
"Bakı Metropoliteni" QSC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Könül Hüseynova "Bakı Metropoliteni" QSC-də Bölmə rəisi vəzifəsinə təyin olunub.
O, bu təyinata qədər 4 saylı Bakı DOST Mərkəzində sektor müdiri işləyib. Ümumilikdə isə K. Hüseynova 2020-ci ildən DOST Agentliyində çalışıb.























