“Hospitalda qazilərdən rüşvət tələb olunur, niyə durumu bu həddə çatdırırsınız?” - ETİRAZ
Tarix: 5-05-2021, 12:50 | Çap et
 “Bir sıra hallarda qazilərə əlillik dərəcələri faktiki durumlarına uyğun təyin edilmir”.
Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış fitnes məşqçisi Kamil Zeynallı deyib. Davamlı olaraq qazilərlə bağlı sosial şəbəkələrdə paylaşımlar edən, onların problemlərini ictimailəşdirən Zeynallının sözlərinə görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qazilərə əlillik dərəcəsinin yazılması üçün onlardan rüşvət tələb olunur:
“Qazilərimiz təkcə İcra hakimiyyətlərindən, məmurlardan gileylənmirlər, həm də Silahlı Qüvvələrin Baş Klinik Hospitalından (“Papanin” hospitalı) da şikayətlənirlər. Hospitaldan çox şikayət edirlər, yaralı uşaqlardır, dərmanlar yazırlar, kasıbdırlar, hardan alsınlar? Rayondan qazilər gəlirlər hospitala bir sənədə görə onları geri qaytarırlar, deyirlər ki, filan sənəd düzgün deyil, qayıt, get gətir.
Bu adam əsası ilə Bakıya güclə gəlib çıxıb, təsəvvür edin, təzədən rayona qayıdır Hərbi Hissədən bir sənəd götürür və yenidən Bakıya – hospitala qayıtmalı olur. Bu sənədi guya hospitalda faksla ala bilməzlər?! Bu gün hər şey internetlədi, texnologiya əsrində yaşayırıq. Niyə bu uşaqları incidirlər axı?!
Qazilərin çoxu mənə zəng edib deyir ki, “Kamil, bizə əlillik vermək üçün pul istəyirlər”. Mən dövlətin adına görə hər şeyi açıqlayıb demək istəmirəm. Balamın əziz canına and olsun ki, qaziyə əlillik dərəcəsi vermək üçün pul istəyirlər. Çoxsu gəlir, Bakıda qalmağa yerləri olmur, üç manatlıq otellər var, orada qalırlar. Bəzilərini gətirirəm iş yerimə - idman zalına orada otaqlarda gecələyirlər. Orda yatızdırıb, yeməklərini verirəm, sabahsı günü ciblərinə pul qoyub rayonlarına yola salıram...”
Qazilərə qarşı diqqətsizliyə görə bəzi qurumları günahlandıran Kamil Prezident İlham Əliyevin tapşırıqlarına düzgün əməl olunmadığını vurğulayıb:
“Problemlər çoxdur, hər şeyi açıb demək olmur. Allah ölkə başçısının canını sağ eləsin, hər şəraiti yaradıb ki, dövlət qurumları qazilərin problemlərini həll etsinlər, şikayətlərinə baxsınlar. Vallah, baxmırlar, diqqətsiz yanaşır, başdan-sovdu edirlər. Onlara kömək etmək lazımdır.
Evdə qaz pulu, işıq pulunu ödəyə bilmirlər, çox vaxt gəlib kəsirlər. Evlərinə bazarlıq edə bilmirlər, əvvəl bir oğul evə baxırdısa, indi baxa bilmir, əlildir, yerində yatır. Onlara aylıq pul vermək lazımdır. “YAŞAT” fondu bunu nəzərə almalıdır. Hər rayonda qazilərimiz üçün 3-4 işçi olmalıdır, hər rayonda 30-40 market var, İcra Hakimiyyəti tapşırmalıdır ki, hər market bir şəhid ailəsi, bir qazini öz boynuna götürsün, ayda bir dəfə bazarlıqlarını versin. Tapşırılmalıdır ki, bir il müddətində sağalana kimi kommunal xərclərdən azad olunsun”.
İdmançı bildirib ki, müharibədən sonra normal həyat şərtləri altında yaşamaq hər kəsdən daha artıq qazilərin haqqıdır və dövlət qurumları bu məsələdə diqqətli olmalıdır:
“Allaha and olsun ki, döyüş bitəndən bəri etdiyim yardımların 90 faizi öz cibimdən idi. Etmirlər, baxmırlar! Bu da dövlətin adına ləkə gətirir. Bəzi məmurlara görə niyə mənim dövlətimə ləkə gəlməlidir?! Görün, vəziyyəti nə yerə çatdırıblar ki, qazi ölkə başçısına səslənib deyir ki, “Sən mənə niyə baxmırsan?!”. Ölkə başçısına “sən” deyə müraciət edərlərmi? Niyə vəziyyət bu yerə çatıb? Bunu məmurlar və bəzi qurumlar edib. Niyə durumu bu həddə çatdırırsınız?!
Bütün günü qazilərləyəm, ondan-bundan xahiş edirəm, yardım etməyə çalışıram. Dünən bir dostum deyir ki, mən üç qaziyə kömək edərəm, bir il müddətində hər ay 350 manat verərəm. Bu bir ildə 12 min manat edir. Hər kəsdən kömək istəyirəm, özüm də bacardığım qədər gücüm çatan məbləğdə kömək etməyə çalışıram. İndiyə kimi 4-5 qazi olub ki, özlərinə qəsd etmək istəyib. Mən qoymamışam, qarşılarını kəsib demişəm ki, qurban olum, kömək edəcəyəm, özünü öldürmə. Çünki istəməmişəm söhbət böyüsün, içimizdə müxalif düşmənlər, dövləti sevməyənlər, ermənilər var. İstəmişəm ki, onları sevindirməyək”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
|