Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                 

"Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim..." - Koronovirusa yoluxan əməkdar artist
Tarix: 25-05-2021, 09:05 | Çap et
"Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim..."
“Heç bilmədim ki, koronovirusa harada və necə yoluxdum. Virusa oğlum Kərimlə birlikdə yoluxmuşdum. Mən xəstəliyi çox ağır keçirdim, səhhətim heç yaxşı deyildi. Heç umidim yox idi ki, sağalım, ciyərlərimin 75-i buzlu şüşə idi. Düz 21 gün reanimasiyada qaldım, bu günlər ərzində yatmamışam, nəfəs ala bilmirdim. Bir az babat olandan sonra həkimlər mənə dedi ki, heç ümidimiz yox idi ki, səni sağalda bilək. Demək ki, qismətimdə ölüm yox imiş. Allaha o qədər yalvardım ki. Dedim ki, Allahım, yaşamaq istəyirəm, balalarımdan, ailəmdən, qohumlarımdan, dostlarımdan doymamışam. Xalqımızın, məni sevən insanların duaları məni yaşatdı. Gözəl Allah bütün duaları eşitdi. İnanın ki, hələ də şokdayam, inana bilmirəm, elə bilirəm ki, yuxudayam. 5 gündür ki, xəstəxanadan çıxmışam, bacım Təranə də yanımdadır, mənə qulluq edir”

Bunu Moderator.az-a özəl açıqlamasında koronovirusdan sağalan əməkdar artist Mətanət İskəndərli deyib. Sənətçi daha sonra əlavə edib.

“Xəstəlikdən sonra bildim ki, dünyada boğulmaqdan pis bir şey yoxdur. Bu çox təhlükəli, gözəgörünməz bir xəstəlikdir. Elə insanlar var ki, yüngül keçirir, amma mən çox ağır keçirdim. Yanımda yatan xəstələrdən ikisi canını tapşırdı, təsəvvür edirsiz?! Ölüm həqiqətən də gözlə qaş arasındadır. Allah mənə rəhm etdi. Ən dəhşətlisi də budur ki, qərib ölkədə, heç kim yanında yoxdur, tək-tənha dünyanı dəyişirsən. Bircə bundan qorxurdum! Bu dəhşətli idi, o anı heç nə ilə izah edə bilmərəm. Allaha yalvarırdım ki, qoyma burada ölüm, mənə güc ver gedib vətənimdə, doğmalarımın, əzizlərimin, sevənlərimin yanında ölüm. Mən iyulun 16-da doğulmuşam, heç ad günlərimi keçirməyi sevmirdim, çox vaxt keçirmirdim də. Amma hər il may ayının 20-ni dünyaya yenidən gəldiyim gün kimi qeyd edəcəyəm. Arif Quliyevin ölüm xəbərini mənə demədilər ki, pis olaram. Xəstə-xəstə onun üçün o qədər dualar etdim ki. Sonra gördüm ki, səs-soraq yoxdur, bildim ki, nəsə olub. Baloğlan Əşrəfovun ölümünü bilirdim. Allah bu iki gözəl insanın ruhunu şad etsin, ailələrinə baş sağlığı verirəm. Anam, atam evdə müalicə oluğuduğu üçün fikirləşdim ki, mən də evdə müalicə oluna bilərəm. Amma sən demə məndə xəstəliyin ağır növü olub. Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim. Hamısı Allahın qismətidir, kəfəni yırtdım” deyə müğənni bildirib.

Sənətçi oğlunun xəstə yatağında onun qulluğunda durduğunu deyib və kövrəlib.

“Kərim sağ olsun, çox qulluğumda durdu. Mən heç onu belə bilməzdim. Hamama salıb məni öz balası kimi çimizdirirdi. Ona qurban olaram mən. Bir də mənə ən çox təsir edən bilirsiz nə oldu?! Oğlum həkimi göndərib ki, get anamdan xəbər bil, gör necədir? Xahiş edib, yalvarıb Kərim ona. Həmin həkim gəlib dedi ki, oğlun ağlayır. Həkimin o cür deməyi mənə çox pis təsir etdi, başladım ağlamağa. Dedim ki, ay Allah, bunu mənə niyə dedin?! Bu hadisə hər yadıma düşəndə ürəyim sızıldayır, ağlayıram” deyə müğənni bildirib.

Müğənni sonda xəstə olarkən onunla maraqlanan insanlara öz təşəkkürünü bildirib.

“Mənə görə narahat olan bütün insanlara təşəkkürümü bildirirəm. Xəstə olanda mənimlə Zeynəb Xanlarova, Polad Bülbüloğlu da maraqlanıb. Oğlum deyir ki, müğənni Rəqsanə bir gün dayanmırdı, zəng edirdi, deyirdi ki, nə lazımdırsa mən hazıram. Sağ olsun, o çox yaxşı qızdır. Kərimi tək qoymadı, kimin başına nə gəlsə birinci özünü çatdırır. Bundan başqa Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Sərxan Kərəmoğlu, Könül Kərimova, Səyyad Əlizadə, Rövşən Məmmədov və s. bütün sənət dostlarım hamısı səhhətimlə maraqlanıblar. Allah onların ürəyinə görə versin. Kimlərinsə adını çəkə bilmədimsə üzrlü saysınlar, indi-indi özümə gəlirəm. Ağadadaş Ağayevlə də danışıram, ondan da yaman narahat idim. Biz sənət adamlarına xəstəlik yaraşmır, biz yaranmışıq ki, insanları sevindirək, onlara ruh yüksəkliyi verək. Müalicə aldığım xəstəxanadakı tibbi personal da mənə çox can yandırırdılar, təkcə mənə yox, elə bütün xəstələrə. Elə bir xəstəxanada yatırdım ki, orada ölüm halları çox az olur. Mən də o xəstəxananın, düzgün müalicənin hesabına sağaldım. Bu xəstəliyin gərək vaxtında üstünə düşəsən, gecikdirməyəsən. Hələ ki, Moskvadayam, inşallah Bakıda görüşənə qədər. Nə qədər toylarım təxirə düşdü. Qismətdir, təki salamatçılıq olsun. Şükür Allahın məsləhətinə!” deyə əməkdar artist bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru