Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                 

Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Tarix: Bu gün, 14:25 | Çap et

Hər il oktyabrın 20-də Zəngilan şəhəri günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edilib və Zəngilan üçün bu gün 2020-ci il oktyabrın 20-si seçilib. Məhz həmin gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini düşmən tapdağından azad edib.
Zəngilan Azərbaycanın cənub-qərbində, dağətəyi zonada yerləşir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən keçir. Torpağı da zəngindir: tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı yataqları var. Tarixi irsi də az deyil. İmam Hüseyn məscidi, Şərifan abidələri, orta əsr sərdabələri, Bartaz Qız qalası, Tağlı körpüsü və onlarla ziyarətgah bu diyarın qədim keçmişindən xəbər verir. Təəssüf ki, işğal illərində bu abidələrin xeyli hissəsi dağıdılıb.
1993-cü ilin payızında Füzuli və Cəbrayıl işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirədə vuruşdular. Oktyabrın 25-29-da rayon əhalisi 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi, İran ərazisi ilə Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Qaçqınlıq illəri uzun sürdü, amma insanlar doğma yurdu heç vaxt unutmadılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində qazanılan qələbələr Silahlı Qüvvələrimizin Zəngilanın inzibati sərhədlərinə çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi əməliyyatı başladı, iki gün sonra isə Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, həmçinin Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Döyüşlər nəticəsində şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa olundu. Döyüşlərdə şəxsi igidlik göstərmiş 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Mən inanıram ki, bu qələbə təkcə torpaqların geri qaytarılması deyil, həm də xalqımızın iradəsinin, birliyinin və ədalət duyğusunun təntənəsidir. Azad olunan hər kənd, hər qarış torpaq şəhidlərimizin qanı bahasına əldə edilib.
Bu gün Zəngilan “Böyük Qayıdış” proqramının ən gözəl nümunələrindən biridir. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, şəhərdə 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində 179 ailə artıq doğma yurda qayıdıb. Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biri sayılır. Orada enerji Həkəri çayı üzərindəki Arximed tipli su elektrik stansiyasından və günəş panellərindən alınır, evlər istiliyi saxlayan termobloklarla tikilib, sürətli internet, tele-səhiyyə və e-təhsil xidmətləri var. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” mərkəzləri fəaliyyət göstərir. İlk sakinlər 2022-ci ilin may ayında köçüb.
Şəhərin özü də yenidən qurulur. 2023-cü ildə Nazirlər Kabineti Zəngilanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edib. 2026-cı il mayın 10-da şəhərdə 104 mənzilli ilk yaşayış kompleksi istifadəyə verilib. İşğal dövründə tövlə kimi istifadə olunmuş tarixi məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib, yanında isə iki minarəli yeni məscid tikilib.
Zəngilan həm də mühüm nəqliyyat qovşağına çevrilir. Beynəlxalq Hava Limanı ağır yük təyyarələrini də qəbul edir, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun birinci mərhələsinin böyük hissəsi tamamlanıb, 126,3 kilometrlik avtomobil yolunun isə 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Turizm və kənd təsərrüfatı sahəsində də işlər gedir: Ağalı hoteli fəaliyyətdədir, “Zangilan City Park Hotel”in təməli qoyulub, Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” isə tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək.
Əminik ki, bir neçə ildən sonra Zəngilan Azərbaycanın ən abad və gözəl guşələrindən birinə çevriləcək.
Prezident İlham Əliyevin 2020-ci ildən bəri Zəngilana çoxsaylı səfərləri bu bölgənin bərpasının dövlət siyasətinin prioriteti olduğunu göstərir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, sakinlər doğma yurda qayıdır. 20 oktyabr Zəngilan şəhəri günü həm tarixi xatirəni yaşadır, həm də bu torpaqda başlanmış yeni inkişaf mərhələsini simvolizə edir.

Rasif Dünyamalıyev
Şəhid Abduləzimli Emilin atası, Abşeron rayon sakini

"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru