Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”... - Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?
Tarix: 17-08-2024, 14:12 | Çap et
 Haqqında saysız-hesabsız şikayətlər olan “Dinamik Ocean” şirkəti Neftçala sakinlərinin yaxalarını qurtara bilmədikləri kabusuna çevrilib.
Yenicag.az xəbər verir ki, sözügedən şirkət vətəndaşların çətin durumundan istifadə edib onları aldadaraq müqavilə bağlayıb, sonra isə öhdəliklərinin heç birini yerinə yetirməyib.
Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara baxdıqda “tək adamlıq” “Dinamik Ocean” şirkətinin qanuni təmsilçisinin Abdullayev Tərlan Tahir oğlu olduğu anlaşılır. Maraqlısı isə budur ki, sakinlərə verilən qəbzlərdə qeyd edilən 050-272-66-33 “qaynar xətt”inə müraciət etdikdə dəstəyi qaldıran “operator” da şirkətin qanuni təmsilçisi olan Tərlan Abdullayevdir.
İnsanların şikayətlərini cavabsız qoyan Tərlan Abdullayev bununla da yetinməyərək vətəndaşları təhqir edir, şəxsiyyətlərini alçaldır. “Day-dayı”lı orta-statistik “işbaz” olduğu anlaşılan Tərlan Abdullayev arxasında dayanan şəxslərə güvənərək daha da irəli gedir, vətəndaşları şantaj və təhdid edir.
Neftçala sakinlərinin sözlərinə görə, onları aldadaraq quraşdırdıqları su təmizləmə qurğuları heç bir işə yarmır, əksinə, suyun keyfiyyətini daha da aşağı salır. Bununla yanaşı, aparat insanlara daha baha qiymətə satılıb. Şirkətin “qaynar xətt”inə zəng edərək bütün bunları dilə gətirən vətəndaşlar isə təhqir, təhdid və şantajla qarşılaşırlar.
Tərlan Abdullayev özünə və ya arxasında duran şəxslərə o qədər güvənir ki, hətta ölkənin məhkəmə və hüquq mühafizə orqanlarını barmağında oynatdığını da gizlətmir. Məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək istəyən vətəndaşların önünü kəsərək bu işdən onların zərərli çıxacağı, məhkəmənin şirkətin lehinə qərar verəcəyi, hətta məhkəmə xərclərini də şikayətçinin boynuna qoyacağı ilə bağlı təhdidlər səsləndirir.
Dəfələrlə mətbuatda adı gedən, saysız şikayətlərin obyekti olan “Dinamik Ocean” şirkəti hər şeyə qulaqlarını qapayaraq yenə də öz dələduzluq əməlləri ilə məşğuldur. Şirkət nümayəndəsinin vətəndaşlara söylədiklərindən belə anlaşılır ki, Neftçala, Slayan və Yardımlı bölgələrində onlara “at oynatmağa” xüsusi icazə verilib. Hər halda, vətəndaşlar pozulan istehlakçı hüquqlarının bərpası və şirkətin qanunsuz əməllərinin ifşası üçün artıq gərəkli tədbirləri alacaqlarını bildirirlər.
***
"Dinamic Ocean" Şirkətinin Neftçala müştəriləri tərəfindən təkzib verildi:
Bildiririk ki, Neftçala sakinlərinin “Dinamik Ocean” şirkətinə və onun direktoruna qarşı irəli sürdüyü şikayət, iddialarla bağlı tərəfimizdən müstəqil jurnalist araşdırılması aparılıb.
Araşdırma zamanı məlum olub ki, Neftçala rayon sakini “Dinamik Ocean” şirkətindən kredit şərtləri ilə su təmizləmə qurğusu əldə edərək həmin qurğudan bir müddət istifadə etdikdən sonra əsassız olaraq, geri qaytarmaq qərarına gəlib.
Bununla bağlı şirkətə müraciət etdikdə müştəri tərəfindən əldə olunmuş qurğunun müqavilə və mövcud qanunvericiliyin şərtlərinə uyğun qaytarılması qaydaları müştəriyə ətraflı izah edilib. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq müştəri əsəbi olduğundan redaksiyamıza müraciət edərək şirkət və onun direktoruna qarşı iddialar irəli sürüb.
Daha sonra isə həmin sakin saytımıza eyni zamanda “Dinamik Ocean” şirkətinin direktoru Tərlan Abdullayevə təkzib məktubu ünvanlayıb.
Məsələyə münasibət bildirən “Dinamik Ocean” şirkətinin direktoru da humanistlik göstərək bu kimi xoşagəlməz hadisələrin gələcəkdə təkrar olmamasına ümid etdiyini bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
| • Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54 |
|
|
|
| • "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
| • Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56 |
|
|
|
| • Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04 |
|
|
|
| • ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08 |
|
|
|
| • Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45 |
|
|
|
| • Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32 |
|
|
|
| • İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27 |
|
|
|
| • Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24 |
|
|
|
| • 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22 |
|
|
|
| • Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15 |
|
|
|
| • Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12 |
|
|
|
| • Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11 |
|
|
|
| • Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08 |
|
|
|
| • Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41 |
|
|
|
| • Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39 |
|
|
|
| • " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08 |
|
|
|
| • Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00 |
|
|
|
| • ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51 |
|
|
|
|