Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                     "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." .....                 

"Bu problemlə tək biz yox, bütün dünya mübarizə aparır"
Tarix: 18-01-2021, 08:49 | Çap et
"Bu problemlə tək biz yox, bütün dünya mübarizə aparır"
Əməkdar artist, sevilən müğənni Könül Kərimova Moderator.az-ın suallarını cavablandırıb.

- Könül xanım, öncə istərdim şəhidlərə həsr etdiyiniz yeni mahnı və klipinizdən danışaq. Mən bu klipi və mahnını izləmişəm, həqiqətən də çox fərqli bir iş ərsəyə gətirmisiz.

- Bu mahnı 1992-ci il vətən müharibəsi illərində qələmə alınıb və həmin ildəki müharibəyə, daha dəqiq desək bir şəhidə həsr olunub. Mahnının musiqisi bəstəkar-müğənni Cabbar Musayevə, sözləri isə Şəmkir elindən olan, çox savadlı və seçilən jurnalist Şahin Nəcəfovundur. Bu mahnını o illərdə də sevə-sevə oxuyurdum, həqiqətən də mənə çox təsir edirdi. Hər dəfə səsləndirəndə sanki o hadisələr göz önümdən keçirdi. O illərdən bəri unutmamışdım.. İçimdən gəldi, hazırlayıb klip çəkdirdim. Rejissorumuz Xəyal mənim nə istədiyimi o dəqiqə anladı və biz klipi Bakıdakı uçuq-sökük bir evdə lentə alıb, həmin səhnəni yaratdıq. Belə hiss etdim ki, biz hardasa o vəziyyəti yarada bildik. Bu işdən çox razı qaldım, yəqin ki, siz də bəyənmisiz..

- Könül xanım, karantin günlərinizi necə keçirirsiz?

- Karantini hamı kimi normal qaydada keçirirəm, artıq alışmışıq. Bir az işsizliyə alışmaq çətindir. Eyni həyat tərzi bəzən biz sənətçilərə çox əziyyət verir, insan sıxılır. Neyləməliyik? Bu problemlə tək biz yox, bütün dünya mübarizə aparır. Bir-birimizə baxıb səbrlə, təmkinlə, dəstək olaraq bu karantin günlərini keçiririk. İnanıram ki, qısa zaman ərzində bu bəladan canımız qurtaracaq.

- Bir çox müğənnilər karantində toyların olmamasından şikayətlənirlər. Bu onların maddi vəziyyətinin də aşağı düşməsinə səbəb olub. Bəs sizdə vəziyyət necədir?

- Mən pandemiya dövründə yaxşı bir xasiyyətimi kəşf etdim. Heç vaxt bu gün üçün yaşayan insan olmamışam. Heç vaxt deməmişəm ki, bu gün var, sabah Allah kərim. Xeyr, qətiyyən! Mən sabahı, o biri günü, bir o biri günü, 5 gün sonranı, 1 ay sonranı düşünüb, fikirləşib, bu düşüncəmə görə hərəkət edib, addım atmışam. Düşünmüşəm ki, hansısa bir işin arxasınca getmək olar ya olmaz? Hətta mətbəximdə belə sabahkı yeməyin nə olacağını soruşub, həmin yeməyi hazırlamışam. Hər mövzuda mənim üçün öncə sabahdır. Ona görə bu xasiyyətim mənə böyük kömək və dayaq olur. Ehtiyyatımı heç vaxt əldən vermirəm, çünki sabah olmadı elə, oldu belə! Mən büdrəməyim, yıxılmayım, ayaqda durmağı bacarım. Yaxşı ki, bu xasiyyət məndə var, yoxsa mən də bir çoxları kimi əziyyət çəkərdim.

- Könül xanım, oğlunuz da bu sahədədir. Zaman-zaman yeni mahnılarını eşidirik və sizinlə birgə verilişlərə çıxır. Ona necə dəstək olursuz?

- Oğlumun bu sənətə o qədər də böyük həvəsi yoxdur. Bəzən mənə elə gəlir ki, onu məcbur edirəm. O bu sənətə xobbi kimi baxır. Mən ona demişəm ki, Rəşad, həvəsin olanda birgə çıxarıq verilişlərə.. Bu günlərdə hansı verilişə getdimsə məndən xahiş etdilər ki, onu da özümlə gətirim. Oğluma dedim, dedi ki, yox ana, həvəsim yoxdur. Heç məcbur da etmədim. Onun bu sənətin dərinliyinə getmək fikri də yoxdur. Ürəyi istəyəndə oxuyacaq, ürəyi istəməyəndə yox.

- Verilişlərdən birində qaynananız demişdi ki, ona çox dəstək olmuşam, hətta deyirdim ki, mətbəxdən çıx, get sənətinlə məşğul ol. Maraqlıdır, Könül xanım gələcəkdə özü necə qaynana olmaq istəyir?

- Əlbəttə ki, onu gəlin yox, ikinci qızım kimi biləcəm. Sözün düzü mən hal-hazırda heçnə deyə bilmirəm. Bunu zaman göstərəcək. İstəyərəm ki, hər şey yaxşı olsun. Gəlin gəlir ailənin qızı, mənim övladım olmağa. Bunu zamana buraxaq.

- Siz tamaşaçılarınıza, izləyicilərinizə hər zaman hörmətlə yanaşan birisiz. Heç vaxt qarşıma çıxmayıb ki, tamaşaçılarınızla nəsə probleminiz olsun. Amma son günlərdə etdirdiyiniz fotosessiyadan sonra onlarla aranızda kiçik anlaşılmazlıq yarandı. Təbii ki, hamısı ilə deyil. Sizi bu dərəcədə nə özünüzdən çıxardı?

- Siz bilirsiz ki, mən qalmaqaldan, dedi-qodudan uzaq biriyəm. Yoruluram bunlardan. Heç sevmədiyim bir şeydir. Sakit, səssiz, qulağı dinc olmaq mənə daha xoşdur. Səs-küylü həyat tərzini də sevmirəm. Sadəcə bəzən elə şeylər olur ki, insanı özündən çıxarırlar. Çünki bu rəylərin içərisində həqiqətə uyğun bircə dənə də söz yazılmır.. Bir şəkildir yükləyirəm instaqrama. Maşallah telefonlarda hər cür proqramlar var. Bəzən istəyirsən ki, çəkdirdiyin fotoya rəng qatasan. Adi bir vətəndaş fotostudiyada gedib şəkil çəkdirəndə fotoqraf o şəkilin üzərində rəngləri işləyir, müəyyən qüsurları aradan qaldırır və sonra onu müştərisinə təqdim edir. Burda qeyri-adi bir şey yoxdur ki! Əgər şəkillərimə yazılsaydı ki, proqramla üzərində çox işlənilib, hirslənməyə əsasım olmazdı.. O fotolarımın altından bir rəy tapa bilmədim ki, həqiqətə uyğun olsun. Açıqlamaq istəmirəm. Bunu yaxşı bilirsiz ki, işimi-gücümü atıb bir-bir kiməsə rəy yazan deyiləm. Köməkçilərim mənim icazəmi alıb, müəyyən izləyicilərə orada cavab yazdılar. İnsan susanda elə bilirlər ki, onlar deyəndir. Bəzən insanın səbr kasası dolur və cavab vermək məcburiyyətində qalırsan. Mən hiss etdim ki, bu adi izləyici rəyi deyil. Bir-iki xəstə var, onlar qrup şəkilində saxta profillərlə yazmağa başlayırlar. Elə ona görə də biz bilərəkdən həmin insanlara o cavabları verdik və sözümüzü dedik. Peşiman da deyiləm, mənə elə gəlir ki, yerli-yerində onlara cavablar yazmışıq. İnsanlarla bəzən öz başa düşəcəkləri dildə danışmaq lazımdır. Bu çox vacibdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru