"İndi də 2-3 komediya aktyorumuz qalıb, onlardan da film çəkən yoxdur" - GİLEY
Tarix: 9-05-2022, 10:21 | Çap et
 “Mənim uşağlığım Nəsibə xanımın qabağında keçib. 1960-cı ildə bizə Şahbazi küçəsində bir ev verdilər, təsadüfən Nəsibə xanım da yanaşı binada qalırdı. Mən onların evində, onlar bizim evimizdə idi. Bax belə yaxın olmuşuq. Tamaşaya gedəndə Cahangiri gətirib bizə qoyurdu, işdən çıxanda da gəlib götürürdü. Hamı elə bilirdi ki, Nəsibə xanım bu binada qalır. Bir evli olmuşuq. Çox sirrlər, çəkdiyi zülmləri bilirəm, amma bunları deməyə ixtiyarım yoxdur. Ona ev vermirdilər, 23 ildən sonra “xalq artisti” adını verdilər. Nəsibə xanım, Əliağa Ağayev haqda gərək hər il bir komediya çəkərdilər, amma çəkmirdilər. Ömür boyu biz bu sahədə yaralı olmuşuq. İndi də 2-3 komediya aktyorumuz qalıb, onlardan da film çəkən yoxdur. Mən Əliağa Ağayevi komediyanın imperatoru, Nəsibə xanımı isə komediyanın kraliçası adlandırıram”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Qorxmaz Əlilicanzadə deyib. O daha sonra Nəsibə xanımı parodiya etməsindən danışıb.
“13-14 yaşım var idi. Nəsibə xanımın “Aktrisanın təbəssümü” adlı filmi ekranlara çıxmışdı, onu əzbər bilirdim. Atam bir dəfə telefonu götürüb, ona zəng etdi. Dedi ki, ay Nəsibə, bir lent yazısı tapmışam, biri sənsən, o biri kişi kimdirsə səs tanış gəlmir. Bir o zapisə qulaq as. Atam telefonu götürüb verdi mənə, mən də həm Nəsibə xanımın, həm də Siyavuşun səsi ilə danışdım. Siyavuşun səsi bir az çətin idi, alınmırdı. Dedi ki, ay Əlili mənəm ee, amma mən Siyavuşla oynamışam, başqa heç kimlə oynamamışam. İkinci adam kimdir ki? Nəsibə xanım tutulub qaldı. Atam dedi ki, 2-ci, 3-cü yoxdur, bu Qorxmazın səsidir. Dedi ki, ola bilməz. Evə qonaq gələndə mən Nəsibə xanımın səsi ilə oxuyub, danışırdım. İlk dəfə Saatlıda məhsul bayramındayam, eşitdim ki, Nəsibə xanım da gəlib. Rəngimi uddum ki, onu necə səsləndirib, parodiya edəcəyəm? Ramiz Həsənoğlu dedi ki, Nəsibə xanım çəkilib gedib, oxumaq yeri qalıb. Onu oxumaq lazımdır. Dedim ki, nə danışırsan? Nəsibə xanım mənim başımı kəsər. Dedi ki, icazəsi mənlikdir. Birtəhər saqqızımı oğurladı. Səhər saat 3 də səsyazmaya gəldim, gördüm ki, Siyavuş, Yaşar, Hacıbaba studiyanın qabağında gözləyirlər. Ramiz gəldi ki, hazırsızsa keçin studiyaya. 3 aktyor yanbayan dayandı, mənə dedilər ki, “məmə buyur studiyaya” (gülür). Axı hamı, ələxsus da yaxınları Nəsibə xanıma “məmə” deyə müraciət edirdi. Oxudum qurtardım, zapis getdi. Səhəri gün gəlib teatra, teatrda aktrisa Məsumə Rzayevanı görüb deyib ki, ay Məsumə, mən o qədər qocalmışam ki, dünən yediyim bu gün yadımdan çıxır? O gün görürəm ki, mahnı oxuyuram. Axı onu mən oxumamışam, yadıma gəlmir. Məsumə deyib ki, bir söz desəm hirslənməzsən? Deyib ki, yox! Deyib ki, Qorxmaz yerinə oxuyub. Nəsibə xanım da deyib ki, hə, görəcək günlərim varmış ki, (gülür)” deyə əməkdar artist bildirib. Qorxmaz Əlili bildirib ki, Nəsibə xanımı iki filmdə dublyaj edib.
“Biri “Yuxu” filmində dəniz kənarında Nəsibə xanımın ağlamaq yeridir. Şahidlərimdən biri Nuriyyə Əhmədova idi, digəri isə Qasım Səfər. Hər ikisi də rəhmətə gedib. Filmə baxmışdılar, görmüşdülər ki, həmin yeri səsləndirmək yaddan çıxıb. Nuriyyə deyib ki, çağır Qorxmazı səsləndirsin. Heç kim inanmır ki, onu mən səsləndirmişəm. Bir də “Güllələnmə təxirə salınır” filmində bazar səhnəsi. Nəsibə xanım artıq yaşlanmışdı, ayaq üstə durmaq, artikulyasiyanı, çənəni aşağı salaraq səsləndirmək lazım idi. Onun üçün çətin idi. Ələkbər Muradov dedi ki, çox aktrisa dəvət etmişəm, amma heç biri səsləndirə bilməyib. Bir neçə dəfə məşq etdik, o vaxt da texnika inkişaf etməmişdi, səsi bütöv yazmaq lazım idi. Müvəffəqiyyətlə səsləndirdim. Film ekranlara çıxandan sonra Nəsibə xanımın evinə gəldim. Dedi ki, mən bu filmə görə sənə borcluyam, film özgə səs ilə tutmayacaqdı, sən bu filmi yaşatdın. Nəsibə xanım, Əliağa Ağayev mənim üçün əlçatmaz sənətkarlar idi. Onların adı gələndə utanıram deyəm ki, mən də aktyoram” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25 |
|
|
|
|