ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                 

“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”
Tarix: 17-12-2020, 08:48 | Çap et
“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”
Müharibələr hər zaman millətçiliyi digər ideologiyalar qarşısında gücləndirir. 44 günlük Vətən müharibəsi də bu baxımdan fərqlənmədi. Belə ki, indi ölkədə millətçilik daha populyarlıq qazanıb və başqa ideoloji cərəyanları üstələməkdədir. Lakin bunun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki sosial problemlər dərinləşəndə sol ideyalar aktuallaşır, dünyəvi azadlıqlara geniş meydan verilməsi gündəmə gələndə liberallar fəallaşır, cəmiyyətdə gərginlik yarananda, əyriliklər artanda dini meyillər, müxtəlif cərəyanlar aktivləşir.

Azərbaycanlıları isə bir ideya ətrafında birləşdirmək mümkündürsə, bu da milli məsələlərdə alınır. Heç bir kənar təsir, təşviqat və ideoloji təbliğatlar milləti öz orbitinə toplaya bilmir. Ancaq milli proseslər baş verəndə, ölkədə taleyüklü hadisələr ortaya çıxanda xalq yumruq kimi vətənpərvərlik ideyasına sarılaraq birləşir.

Biz general, Milli Qəhrəman Polad Həşimovun və digər hərbçilərimizin Tovuz döyüşlərində şəhid olmasından sonra Şəhidlər Xiyabanı qarşısında yığışmasını misal gətirə bilərik. Spontan şəkildə baş verən yürüş xalqın milli ideyaya söykənməsindən xəbər verirdi. Bizi Qərbdən, İrandan, ABŞ-dan gələn hansısa cərəyanlar, ideyalar külli hal şəklində vəhdətə çevirə bilmir. Bu, illərin sınağı və təcrübəsidir.

Vətən müharibəsinin getdiyi günlərdə və sonrakı dövrdə də biz yad ideolojilərin xalq tərəfindən mənimsənilmədiyinə şahid olduq.

Azərbaycanlıları talışı, ləzgisi, avarı, tatı, rusu ilə bir yerdə yalnız vətənpərvərlik, milli heysiyyət cəm halına gətirib çıxara bilir. Bu mənada qeyri-ənənəvi hərəkatlar, çağırışlar qələbədən sonra sönməyə, tənəzzül etməyə başlamaqdadır. Cəmiyyətin bu əhvalı hakimiyyətə daha çox sərf edir. Vətən və millət faktoru ilə vətəndaşları xarici təhlükəyə qarşı daha sürətli, keyfiyyətli təşkilatlandıra bilir. Azərbaycan xalqının təməli əslində daha çox vətənpərvərlikdir, milli maraqların qorunmasıdır. Ona görə hər hansı xarici projelər ölkəyə idxal olunanda millət ordu kimi təşkilatlanır, dövlətin başında dayanan şəxsə maksimum səviyyədə dəstəyini verir.

Bu mövzuda fikirlərini bizimlə bölüşən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayevin “Yeni Müsavat”a bildirdiyinə görə, vaxtilə yaxşı və pis millətlər müzakirəsi gedirdi. “Vaxt vardı ki, hansısa millət guya yaxşıdır, biz isə eləyik - beləyik və sair. Halbuki, bu fikirləri qəbul etmirdim. Bəli, bizdə vətənpərvərlik hissləri güclüdür, xalqı bu hiss birləşdirə bilir, amma bunun adına millətçilik demək olmaz. Vətənpərvərlik millətçilikdən ayrılır. Sadəcə, nə yaxşı bizdə kommunist, solçu ideyalar geniş yayılmayıb. Ruslardan fərqli olaraq, azərbaycanlılarda varlılara paxıllıq olmayıb” - deyə, A.Salayev bildirib.

Rejissorun fikrincə, hazırda Qərbin ideyaları da ənənəvi Avropa təfəkküründən qopmaqdadır. A.Salayev hesab edir ki, azərbaycanlılar həmin cərəyanları özünə yaxın buraxmır, amma mədəniyyətdə və gənclər sektorunda iş davam edir: “Qərbin bugünkü ideyalarının adını tapmaq lazımdır. Çünki son vaxtlar Avropa dəyərləri kökündən dəyişib. Qərbin ənənəvi təfəkkürünün, Avropa mədəniyyətinin yaratdığı təfəkkür tamamilə dəyişib. İndi başqa dünyadır və məni kimi Avropanı sevən adamın Qərblə bağlı fikirləri artıq dəyişməkdədir. Ona görə ki bu günün Avropa dəyərlərini qəbul etmək istəmirəm”.

A.Salayevin sözlərinə görə, həmin ideologiyaları bizi millət kimi zəiflətmək məqsədi daşıyır: “Bura pasifizm, feminizm, LGTB mövzuları daxildir. Elə müharibə getdiyi vaxtlarda tez-tez pasifist çağırışları yada salaq. Pasifizm odur ki, müqavimət göstərmirsən və yavaş-yavaş məhv olursan. Dünyada əksəriyyət istəyərdi ki, müharibə olmasın, Azərbaycan Qarabağdakı vəziyyətlə barışsın. Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi. Amma alınmadı. Ona görə Vətən müharibəsi son dərəcədə böyük hadisə idi. İlk növbədə başqa ölkələr bir yana, özümüz haqda təsəvvürlərimiz dəyişdi. Artıq bu milləti hansısa barışığa sürükləmək, təslimiyyətə razılaşdırmaq öz işinə getdi. Sözsüz ki, həmin xarici ideologiyalar dediyimiz incəsənət, mədəniyyət, cavanlar arasında bir hərəkat kimi davam edəcək. Əslində isə ənənəvi Avropa təfəkkürü müqavimət göstərməkdir. Məsələn, ”Hamlet" vəziyyətlə barışmır. Düzdür, məhv olur, amma barışmır. Bizə vəziyyətlə barışmağı təlqin edirdilər. Amma bu qələbə və Qarabağ bir simvol oldu".

Həmsöhbətimiz torpağın səsinin hər hansı ideyalardan yüksək olduğunu düşünür: “Hətta torpağın səsi ölüm qorxusundan da yüksək oldu. Ona görə bu günün şəhidləri tam fərqlidir. Tamamilə başqa şəhidlikdir. Məsələn, 20 Yanvar şəhidlərindən fərqlənir. O səbəbdən hər şey dəyişməlidir. Əgər mədəniyyəti dəyişdirən təfəkkür dəyişibsə, mədəniyyət də dəyişməli olacaq”.

Kinorejissor deyir ki, müharibədə qələbə xalqın dünya tarixində mövqeyini dəyişdi: “Yadınızdadırsa, müharibə gedən günlərdə suriyalı muzdlular mövzusunu ortalığa atmışdılar. Bu cəfəngiyyat ona görə idi ki, guya millət döyüşə bilmir, yerimizə döyüşməyə gələnlər var. Amma başa düşmürdülər ki, muzdlular heç vaxt müharibəni uda bilməz. Bu müharibə tarixi bir millət olduğumuzu göstərdi. Xalqlar iki cür olur - aparan və aparılan. Biz aparan xalq olduq. Dünya tarixini formalaşdıran xalqa çevrildik. Bundan sonra yük mədəniyyətin, incəsənətin üzərinə düşür”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Dünən, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Dünən, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Dünən, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Dünən, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Dünən, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Dünən, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Dünən, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Dünən, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Dünən, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Dünən, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Dünən, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Dünən, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Dünən, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Dünən, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Dünən, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Dünən, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Dünən, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Dünən, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Dünən, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Dünən, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Dünən, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Dünən, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Dünən, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Dünən, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Dünən, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Dünən, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Dünən, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Dünən, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru