtahanları ilə bağlı narazılıqlar

İşçilər arasında yayılan məlumatlara əsasən, bəzi şəxslərdən imtahandan keçmək müqabilində “şirinlik” adı altında pul və ya digər maddi maraq tələb edildiyi iddia olunur.

Bu proseslərin “Azəriqaz”ın mərkəzi SƏTƏM strukturlarının məlumatı və nəzarəti xaricində həyata keçirildiyi deyilir.

İddialarda Şəhriyar Ağayevin öz çevrəsində müəyyən ifadələr işlətməsi və yoxlamaya gələn şəxslərlə bağlı şəxsi imkanlarından istifadə etməsi barədə də məlumatlar yer alır. 

Məsələnin xüsusilə əhəmiyyətli tərəfi ondan ibarətdir ki, qaz təsərrüfatında çalışan işçilərin peşə hazırlığının obyektiv qiymətləndirilməsi birbaşa təhlükəsizlik məsələsidir. Buna görə də imtahan protokollarının, komissiya tərkibinin, iştirakçı siyahılarının, qiymətləndirmə meyarlarının və nəticələrin araşdırılması mühüm görünür.

Cülyan kəndindəki A-frame evləri ilə bağlı suallar

 Şəhriyar Ağayevin İsmayıllı rayonunun Cülyan kəndində turistlərin istirahəti üçün nəzərdə tutulduğu bildirilən bir neçə A-frame tipli evlə əlaqəsinin olduğu da məlumdur.

Bu obyektlərin onun və ya onunla əlaqəli şəxslərin mülkiyyətində və ya istifadəsində olub-olmaması, habelə onların əldə edilmə və maliyyələşmə mənbələri barədə məlumatların araşdırılması mümkün maraq toqquşması məsələlərinə aydınlıq gətirə bilər.

Bu evlərin hansı pulla tikildiyini müəyyən etmək çətin deyil. Həm də hüquq mühafizə orqanları üçün.. 

Qaz xətlərinin mühafizə zolaqları ilə bağlı yeni iddialar

 Şəhriyar Ağayev İsmayıllı, Ucar və Kürdəmir rayonlarında qaz xətlərinin mühafizə zolaqları ilə bağlı qeyri-rəsmi ödənişlərin yığılması prosesinə də nəzarət edir.

Mühafizə zolağında yerləşən qeyri-yaşayış obyektlərindən aylıq xərac alınır.

Bu iddiaların təsdiqi üçün konkret müraciətlərin, obyektlərin sənədlərinin, ödənişlərin, yazışmaların və digər sübutların araşdırılması zəruri görünür.

Kimlərlə əlaqələrə güvənildiyi iddia olunur?

Məlumatlarda sözügedən fəaliyyətlərin əvvəlki dövrdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevlə münasibətlərə, hazırkı dövrdə isə SOCAR-ın SƏTƏMM strukturunda rəhbər vəzifədə çalışan Nərman adlı şəxslə qohumluq əlaqələrinə güvənməklə həyata keçirildiyi barədə də iddialar səsləndirilir.

Həmçinin Şəhriyar Ağayevin öz ətrafında “mənə heç kim heç nə edə bilməz” və “hamı bilir ki, mən kimin adamıyam” məzmununda ifadələr işlətdiyi bildirilir.

Araşdırılmalı əsas suallar

Yuxarıda qeyd olunan məlumatların fonunda aşağıdakı məsələlərin aidiyyəti qurumlar tərəfindən araşdırılması məqsədəuyğun görünür:

  1. Vəzifəli şəxslər arasında mümkün maraqlar toqquşmasının və qohumluq əlaqələrinin xidməti qərarlara təsiri olubmu?

  2. Generator üçün ayrılmış dizel yanacağının faktiki sərfiyyatı və təyinatı necə olub?

  3. Yanacağın alınması ilə bağlı sənədlər və avtomobillərin hərəkət məlumatları mövcuddurmu?

  4. Qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə bağlı verilmiş etibarnamələr və müraciətlər kimlər tərəfindən həyata keçirilib?

  5. Həmin obyektlərin qazlaşdırılması ilə bağlı verilmiş göstərişlər qanunvericiliyə və daxili prosedurlara uyğun olubmu?

  6. Şəhriyar Ağayevin həmin proseslərdə konkret rolu nə olub?

  7. Fəhlələrin illik bilik və bacarıqlarının yoxlanılması imtahanları hansı qaydada keçirilib?

  8. İmtahanlarda hər hansı maddi maraq qarşılığında qiymətləndirmə aparılması barədə iddialar əsaslıdırmı?

  9. İmtahan protokolları, komissiya tərkibi və nəticələr obyektiv araşdırılıb?

  10. Cülyan kəndində olduğu bildirilən A-frame evlərinin Şəhriyar Ağayev və ya onunla əlaqəli şəxslərlə hüquqi və faktiki əlaqəsi varmı?

  11. Bu obyektlərlə bağlı maliyyə mənbələri və mümkün kommersiya fəaliyyəti qanunvericiliyə uyğundurmu?

  12. İsmayıllı, Ucar və Kürdəmir rayonlarında qaz xətlərinin mühafizə zolaqları ilə bağlı qeyri-rəsmi ödəniş tələb edilməsi barədə iddiaların hər hansı sübutu varmı?

Suallr açıqdır. Qarşı tərəf cavab verməzsə, nəhayətdə bu suallar hüquq mühafizə orqanları üçün də maraq kəsb edə bilər...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru