"Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                 

TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Tarix: Bu gün, 17:04 | Çap et

TRIPP nəqliyyat layihəsində Rusiyaya pay verilə biləcəyi ilə bağlı ehtimallar müzakirə olunur. “Sputnik Ermənistan”ın məlumatında bu ehtimal İranın regional mövqeyi və Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklərlə əlaqələndirilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın layihəyə dəvət almadığını, lakin regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bildirib.

Bəs, Rusiyanın layihədə mümkün iştirakı ABŞ-la Ermənistan arasında əldə olunmuş razılaşmanın şərtlərinə və Cənubi Qafqazda nəqliyyat marşrutlarına nəzarət məsələsinə necə təsir edə bilər?

Bu ehtimal Azərbaycanın Naxçıvanla maneəsiz nəqliyyat bağlantısının təmin olunması baxımından hansı nəticələr doğura bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Amid Əliyev açıqlama verib.

Politoloq bildirib ki, Ermənistanın TRIPP layihəsində Rusiyaya pay verə biləcəyi ilə bağlı ehtimallar, ilk növbədə, Cənubi Qafqazda geosiyasi rəqabətin və nəqliyyat marşrutlarına nəzarət uğrunda mübarizənin yeni mərhələyə keçdiyini göstərir:

"Bu məsələni yalnız iqtisadi əməkdaşlıq və ya infrastruktur layihəsi çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Çünki TRIPP ABŞ-ın regionda strateji mövqelərini gücləndirmək, Ermənistanın tranzit imkanlarını genişləndirmək və Mərkəzi Asiyanı Qərb bazarları ilə birləşdirən alternativ nəqliyyat əlaqələrini inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Rusiya isə Cənubi Qafqazda ənənəvi təsir imkanlarını qorumağa və yeni formalaşan nəqliyyat arxitekturasından kənarda qalmamağa çalışır. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiyanın TRIPP layihəsində iştirakı ilə bağlı ehtimallar hələlik rəsmi razılaşma kimi təqdim edilməməlidir.

Belə bir addımın atılması ABŞ-la Ermənistan arasında əldə edilmiş razılaşmanın şərtlərinə və layihənin ilkin idarəetmə modelinə təsir göstərə bilər. Burada əsas məsələ Rusiyanın layihədə formal olaraq pay sahibi olması deyil, onun hansı hüquqi statusla iştirak edəcəyi, idarəetmə və təhlükəsizlik mexanizmlərində hansı səlahiyyətlər əldə edəcəyi və tranzit proseslərinə nə dərəcədə təsir göstərə biləcəyidir.

Əgər Rusiyaya yalnız kommersiya və ya texniki iştirak imkanları verilərsə, bu, layihənin fəaliyyətinə mütləq şəkildə mane olmayacaq. Lakin Moskva marşrutun idarə edilməsində, sərhəd prosedurlarında və tranzit qərarlarında həlledici mövqe əldə edərsə, bu, ABŞ-ın layihə vasitəsilə yaratmaq istədiyi yeni regional əməkdaşlıq modelinin dəyişməsinə səbəb ola bilər.

Ermənistan baxımından belə bir seçim müəyyən mənada çoxvektorlu siyasət yürütmək cəhdi kimi qiymətləndirilə bilər. İrəvan bir tərəfdən ABŞ və Qərblə iqtisadi-siyasi əməkdaşlığını dərinləşdirmək, digər tərəfdən isə Rusiya ilə münasibətlərdə mövcud əlaqələri tamamilə itirməmək istəyir".

Amid Əliyev vurğulayıb ki, bununla belə, iki rəqib güc mərkəzinin maraqlarını eyni layihə çərçivəsində uzlaşdırmaq Ermənistan üçün ciddi siyasi və hüquqi çətinliklər yarada bilər:

"Xüsusilə də Rusiyanın iştirakı mövcud razılaşmanın mülkiyyət, idarəetmə və təhlükəsizlik şərtlərinin dəyişdirilməsini tələb edərsə, ABŞ-la əlavə danışıqların aparılması zərurəti yarana bilər. Buna görə də Rusiyaya pay verilməsi ehtimalını avtomatik olaraq razılaşmanın pozulması kimi qiymətləndirmək doğru deyil, lakin bu addımın layihənin ilkin strateji məqsədlərinə uyğunluğu ciddi suallar doğura bilər.

Azərbaycan üçün isə məsələnin ən mühüm tərəfi ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz və etibarlı nəqliyyat bağlantısının təmin edilməsidir. Bakının marağı yalnız yeni yolun və ya dəmir yolu xəttinin çəkilməsi ilə məhdudlaşmır. Əsas məqsəd tranzitin davamlılığının, təhlükəsizliyinin və proqnozlaşdırıla bilən qaydalar əsasında həyata keçirilməsinin təmin olunmasıdır.

Rusiyanın mümkün iştirakı bu baxımdan həm müəyyən imkanlar, həm də risklər yarada bilər. Moskva regional dəmir yolu şəbəkələrinin əlaqələndirilməsinə və logistika imkanlarının genişləndirilməsinə töhfə verərsə, bu, iqtisadi baxımdan faydalı ola bilər.

Ancaq Rusiyanın marşrut üzərində əlavə siyasi və ya inzibati təsir imkanları qazanması tranzitin gələcəkdə geosiyasi təzyiq alətinə çevrilməsi riskini də artıra bilər. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Naxçıvanla bağlantısının təmin edilməsi Ermənistanın suverenliyi ilə ziddiyyət təşkil etməli deyil.

Ermənistanın öz ərazisində gömrük, sərhəd və hüquq-mühafizə səlahiyyətlərini saxlaması ilə Azərbaycanın maneəsiz tranzit imkanlarının təmin olunması hüquqi və texniki mexanizmlər vasitəsilə uzlaşdırıla bilər.

Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, tranzit qaydalarının əvvəlcədən müəyyənləşdirilməsi, nəqliyyat vasitələrinin hərəkətinə süni maneələrin yaradılmaması və tərəflərin öhdəliklərinə əməl etməsinə imkan verən şəffaf mexanizmlərin qurulması vacibdir.

Əsas məsələ hansı dövlətin layihədə iştirak etməsindən daha çox, heç bir tərəfin tranzit imkanlarını birtərəfli qaydada məhdudlaşdırmaq səlahiyyəti əldə etməməsidir.

Ümumilikdə, TRIPP ətrafında müzakirələr Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının artıq yalnız iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyət daşıdığını göstərir.

ABŞ regionda alternativ bağlantıları inkişaf etdirməyə, Rusiya ənənəvi təsir imkanlarını qorumağa, Ermənistan isə bu rəqabət şəraitində öz manevr imkanlarını genişləndirməyə çalışır. Azərbaycan üçün isə əsas prioritet regional rəqabətin nəticəsindən asılı olmayaraq, Naxçıvanla etibarlı və maneəsiz bağlantının təmin edilməsidir.

Buna görə də Azərbaycanın əsas diqqəti layihədə iştirakçıların sayına deyil, maneəsiz tranzitin hüquqi təminatlarına, marşrutun davamlı fəaliyyətinə və regional nəqliyyat əlaqələrinin heç bir dövlətin siyasi təzyiq alətinə çevrilməməsinə yönəlməlidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Bu gün, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru